Deva — Rumıniyanın qərbində şəhər. Hunedoara judetinin inzibati mərkəzidir.[2]
Şəhər | |
Deva | |
---|---|
ing. Deva, Romania | |
45°52′19″ şm. e. 22°54′42″ ş. u.HGYO | |
Ölkə | |
Tabesində | Hunedoara |
Başçı | Mirsia Muntean |
Tarixi və coğrafiyası | |
Sahəsi | 60.03 km² |
Mərkəzin hündürlüyü | 187 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 61,123 nəfər (2011) |
Sıxlığı | 1,000 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +40 a54 |
Poçt indeksi | 330005–330260 |
Digər | |
Deva şəhərinin rəsmi internet səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Әhalisi 56,6 min (2011) nəfərdir; Hunedoara şəhər və şəhərətrafı ilə birlikdə əhalisi 250 mindən çox olan aqlomerasiya əmələ gətirir.[2]
Mureş çayı dərəsinin solsahil hissəsində, Poyana Ruskedrının şimal yamacı ətəklərində yerləşir. Avtomobil və dəmiryolları qovşağıdır və aeroportdur.[2]
Adı ilk dəfə 1269-cu ildə Transilvaniyadan Macarıstanın mərkəzi rayonlarına gedən ticarət yolunun üstündəki eyniadlı qalanın yanındakı məskən kimi qeyd olunur. 13–14-cü əsrlərdə Deva macarlar, vlaxlar və Almaniyadan gəlmələrlə (şəhərin almanca adı Dimrixdir [Diemrich]) məskunlaşdı. Y. Hunyadinin hakimiyyəti dövründə (15-ci əsrin ortaları) Transilvaniyanın mühüm inzibati və hərbi mərkəzinə çevrildi. 1550-ci illərdə Deva qalası dəfələrlə osmanlılar tərəfindən mühasirəyə alındı. Avstriya-Türkiyə müharibəsi (1683–99) “Dyalul Çetesi” (“Qala dağı”) arxeoloji abidəsi: Neolit, Tunc dövrü məskənlərinin Halştatın, dakların Singidava qalasının; orta əsrlər qalasının xarabalıqları; floristik təbiət qoruğu şəhərin hüdudlarında yerləşir.[2]
Transilvaniya knyazları Betlenlərin Renessans üslubunda Maqna-Kuriya sarayı (16, 17–18-ci əsrlər; 1882-ci ildən Dakiya-Roma mədəniyyəti muzeyi dir); fransiskçilər monastırı (18 əsr),sinaqoq (1896), Reformasiya kilsəsi (1908–10), tarixi tikililər (18–20 əsrlər) Devanın memarlıq abidələridir. Dakların hökmdarı Desebala abidə qoyulmuşdur (20 əsrin 1-ci yarısı). Ekologiya və Turizm Universiteti (1990, özəl), İdman gimnastikası liseyi (məzunları – dünya və Olimpiya Oyunları çempionları N.Komeneç, E.Sabo və b.); estrada teatrı var.[2]
Əlvan metallurgiya: “Minvest” dövlət holdinqinin mənzil-qərargahı və aparıcı müəssisəsi (mis, polimetal və s. filizlərin zamanı şəhər avstriyalılar tərəfindən tutuldu (1686). 1918-ci ilin dekabr ayından Rumıniyanın tərkibindədir. Dövlət tərəfindən mühafizə olunan saflaşdırılması fabriki); ağac emalı, poliqrafiya, yüngül, yeyinti (o cümlədən ət konservləri) sənayesi müəssisələri fəaliyyət göstərir; tikinti materialları və konstruksi yaları istehsal olunur. İES var. Yaxınlığın da mis və polimetal filizlər, həmçinin qızıl, gümüş və s. hasil edilir.[2]