David Soslan

David Soslan (gürc. დავით სოსლანი, Davit Soslani; oset. Сослан-Дауыт / Soslan-Dawyt) — Alaniya şahzadəsi, Gürcüstan çariçası Tamaranın əri və həmkarı, feodal Gürcüstanın ən yüksək çiçəklənməsi dövründə qoşunların baş komandanı.[2]

David Soslan
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Vəfat tarixi 1207
Fəaliyyəti hərbi qulluqçu
Həyat yoldaşı
Uşaqları
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tamar birinci əri, Rus knyazı Yuri Boqolyubskidən boşanmış, 1187–1189-cu illərdə Tiflis yaxınlığındakı Didube sarayında David Soslanla evlənmişdir. Erməni salnaməçisi Mxitar Qoşun yazdığına görə, Tamar "Alan çarlığından olan, onun ana tərəfdən qohumu, adı Soslan və Gürcüstan taxtına çıxanda David adını alan adamla evlənmişdir".[3] David Soslanın Tamarın əri statusu, eləcə də incsənətdə, nizamnamələrdə və sikkələrdə adının hallanması çarlığa hakimiyyətdə kişi aspektlərinin zəruriliyi ilə ciddi şəkildə diktə edilmişdi. Buna baxmayaraq, o, Tamarla taxtı paylaşsa da, müstəqil bir hökmdar deyildi və Tamara tabe qalmışdı.[4]

David Tamarın ekspansionist siyasətini enerjili şəkildə dəstəkləmiş, həmin illər ərzində bir sıra münaqişələrdə Gürcüstanın hərbi uğurlarına cavabdeh olmuşdur.[5] Orta əsr gürcü mənbələri onun yaraşıqlılığını, hərbi istedadını, şücaətini və Tamara sədaqətini yüksək qiymətləndirirdilər. 1190-cı illərdə David Soslan gürcülərin Bərdə, Ərzurum, Geğarkunik, BeyləqanGəncəyə basqınlarına başçılıq etmişdir. Onun 1195-ci ildə Şamxorda Eldənizlilər və 1202-ci ildə Basiyanda Rum səlcuqiləri üzərində qazandığı qələbələr müvafiq olaraq Şərqi və Qərbi Qafqaz yürüşlərində gürcülərin mövqelərini təmin etmişdir. O, qısa müddət sonra, təqribən 1207-ci ildə vəfat etmişdir.[6]

  1. 1 2 Хаханов А. Тамара (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIIа. С. 556–557.
  2. Алемань А. Аланы в древних и средневековых письменных источниках. — М. : Менеджер, 2003. — С. 425.
  3. David, like other biblical names, was favored by the Bagratids because of their Davidic claim. As for Soslan, this is the name of one of the main heroes of the Nart epic, but alternative, though tentative, explanations have also been proposed; for example, Nikolay Marr regards it as being derived from the ethnonym "Os-Alani", while Vasily Abaev suggests a possible Turco-Mongol origin from Nogai suslan – "to have a threatening look".
  4. Eastmond, Antony (1998), Royal Imagery in Medieval Georgia, pp. 135–7. Penn State Press, ISBN 0-271-01628-0.
  5. Vasiliev, A. A. The Foundation of the Empire of Trebizond (1204–1222). Speculum, Vol. 11, No. 1. (Jan., 1936), p. 13.
  6. Commire, Anne; Klezmer, Deborah. Women in World History: Sul-Vica (ingilis). Yorkin Publications. 2002. 144. ISBN 9780787640743. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.