Soğuksu Milli Park (türk. Soğuksu Millî Parkı) ― mərkəzi Anadoluda, Türkiyənin Ankara ilində 19 fevral 1959-cu ildə qurulmuş milli park.
Soğuksu Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1 187 hektar |
Yaradılma tarixi | 1959[1] |
Yerləşməsi | |
40°27′55″ şm. e. 32°37′17″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Ankara ili |
soguksu.tabiat.gov.tr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Soğuksu Milli Parkı Ankaranın təxminən 80 kilometr (50 mil) şimalında, Qara dəniz regionu ilə sıx meşələrin hakim olduğu Mərkəzi Anadolu regionunun arasındakı keçid zonasında yerləşir.[3] 1979-cu ildə ilkin sahəsi 1 050 hektar olmuş parkın indiki sahəsi 1 187 hektardır.[4]
Milli parkın ərazisi bir neşə axından bəslənən iki əsas dərədə cəmləşmiş kiçik dərələr arasındakı düzənliklərdən ibarətdir.[3] Ərazidəki Batılqanın və Kiçik Soğuksu krikləri yay vaxtlarında quruyur.[5]
Milli parkın meşəlik əraziləri andezit, bazalt, tuf və aqlomerat da daxil olmaqla vulkanik süxurlardanibarətdir. Bu ərazilərdə isti bulaqlar və soyuq su mənbələrinə rast gəlinir. İsti bulaqlar spa sektoru üçün potensial daşıyır.[5]
Milli parkın şimal hissəsində təxminən 10-12 milyon il əvvəl baş vermiş vulkanik aktivasiya nəticəsində əmələ gəlmiş daşlaşmış meşələrə rast gəlinir. Qoruma altında olan daşlaşmış ağac gövdələrindən birinin uzunluğu 250 sm, diametri isə 170 santimetrdir.[6]
Soğuksu Milli Parkı və ətraf zonalarının iqlimi Orta Anadolu çölünün kontinental iqlimi ilə Şimali Anadolunun yağışlı iqlimi arasında keçid xarakteri daşıyır. Milli Parkın yaxınlığındakı Kızılcahamam qəsəbəsində illik orta temperatur 9.6 °C (49.3 °F)-dir.[5]
Avropa-Sibir bitki örtüyünün xüsusiyyətlərini nümayiş etdirən milli parkın 933 hektarının meşələr təşkil edir. Dominant növlər adi şam (% 65) və küknar (%6) kimi iynəyarpaqlı ağaclardır.[6][7] Digər ağaclara palıd (%5),[7] qızılağac, Populus tremuloides, ağcaqayın, zoğal ( Cornus ) və ağ akasiya (Robinia pseudoacacia) kimi enliyarpaqlı ağaclar daxildir. Yabanı çiyələk (Fragaria), həmərsin (Rosa canina), yabanı armud (Pyrus communis), Juniperus pseudosabina, yabanı fındıq və yemişan (Crataegus) aşağı bitki örtüyünün ( kol və ot bitkiləri) əsas nümayəndələridir.[3][4][5]
Milli parkda təxminən 160 quş növü var. Ərazidə qara kərkəs ( Aegypius monachus) və bəzi qartal növləri kimi təhlükə altında olan quş növləri yuva qurur. Meşəlik ərazilərdə seyrək də olsa nəcib maral, cüyür, ayı, canavar, tülkü, çaqqal, gəlincik, çöldonuzu, dovşan və sincab kimi məməlilər məskunlaşmışdır.[3][4][5][6][7]
Milli parkda qurulan quş inkubatorunda xınalı kəklik (Alectoris chukar), boz kəklik (Perdix perdix), qızılquş göyərçin (Columbidae) kimi quş növ və cinsləri yetişdirilir.[3][7]
Milli park paytaxta nisbətən yaxın olduğu üçün Ankara sakinləri üçün populyar yerdir. Park ərazisinin yalnız üçdə biri ictimaiyyətin istifadəsi üçün açıqdır. Milli parkın qalan hissəsi isə mühafizə olunan təbiət ərazisidir.[7]
Milli parkda bir məlumat mərkəzi, iki restoran və bir köşk xidmət göstərir. Parkda 300 çarpayılıq termal spa kurortu yerləşir. Ərazidə təxminən 12 000 ziyarətçinin ehtiyacını ödəyə biləcək düşərgələr, piknik masaları, ocaq yerləri və ictimai tualetlər kimi əlavə imkanlar da mövcuddur.[5][6]
Milli parkda gəzinti, düşərgə, quş izləmə, alpinizm və foto safari kimi müxtəlif açıq istirahət fəaliyyəti üçün imkanlar vardır.[3]
Mustafa Kamal Atatürkün (1881–1938) bir vaxtlar istirahət etdiyi "Atatürk Çamı" ("Atatürkün şam ağacı") milli parkda tarixi dəyəri olan yerdir. Hər il 18 iyul tarixində burda "Atatürk Günü" təşkil edilir.[5]