Nikolay Yakovleviç Marr(gürc. ნიკოლოზ მარი; 25 dekabr 1864 (6 yanvar 1865)[1][2][…] və ya 6 yanvar 1865[2][3], Kutaisi[4] – 20 dekabr 1934[4][1][…], Leninqrad[4]) — rusiya və sovet şərqşünası, qafqazşünası.
Nikolay Marr | |
---|---|
gürc. ნიკოლოზ მარი | |
Doğum tarixi | 25 dekabr 1864 (6 yanvar 1865)[1][2][…] və ya 6 yanvar 1865[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1934[4][1][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Elm sahələri | şərqşünaslıq, etnoqrafiya, Qafqaz dilləri, esperanto |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Viktor Rozen |
Tanınmış yetirmələri | Boris Piotrovski, İvan Cavaxişvili, İvan Meşşaninov, İosif Orbeli, Akaki Şanidze, Vasili Abayev |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Yakovleviç Marr 25 dekabr 1864-cü ildə (yaxud 6 yanvar 1865-ci il-də), bəzi mənbələrdə 25 may (6 iyun) 1864-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdur. Onun atası şotland Ceyms Marr Gürcüstana gəlmişdir. Knyaz Qurieli Ceyms Marra Kutaisinin botanika bağında torpaq hədiyyə etmişdir. Ceyms Marr burada yaşamışdır. O, yaşının səksəni keçdiyi bir dövrdə cavan bir gürcü qızı ilə evlənmişdir. Bu kəbindən sonra Nikolay Yakovleviç Marr dünyaya gəlmişdir. Onun valideynləri eyni dildə danışmağı bacarmamışlar. Belə ki, ata ingilis, fransız dillərini, ana isə yalnız gürcü dilini bilmişdir. Ona görə də onun valideynləri bir ümumi dildə danışmamışdır. Bəlkə də bu cür şərait N.Marrda dillərə olan maraq və həvəsini daha da artırmışdır. N.Marrın uşaqlığı gürcülərin arasında keçmişdir. O, Kutaisidəki gimnaziyaya daxil olana qədər yalnız gürcü dilində danışmışdır. Kutaisi gimnaziyasında oxuduğu zamanlarda isə rus, alman, fransız, ingilis, latın, qədim yunan və türk dilləri ilə maraqlanmışdır. 1884-cü ildə N.Marr gimnaziyanı bitirmişdir. Onun attestatında bütün fənlər beş, yalnız rus dili dörd olmuşdur. Bunun səbəbi isə N.Marrın rus dilində ləhcəylə danışması ilə bağlıdır. N.Marr ömrünün sonuna qədər rus dilində ləhcə ilə danışmışdır. N.Marr gimnaziyanı qurtardıqdan sonra Neva şəhərinə gəlmiş və Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuşdur. O, tələbəlik illərində eyni vaxtda dörd istiqamətdə dillərin öyrənilməsini qarşısına məqsəd qoymuşdur: erməni-gürcü, erməni-fars-türk-tatar, sanskrit-fars-erməni və ərəb-yəhudi-suriya. Bundan başqa, Yaxın Şərq və Qafqaz dilləri ilə də maraqlanmışdır.
Nikolay Yakovleviç Marr 1888-ci ildə Peterburq Universitetini bitirmişdir. 1891-ci ildə Peterburq Universitetinin Şərq dilləri fakültəsində dərs deməyə başlamışdır. Şərq dilləri fakültəsində 1918-ci ilə qədər çalışmışdır. O, 1899-cu ildən gürcü ədəbiyyatını da tədris etmişdir. N.Marrın gürcü dilinə və ədəbiyyatına bağlılığı danılmazdır. Təsadüfi deyil ki, onun ən böyük arzularından biri də Gürcüstanın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsi olmuşdur. Belə olduğu təqdirdə N.Marrın gürcü dilinə və ədəbiyyatına bağlılığı təbiidir. Lakin 1918-ci ildə gürcü dilçisi A.A.Tsaqareli ilə münaqişəsi olduğu üçün N.Marr gürcü filologiyasından erməni filologiyasına keçmişdir. Nikolay Yakovleviç Marr 1891-ci ildə dosent, 1902-ci ildə professor, 1911-ci ildə Şərq dilləri fakültəsinin dekanı, 1912-ci ildə akademik olmuşdur. O, ömrünün sonuna qədər Peterburqda yaşamışdır.
Nikolay Yakovleviç Marr dilçilik elmində Yafəs dilləri nəzəriyyəsini yaratmışdır. O, Sami və Hami dil ailələrinə üçüncünü də əlavə edərək yafəs adlandırmışdır.
Nikolay Yakovleviç Marr 20 dekabr 1934-cü ildə vəfat etmişdir.