Dilqəm Bəbir oğlu Tağıyev (6 yanvar 1950, Kəlbəcər rayonu) — Azərbaycanlı kimyaçı alim, AMEA-nın vitse-prezidenti, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi (akademik), (2014).[1][2]
Dilqəm Bəbir oğlu Tağıyev (1950)-ci il (6) yanvarda həkim ailəsində anadan olmuşdur. (1966)-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə əyani şöbəsinə qəbul olunaraq hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və ilk elmi işini (1969)-cu ildə çap etdirmişdir. Tartu, Minsk, Tiflis və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, (1970)-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur . Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə fəlsəfə doktoru (1975) və elmlər doktoru (1984) dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adını almışdır.
Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. (7) yanvar (1975-ci) ildə SSRİ EA Üzvi Kimya İnstitunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun seolit katalizi sahəsində apardığı prioritet xarakterli tədqiqatlar Moskvada nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilmiş, elmi-tədqiqat işlərinin müsabiqəsində dəfələrlə qalib olmuşdur.
Bakıya qayıtdiqdan sonra (1984)-cü illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis, kiçik və baş elmi işçi kimi fəaliyyət göstərmiş, seolit və silikat katalizatorları üzərində müxtəlif karbohidrogenlərin hidrogenləşmə, oksidləşdirici dehidrogenləşmə və katalitik pirolizi sahəsində geniş tədqiqatlar aparmışdır. Bu tədqiqatların nəticələrinə görə (1983)-cü ildə kimya və kimya texnologiyası sahəsində SSRİ-də nüfuzlu mükafatlarından hesab edilən Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq dörülmüşdür.
Dilqəm Tağıyev (12) aprel (1984)-cü ildə Moskvada, SSRİ EA Üzvi Kimya İnstitunun Elmi Şurasında müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan sonra Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda 1985-ci ildə "Kompleks birləşmələr" qrupunun rəhbəri, laboratoriya müdiri, (1991)-ci illərdə direktorun elmi işlər üzrə müavini olmuş, (1991)-ci illərdə "Seolit" Sahələrarası Elmi Texniki Kompleksin baş direktoru təyin edilmişdir. Professor elmi adını (1990)-cı ildə almışdır. Bu dövrdə əsas fəaliyyətini seolitlər üzərində katalizin elmi əsaslarını inkişaf etdirməyə, respublika ərazisində olan təbii seolitlərin tətbiq sahələrini genişləndirməyə, seolitəbənzər mikroməsaməli yeni materialların sintezinə yönəltmişdir.
Dilqəm Tağıyev (1991)-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi kimya kafedrasının professor seçilmiş, (1995)-ci illərdə əczaçılıq fakültəsinin dekanı olmuş, (1995)-ci ildə isə Biofiziki və bioüzvi kimya kafedrasının müdiri seçilmişdir. Pedaqoji fəaliyyəti elmi axtarışlarla daima əlaqələndirən Dilqəm Tağıyev (1999)-cu ildən Azərbaycan MEA Neft Kimya Prosesləri İnstitutunun rəhbərliyinin dəvəti ilə eyni zamanda həm də "Heterogen kataliz" laboratoriyasına rəhbərlik etmişdir.
Dilqəm Tağıyev neft kimya prosesləri üçün yeni və səmərəli katalizatorların yaradılması və tədqiqi sahəsində tanınmış mütəxəssisdir. Elmi fəaliyyəti əsasən müxtəlif sinif karbohidrogenlərin və onların törəmələrinin hidrogenləşmə, oksidləşmə, izomerləşmə, alkilləşmə, oksidehidrogenləşmə və oliqomerləşmə reaksayaları üçün katalizatorların işlənib hazıtlanmasına həsr olunmuşdur. O, ilk dəfə olaraq tərkibində keçid elementləri olmayan seolitlərin — oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi olan katalizatorların olefinlərin hidrogenləşmə, hidroizomerləşmə və müxtəlif karbohidrogenlərin oksidehidrogenləşmə reaksiyalarında yüksək aktivliyini müəyyən etmiş; alkil naften karbohidrogenlərinin əvvəllər məlum olmayan çevrilmələrının seolit katalizatorları üzərində mümkünlüyünü aşkara çıxararaq onlara oksidehidrodisproporsionallaşma və oksidehidroizomerləşmə reaksiyaları adı vermişdir.
Müxtəlif reaksiyaların mikro məsaməli katalizatorlarda kinetikasının öyrənilmə prosesində mühüm amil olan diffuziya əmsalının hesablanması üçün yeni ekspress metod təklif etmişdir.
Fenol və krezolları metanolla və digər spirtlərlə alkilləşdirməklə krezolların, ksilenolların və müxtəlif alkilfenolların qiymətli izomerlərinin sintezi üçün seolit və ferrit katalizatorlarının seçilmə prinsiplərini müəyyənləşdirmişdir.
