Difosgen — Boğucu təsirli zəhərli maddə. Əsasən ağ ciyərləri zədələyir.
Difosgen | |
---|---|
Ümumi | |
Ənənəvi adı | difosgen |
Kimyəvi formulu | C₂Cl₄O₂[1] |
Molyar kütlə | 197,82 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,65 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −57 °C[2] |
Qaynama nöqtəsi | 127,5 °S |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,4566 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 503-38-8 |
PubChem | 10426 |
RTECS | LQ7350000 |
ChemSpider | 21154424 |
Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma məhsulu ClCOOCCl3 boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama temperaturu 1270 C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir: Sənaye üsulu difosgenin sintezi etdikdə fosgen və metanoldan əldə edilən metil xloroformatın yüngül xlorlaşmasıdır:
Difosgeni həmçinin metil formatın radikal xlorlaşmasından sintez oluna bilər (ultrabənövşəyi işıqla şüalananda):
difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata bərabərdir. Əslində bu dövr bir necə səbəbdən asılı olaraq – (zəiflik, yorğunluq, zəhərin miqdarı, təsir müddəti və s.) 24 saata qədər davam edə bilər. Gizli dövrün qısa olması zəhərlənmənin ağır olmasını göstərir.
Zəhərli maddənin təsirindən ilk dövrdə tənəffüs sürətlənir, tənəffüs orqanları şişərək sərtləşir və nəticədə orqanizmə daxil olan oksigenin miqdarı azalır. İltihab nəticəsində ağciyərlərə 2-2,5 litrə qədər maye toplana bilər.
zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda zəhərli zonadan maşınla və ya xərəklə çıxarmaq lazımdır. Zərərçəkəni piyada yeriyərək zəhərli zonadan çıxarmağa icazə verilmir. Onu təmiz havaya çıxardıqdan sonra təcili tibb məntəqəsinə göndərmək lazımdır. Heç bir halda difosgenlə zəhərlənmiş adama süni tənəffüs vermək olmaz.