Beyşehir Gölü Milli Parkı (türk. Beyşehir Gölü Milli Parkı) ― Türkiyənin Konya ilində 1993-cü ildə qurulmuş milli park.[1]
Beyşehir Gölü Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1993 |
Yerləşməsi | |
37°41′45″ şm. e. 31°42′50″ ş. u. | |
Ölkə | |
Yerləşməsi | Beyşehir-Hüyük, Konya ili |
beysehir.tabiat.gov.tr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Konya ilinin Beyşehir və Hüyük ilçələri daxilindədir. Park qərbdən Beyşehir gölü, cənubdan Beyşehir, şimaldan isə Hüyük ilə həmsərhəddir. Milli parkın yüksəkliyi 1,100 metr (3,600 ft)-dir. Parkın ərazisində yerləşən Beyşehir gölü Türkiyənin üçüncü ən böyük gölü və ən böyük şirin sulu gölüdür.[1] 86 855 hektarlıq ərazini əhatə edən Beyşehir Gölü Milli Parkı Ararat Dağı Milli Parkının qurulduğu 2004-cü ilə qədər ölkənin ən böyük milli parkı idi.[1][2]
Milli parkın sərhədləri daxilində 85 fəsilə, 305 cins, 545 növ, 54 yarımnöv və 140 müxtəliflikdən ibarət bitki aləmi formalaşmışdır. Park ərazisindəki 560 taksonun 88-i endemikdir . Qorunan ərazi və ətrafında yayılan bitkilərə Livan sidri (Cedrus libani), adi ardıc (Juniperus communis), qırmızımeyvəli ardıc (Juniperus phoenicea), ağ şam (Abies), şam (Pinus), Quercus coccifera, göyrüş (Fraxinus), qoz ağacı (Juglans), erkək ayıdöşəyi (Dryopteris filix-mas), (Anemonoides nemorosa), yuxu xaşxaşı (Papaver somniferum), boyaqotu (Rubia tinctorum), adaçayı (Salvia), xədicəgülü (Galanthus) və meşənovruzu daxildir.[3]
Beyşehir gölü və ərazidəki kriklər sıf, karp və qarasol da daxil olmaqla 16 şirin su balığının yaşayış yeridir.[1][4]
Göl su quşları üçün olduqca vacibdir. Park ərazisində 153 quş növü var. Gölün dayaz sahilində qaşqaldaq, qutan, vağ, maygülü, yaşılbaş ördək, kçik maygülü və kəkilli qaraördək müşahidə olunur.[1][4]
Gölün ətrafı həm də suda-quruda yaşayanlar, sürünənlər və məməlilərlə zəngindir. Park üç amfibiya, 14 sürünən və 34 məməli növü üçün yaşayış yeridir.[4]
Milli park gəzinti və dağ velosipedi kimi müxtəlif açıq hava fəaliyyətləri üçün imkanlar təklif edir.[5] Göldə gəmi gəzintisi də mümkündür.[6]
Parkda yaşayış yeri yoxdur. Buna baxmayaraq, yaxınlıqdakı Beyşehir şəhəri turistləri otel, motel və yataqxanalar ilə təmin edir.[5]
Milli parkda istirahət fəaliyyəti üçün ən yaxşı vaxt may və oktyabr ayları arasındadır.[7]