Aromatik karbohidrogenlərin aşağı molekul kütləli parafinlərlə alkilləşməsi üçün aktiv mərkəzləri fəzaca bir-birindən ayrı olan hibrid katalizatorları və spirtlərin turşulara və onların efirlərinə birbaşa oksidləşməsi üçün polifunksional katalizatorlar işləyib hazırlamışdır.
Normal parafinlərin aşağı temperaturlu izomerləşmə reaksiyası və onların metanol ilə birgə konveriyası üçün tərkibində qiymətli metallar saxlamayan sirkonium-seolit tipli yeni katalizatorlar yaratmış və onların təsir mexanizmini öyrənmişdir. Metanın oksidləşdirici dehidrotsikləşməsi və aşağı molekullu digər parafinlərdən aromatik karbohidrogenləri almaq üçün yeni katalizatorlar işləyib hazırlamış və aktiv mərkəzlərin təbiətitini müxtəlif üsullarla tədqiq etmişdir.
Mürəkkəb tərkibli oksid katalizatorları üzərində o-ksilolun müxtəlif əvəzli törəmələrinin oksidləşdirici ammonoliz reaksiyasının kinetikası və mexanizmi sahəsində ətraflı tədqiqatlar aparmış, müxtəlif tətbiq sahələri olan nirtillərin, dinitrillərin və imidlərin əmələ gəlməsində əsas rol oynayan amilləri müəyyən etmişdir.
C2-C8 olefinlərin yumşaq şəraitdə dimerləşmə və oliqomerləşmə reaksiyaları üçün yeni metal kompleks və heteropoliturşu katalizatorları sintez etmiş, nikel komplekslərinin bərk daşıyıcı üzərində immobilizasiyası üçün yeni üsul işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat komplekslərinin katalitik aktivliyi ilə stereokimyəvi sərtliyi arasında əlaqənin mövcudluğunu ilk dəfə aşkar etmişdir.
Pt və Pd metallarının bir çox qarışıq liqandlı və çox nüvəli komplekslərini sintez etmiş, onların tərkibi, quruluşu və bioloji aktivliyi arasında əlaqəni tədqiq etmişdir.
Müxtəlif dərman maddələrinin (doksorubisin, tripsin, doksisklin, tiroksin və s. təsir müddətinin artırmaq və toksiki təsirini azaltmaq məqsədilə onların immobilizasiyası üçün tərkibinə nanoölçülü gümüş hissəcikləri daxil edilən müxtəlif nanogellər əsasında polimer daşıyıcılar işlənib hasırlamışdır.
Müxtəlif monomerlərin alinması, parafinlərin və dar benzin fraksiyalarının izomerləşməsi, fenol və o-krezolun metanolla alkilləşməsi prosesləri üçün işlənib hazırlanmış katalizatorlar Moskva, Ufa, Bakı və Sumqayıt şəhərlərində yerləşən istehsalat birliklərində və təcrübə sənaye zavodlarında uzun müddətli pilot sınaqlarını uğurla keçmiş, tətbiq üçün tövsiyə olunmuşdur.
Dilqəm Tağıyevin müxtəlif karbohidrogenlərin seolit katalizatorları iştirakında hidrigenləşmə, dehidrogenləşmə və oksidləşmə reaksiyaları sahəsində apardığı tədqiqatların nəticələri (1983)- cü ildə Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görülmüşdür (kimya və kimya texnologiyası sahəsində SSRİ məkanında kifayət qədər nüfuzlu olan bu mükafata layiq görülmüş yeganə azərbaycanlı). Onun seolitlər üzərində hidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində apardıgı tədqiqatların nəticələri (1985)- ci ildə qeydə alınmış 302 saylı kəşfə tərkib hissəsi kimi daxil olmuşdur.
Bir çox xarici dillərdə çap olunan və əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan "Наука в СССР" jurnalında (№ 5) Dilqəm Tağıyevin elmi axtarışlarına ayrıca məqalə həsr olunmuşdur. SSRİ EA Rəyasət Heyətinin Yubiley iclasında (1987) kataliz sahəsində mühüm nailiyyətlərdən biri kimi seolitlər üzərində oksidehidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində alınan nəticələr də qeyd olunmuşdur ("Вестник АН СССР",(№ 12)). Bolqarıstanda keçirilən gənc ixtiraçıların dünya sərgisində D. B. Tağıyevin təqdim etdiyi katalizator diplomla qeyd edilmişdir (1985).
