Danimarkalı Aleksandra (ing. Alexandra Caroline Marie Charlotte Louise Julia; 1 dekabr 1844[1][2][…] – 20 noyabr 1925[1][2][…], Sandrinqem sarayı[d], Norfolk qraflığı[4]) — Danimarka kralı IX Kristianın qızı, Britaniya kraliçası və Hindistan imperatriçası.
Danimarkalı Aleksandra | |
---|---|
ing. Alexandra of Denmark dan. Alexandra af Danmark | |
Britaniya kraliçası Hindistan imperatriçası | |
22 yanvar 1901 – 6 may 1910 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Princess Alexandra Caroline Marie Charlotte Louise Julia of Schleswig-Holstein-Sonderburg-Glücksburg |
Doğum tarixi | 1 dekabr 1844[1][2][…] |
Vəfat tarixi | 20 noyabr 1925[1][2][…] (80 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Fəaliyyəti | fotoqraf, rəssam, əsilzadə |
Atası | IX Kristian (Danimarka kralı)[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | lüteranlıq, Anqlikan kilsəsi, anqlikanizm[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
10 mart 1863-cü ildə Kraliça Viktoriyanın böyük oğlu və Britaniya taxt-tacının varisi Şahzadə Albert Edvardla evləndirildi. Həmin il atası IX Kristian Danimarka taxt-tacına, qardaşı I Georq isə Yunanıstan taxt-tacına sahibləndi. Toy mərasiminin ardından Uels şahzadəsi ünvanı aldı və siyasi hadisələrdən uzaq qalmağa çalışdı. Kraliça Viktoriyanın vəfatının ardından, 1901-ci ildə əri taxta çıxdı və Aleksandra Britaniya kraliçası oldu. Ancaq ərinin qısa səltənətinin ardından böyük oğlu V Georq taxta çıxarıldı. Aleksandra oğlunun səltənətində 1925-ci ildə vəfat etdi.