Dilqəm Quliyev

Dilqəm Quliyev (tam adı: Quliyev Dilqəm Qasım oğlu; 6 avqust 1950, Noraşen rayonu) — pedaqogika üzrə elmlər doktoru (2018), professor (2004), beşnövçülük (1970) və sərbəst güləş üzrə SSRİ idman ustası (1972), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), "Əməkdar bədən tərbiyəsi və idman xadimi" (2006), "İdmançı" qəzetinin baş redaktoru (1998), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin (1994), Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının (2008), Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvü, Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri (2014), 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvüdür.

Dilqəm Quliyev
Dilqəm Qasım oğlu Quliyev
Doğum tarixi (73 yaş)
Doğum yeri Şahtaxtı, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Tərəqqi" medalı
Əməkdar bədən tərbiyəsi və idman xadimi
Qızıl qələm
İlin elm adamı
"Milli Ordunun -100 illik" yubiley medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub[1].

  • 1958–1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb.
  • 1972-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirib.
  • 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
  • 1978-ci ildə təyinatla həmin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun "Güləşmə və onun metodikası" kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun (keçmiş Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu) dissertantı olub.
  • 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya pedaqogika üzrə fəlsəfə doktoruluq dissertasia müdafiə etmişdir.
  • 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu bitirib. (Qeydiyyat nömrəsi "851")
  • 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı  (keçmiş Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ) olub.
  • 2017-ci ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya pedaqogika üzrə fəlsəfə doktoruluq dissertasia müdafiə etmişdir.
  • 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında bədən tərbiyəsi və idman sahəsində 1930-2018-ci illər ərzində yeganə və ilk dəfə olaraq Azərbaycanda "Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)" mövzusunda pedaqogika üzrə elmlər doktoruluq  dissertasiyasını müdafiə edib (7 noyabr 2017-ci il, Bakı ş.).
  • 2018-ci il 4 iyulda  AAK tərəfindən pedaqogika üzrə elmlər doktoruluk diplomu təsdiq olunub.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Əmək fəaliyyətinə 1967-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhləliklə başlayıb.
  • 1968-1970-ci illərdə Lipetsk şəhərində hərbi xidmətdə olub.
  • 1970-ci ildə beşnövçülük üzrə idman ustası normasını yerinə yetirib.
  • 1972-ci ildən isə sərbəst güləş üzrə idman ustasıdır.
  • 1973–1974-cü illərdə Naxçıvan MR Şərur Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışıb. 1972-1974-cü illərdə əvəzçilik üzrə Naxçıvan MR "Spartak" Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb.
  • 1989-cu ildə müəllim (?), 1990-cı ildə baş müəllim vəzifəsində çalışıb (1990).
  • 1990-1992-ci illərdə D.Quliyevin rəhbərliyi ilə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə köməklik göstərmişlər.
  • 1991–2001-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tərbiyə işləri üzrə prorektoru, idman işləri və xarici əlaqələr üzrə prorektoru (2001-2015) vəzifəsində çalışıb.
  • 2016-cı ildə ADBTİA-da yeni yaradılmış "Şərq güləşi və əlbəyağa döyüş növlərin nəzəriyyəsi və metodikası" kafedrasınına 01.02.2016-cı iı tarixdən müsabiqə keçirilənədək kafedra müdiri fəzifəsinə təyin edilib.
  • 2018-ci ildə "ADBTİA-da "İdman tarıxı elmi mərkəzin direktoru vəzlfəsinə təyin edilib.
  • 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirmişdir.
  • pedaqogika üzrə elmlər doktoru (2018), əməkdar məşqçidir. AAK-ın qərarı ilə 1996-cı ildə dosent, 2004-cü ildə isə professor (2004) adına layiq görülüb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Dilqəm Quliyevin indiyədək 500-ə yaxın əsəri və 400-dən yuxarı elmi-pedaqoji və publisistik məqalələri (130-dək kitab, 12 dərslik, 36 monoqrafiya, 7 dərs vəsaiti, 27 tədris vəsaiti, 31 metodik vəsait, 13 metodiki göstəriş, 13 metodiki tövsiyə, 93 jurnal məqaləsi, 1 proqram) çap olunub. Xarici ölkələrdə 72 elmi məqalə cap olunub ( Moskva, Polşa, Yunanıstan, Bolqarıstan, Rusiya, Türkiyə və b.).
  • Dilqəm müəllimin idman və vətənpərvərlik mövzusunda bir sıra kitabların, o cümlədən, "Şəhid idmançılar", "Xocalı – sağalmaz yaram mənim", "Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım", "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi", "XX əsrin qan yaddaşı", "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili", "İlqar İsmayılovun şəhidlik zirvəsi", "Heydər Əliyev müasir idman tariximizdə", "Heydər Əliyev və Azərbaycan idmanı" "İlham  Əliyev və Azərbaycan gəncliyi", "Azərbaycan ulduzları Olimpiya Oyunlarında", "Bədən tərbiyəsi və idmana dövlət qayğısı", "Azərbaycanda cüdo", "Azərbaycan idmanının dünəni və bu günü", "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu", "Azərbaycanın ustad pəhləvanları", "Helsinkidən başlayan yol", "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları", "Qarabağın idman tarıxı", "Qarabağ müharibəsində idman akademiyasının şəhid idmançıları", "İdman akademiyasının ulduzları" "Azərbaycanın qadın idmançıları"  və digər kitabların müəllifidir.
  • Dilqəm Quliyev üksək ixtisaslı kadrların hazırlanması işinə  ciddi fikir vermiş, 32-i  nəfərə elmi rəhbərlik, 2 nəfərin namizədlik dissertasiyasına isə opponentlik etmişdir.
  • Dilqəm müəllimin "Şair qəlbli qəhrəman", "Tələsmə könlüm" adlı məqalələri rus dilində olan məktəblərin 9-cu sinf dərsliklərində (Bakı-2009) və ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında (Bakı-2000) çap olunub.
  • Professor D.Quliyevin müəllifi olduğu "Azərbaycanın ustad pəhləvanları", "İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu", "Azərbaycan idmanının dünəni və bu günü", "Helsinkidən başlayan yol", "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları" və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınib.
  • 2013-cü il mayın 12-də Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə  Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə nəşr olunmuş "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri" adlı kitabının təqdimat mərasimi keçirilib.
  • 2018-ci il mayın 25-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşəbbüsü ilə akademiyanın akt zalında  "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı" (1918-2018) monoqrafiyasından bəhs edən kitabının təqdimat mərasimi keçirilib.