Dilqəm Tağıyev Amerika Biblioqrafiya İnstitutunun "Elm Adamı" nominasiyasına layiq gürülmüş və nəşr edilməsi planlaşdırılan "Dünyada Kim Kimdir" biblioqrafik toplusuna daxil edilmək üçün rəsmi dəvət almışdır. Beynəlxalq Sokrat Komitəsinin (Oksford, Böyük Britaniya) təklifi ilə "The Name in Science" mükafatına və fəxri tituluna layiq bilinmişdir. Çində keçirilən Perspektiv Materiallar üzrə üçüncü və dördüncü Dünya Konqresslərinə, ABŞ-də keçirilən Neft kimyası və kimya mühəndisliyi üzrə ikinci Dünya konqressinə və digər tədbirlərə (Dubay, Tailand, Afina) bu sahənin tanınmış mütəxəssisi və eksperti kimi məruzəçi (speaker) qismində dəvət edilmişdir. Avropa elm-sənaye konsorsiumunun mükafatlar üzrə komissiyasının qərarı ilə (protokol № 29/04.06.2013) "Əmək və biliklə" ordeninə layiq görülmüşdür.
Dilqəm Tağıyev SSRİ EA Kataliz üzrə Şurasının üzvü (1989), Nyu York Elmlər Akademiyasının (1994), Beynəlxalq Seolit Assosiasiyasının (2001), Amerika Kimya Cəmiyyətinin (2003) və Rusiya Təbiətşunaslıq Akademiyasının üzvü (2013) seçilmişdir.
- Azərbaycan MEA-nın vitse-prezidenti
- akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvu Kimya İnstitutunun direktoru
- "Azərbaycan Kimya jurnalı"nın baş redaktoru
- "Azərbaycan MEA-nın Məruzələri" jurnalının redaksiya şurasının üzvü
- "Azərbaycan MEA-nın Xəbərləri" jurnalının redaksiya şurasının üzvü
- "ELM" qazetinin redaksiya şurasının üzvü
- Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü
- Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü
- AMEA Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü
- AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış "Yalançı Elmə Qarşı Mübarizə Komissiyası" sədri.
Dilqəm Tağıyev 830-dan çox elmi əsərin (onlardan 530-u xarici ölkələrdə – ABŞ, Kanada, Meksika, İspaniya, Fransa, Belçika, Hollandiya, İngiltərə, Şotlandiya, İsveç, Finlyandiya, Almaniya, Avstriya, İtaliya, Çin, Çexiya, Macarıstan, Polşa, Boiqarıstan, Yaponiya, Cənubi Koreya, və s. çap edilmişdir), o cümlədən, 65 ixtiranın (patent və müəlliflik şəhadətnaməsinin), 28 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifi, 2 kitabın baş elmi redaktoru, 6 kitab və toplunun redaktorudur. Onun 285-dən çox elmi məqaləsi impakt faktorlu elmi jurnallarda və toplularda çap olunmuşdur (o cümlədən, 165-i Veb of Science bazasına daxil olan).
- Д. Б. Тагиев. "Кристаллические алюмосиликаты в катализе". Баку. Элм. 1989. 222 с.
- D. B. Tağıyev "Heterogen kataliz neft kimyasında". Bakı. Elm. 1992. 243 s.
- Д. Б. Тагиев, А. Н. Мамедов. "Перспективные направления современной химии". Баку "Элм". 2014. 328 с.
- D. B. Tağıyev, H. M. Əlimərdanov, S. İ. Abasov "Kinetika və kataliz". Bakı. Elm. 2014. 616 s.
- Dilqəm Tagıyev, Asif Məmmədov. Tək atomlardan supramolekulyar kimyaya. Bakı, Elm. 2015, 315 s.
- Г. И. Келбалиев, Ф. М. Садыхов, Г. М. Самедзаде, А. Н. Мамедов, Д. Б. Тагиев. Теория и практика гранулирования порошкообразных материалов. Баку: ЭЛМ. 2016. 330 с.
- Г. И. Келбалиев, С. Р. Расулов, Д. Б. Тагиев, Г. Р. Мустафаева. "Механика и реология нефтяных дисперсных систем". Москва: "Маска". 2017. 462 с
- Дильгам Тагиев, Эльза Салахова "Physicochemical properties of thin rhenium chalcogenides coatings" LAP LAMBERT Academic Publishing, 2017, 49 s.
- Dilqəm Tagıyevin baş redaktorluğu ilə "Корифеи химической науки Азербайджана" "Təbib" nəşriyyatı, 311 s. Bakı- 2017.
- Dilqəm Tağıyev, Asif Məmmədov. Gələcəyin kimyası. Bakı, Elm, 2019, 340 s.
- Sərdar Zeynalov, Elçin Hüseynov, Mina Münşiyeva, Səidə Şərifova, Şahnaz Qəhrəmanova. Təbii proteinogen aminturşuları, həyat metalları və onların kompleks birləşmələri. − Monoqrafiya. /Еlmi red. akademik Tağıyev D. B., red. Səfərov İ. H. – Bakı: Elm və təhsil, 2019. − 496s.
