Güllük Dağı Milli Parkı

Güllük Dağı Milli Parkı və ya Termessos Milli ParkıTürkiyənin Antalya vilayətinin Qorqudeli rayonunda yerləşən milli park. 1970-ci ildə açılmışdır və sahəsi 6.702 ha-dır.

Güllük Dağı Milli Parkı
türk. Güllük Dağı Millî Parkı
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 6.702 ha
Yaradılma tarixi 1970
Dağ Tavr dağları
Yerləşməsi
37°00′59″ şm. e. 30°30′48″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət Antalya
Rayon Qorqudeli
bolge6.ormansu.gov.tr
Güllük Dağı Milli Parkı xəritədə
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli park arxeoloji, botanik, geoloji və geormorfoloji quruluşa malikdir. Güllük dağının (Solimos dağı) yamaclarında Anadolunun yerli xalqı olan solimlər tərəfindən qurulmuş Termessos antik şəhərinin qalıqları yerləşir. Şəhərin yaxınlığında dərin vadilər və təpələr vardır.[1] Termessos antik şəhərinin qalıqları yaxşı mühafizə edilmişdir. Güllük dağının cənub-qərbində 1150 m yüksəklikdə salınmışdır. Ən yaxşı qorunmuş qalıqlar ellinist dövrünə aid məzarlardır. Digər əsərlər Roma dövrünə aiddir. Qüllələr, səddlər, aqora, kral yolu, teatr, su anbarları, məzarlar ən əhəmiyyətli əsərlərdir.

Antalyada Güllük Dağı Milli Parkından başqa üç milli park daha vardır:[2] Olimpos Bəydağları Milli Parkı, Körpülü Kanyon Milli Parkı və Altınbeşik Mağarası Milli Parkı.

Milli parkda nəsli kəsilmək üzrə olan lan yaşayır. Dağ keçisi, məzar qartalı, qaraqulaqvaşaq kimi məməli heyvanlar var. Milli parkın əsas bitkiləri Aralıq dənizi iqliminə uyğunlaşmış Eldar şamı və makvisdir. 68 növ bitki tapılmışdır. Bu bitkilərdən 39 növü endemik, 2 növü isə sadəcə Güllük dağında bitir.

Parkda düşərgə qurmaq imkanı mövcuddur. Milli parka hər il 35.000 ziyarətçi gəlir. Yaxınlıqdakı kazino ziyarətçilərin ehtiyacını qarşılayır. Milli park universitetlər, milli parklar və Türkiyə Ov-Vəhşi Həyatı İdarəsi ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən "Təbiət məktəbi" kimi istifadə olunur.

Antalya-Qorqudeli yolu ilə çata bilinən milli parkın Antalyadan uzaqlığı 34 km-dir.

  1. "Güllük Dağı (Termessos) Milli Parkı" (türkcə). bolge6.ormansu.gov.tr. 2014-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2014.
  2. SARI, Dr.Cemali. "ALTERNATİF TURİZM KAYNAKLARINI PLANLAMA YAKLAŞIMLARI VE ÖNERİLER" (PDF) (türkcə). efd.mehmetakif.edu.tr. 2012-12-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2014.