Beynəlxalq konfraslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

·        Professor Dilqəm Quliyevin xarici ölkələrdə 72 elmi məqaləsi cap olunub. (Onlardan: Таллин, 22-25 апреля 1986, Мoskva, 1987,  Ереван (25-26 февраля) 1988, Blaуfelden, Аlmaniya. 2007, Noeubpıos 2009, София, Бьлгария.  Academic Publishinq House, 2009, TURАN, Strateji Аraştırmalar Merkezi Ulуslararası Bilimsel Hakemli Mevsimlik Dergi. 2009,  Polşa, 2009, Blaуfelden. Аlmaniya. 2009, Blaуfelden. Аlmaniya, 2010, Пятигорски, 2012, Алмата 2012, Алматы "Казак университети" 2012, Toşkent, 2012, Аlmatı,  Нальчик, 2013, WALIA journal 31(S2): 2015, Вусник. Житомирського державного университету имени Ивана Франка, 2016), Министерство освити и науки Украйни Уманський Державний Педагогычний Университет имени Павла Тичини. 2016, Moderni Vymozenosti Vedy-2017", Херсонському Дезжавному Унıверситету. 2017, ISSN 2413-1865. Мıнıстерство освıти ı науки Украiни Херсонський Державнiй Унıверситет, 2017, Хуманитарни Валкански изследвания. ISSN 2603-4859 2019 və b.)

İdman üzrə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Sərbəst güləş üzrə dəfələrlə Naxçıvan MR çempionu (1971, 1972, 1973)
  • Sərbəst güləş üzrə Azərbaycanın "Spartak" birinciliyinin çempionu (1972).
  • Sərbəst güləş üzrə Azərbaycan çempion (milli güləş, 1978).
  • Beşnövçülük üzrə SSRİ idman ustası (1970).
  • Hərbçilər arasında Moskva oblast çempion (Rastov şəhəri, beşnövçülük üzrə,1970)
  • Sərbəst güləş üzrə SSRİ idman ustası (1972).
  • Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996).
  • "Əməkdar bədən tərbiyəsi və idman xadimi" (2006).
  • Milli Olimpiya Komitəsinin üzvü (1992).
  • Milli Olimpiya Akademiyasının üzvü (1998).
  • İdman Jurnalistlər Assosiasiyasının üzvü (2003).
  • "İdmançı" qəzetinin baş redaktoru (1998).
  • Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri (2014).
  • Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994).

Mükafat və adları

[redaktə | mənbəni redaktə et]
  • 1994-cü ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısı adlarına layiq görülüb.
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2001-ci ildə "Tərəqqi" medalına
  • 2006-cı ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adına layiq görülüb.
  • Azərbaycan Olimpiya Akademiyasının "Kütləvi İdman" bölməsinin sədri, ADBTİA-nin "İdmançı" qəzetinin baş redaktorudur.
  • Müxtəlif illərdə "Azərbaycan komsomolu"nun fəxri fərmanı, "ÜİLKGİ MK"-nın fəxri fərmanı və döş nişanı, "General Həzi Aslanov" adına fəxri fərman, "Kamil sənətkar" fəxri diplomu, "İnam və Şərəf" diplomu, "Azərbaycan bayrağı" mükafatı, "Nurlu qələm ustası", "Qızıl qələm" media mükafatı və digər mükafatlara layiq görülüb.
  • Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən  10 qat "ilin ən yaxşı tədqiqatçı jurnalisti", 2007, 2008, 2009 və 2010-cu illərin ən yaxşı "İdman tarixi yazarı" adna, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülüb.
  • 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin elm adamı" adına layiq görülüb.
  • 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən "Milli Ordunun -100 illik" yubiley medalı ilə təltif olunub.
  • 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
  1. "Quliyev Dilqəm Qasım oğlu" (az.). azsport.az. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.