- Kelbaliyev G. I., Tagiyev D. B., Rasulov S. R. Transport Phenomena in Dispersed Media. CRC Press, (USA), 2019, 472p, eBook ISBN 978-0-429-26029-2 DOI: https://doi.org/ 10.1201/ 9780429260292.
- Akademik Dilqəm Bəbir oğlu Tağıyevin 70 illiyinə həsr olunmuş Biblioqrafik Göstərici. Bakı, "Elm", 2020, s.406
- D. B. Tağıyev, Ç. H. İsmayılova. Biofiziki və Bioüzvi kimya. Bakı, "Təbib", 2020, s.354
- Д. Тагиев, А. Ягубов, С. Мамедова. Сорбционные методы очистки природных и сточных вод. Баку, "Элм", 2020, 246.c.
- G. I. Kelbaliev. D. B. Tagiev, M. R. Manafov. Rheology of structured oil emulsion . İn book: Nano-and Micro-Encapsulation-Nechniques and aplications. London: İntechOpen, 2020.
- A. Алиев, Д. Тагиев, Р. Гусейнова, В. Меджидзаде. Синтез, свойства иприменение тонких полупроводниковых пленок халькогенидов кадмия. Баку,"Элм", 2020, 272 с.
- Д. Тагиев, Qüdrət Kəlbəliyev, Manaf Manafov "Nano- və mikrokapsulasiya. Metodlar və tətbiqlər". "Intech Open" 2021. pp278
- А. А. Меджидов, Д. Б. Тагиев. Физические методы в химии. 2021, Баку, "Элм", 195 с.
- D. B. Tağıyev, A. N. Məmmədov "Duyğularımız və kimya". Elm nəşriyyatı. 2022,190 s.
- G. I. Kelbaliev, D. B. Tagiyev, Rasulov S. R., Реология НеНьютоновских нефтей, Moskva −2022, 600 c
- G. I. Kelbaliev, D. B. Tagiyev, Manafov M. R., Book title: Crude Oil — Emerging Downstream Processing Technologies, Chapter title: RHEOLOGY OF HEAVY OILS, Intech Open publisher, 2022,288p.
- Zeynalov E. B., Tağıyev D. B, Nağıyev Ya. M., Hüseynov E. R., Nəzərov F. B., Hüseynov A. B. Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi. Bakı: "Füyuzat" Nəşriyyatı, 2022, 208 pp.
- E. B. Zeynalov, D. B. Tağıyev, S. B. Zeynalov, Ya. M. Nağıyev, E. R. Hüseynov, F. B. Nəzərov, A. B. Hüseynov, M. Ya. Məhərrəmova, N. A. Mustafayeva, N. M. Şahnəzərova, A. F. Nəbizadə " Dizel yanacağının komponent tərkibi" Bakı- "Füyüzat" 2022. -səh.90
- B. A. İsmayılova, A. C. Əfəndi, D. B. Tağıyev. "Alifatik dikarbon turşuları və mürəkkəb efirləri" Elm nəşriyyatı, 2022, 189 səh.
- Ə. Ə. Məcidov, D. B. Tağıyev "Kimyada fiziki metodların tədqiqi" Bakı — Elm- 2022 , səh.189.
Akademik Dilqəm Tağıyevin məqalələrinin 380-dən çoxu xaricdə dərc olunub. Son illərdə Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrdən bir qismi aşağıdakılardır:
- Dunya M. Babanly, Imameddin R., Amiraslanov, Anderi V, Shevelkov, Dilqam B. Tagiyev. Phase equilibria in the T/T/I-Se system and thermodynamic properties of the ternary phases. Journal of Alloys and Compounds, 2015, V.644, pp. 106–112
- S. N. Mustafayeva, D. M. Babanly, M. M. Asadov, D. B. Tagiyev. Freguency dispersion of the dielectric coefficients and conductivity of Tl6SI4 crystals. Physics of the Solid State, 2015, vol. 57, No. 10, pp. 1913–1915.
- M. M. Asadov, S. N. Mustafayeva, A. N. Mamedov, D. B. Tagiyev. Effect of composition on the properties of(TlInSe2)1-x (TlGaTe2)x solid solutions. Russian Journal of Inorganic Materials, 2015, vol. 51, No. 12, pp. 1327–1332
- G. A. Bagirzade, D. B. Tagiyev, M. R. Manafov. Kinetics Of Vapor Phase Ammoxidation Of O-Xylene On V-Sb-Bi-Cr/G-Al2o3 Oxide Catalyst I. About The Competing Ways Of Formation Of The Main Products. International Journal of Current Research, 2015, № 4, pp. 59–67
- Aliyev Akif Shikhan, Cafarova Samira Fikret, Mahmoud Elrouby, Dilgam Tagiyev "Studying the electrochemical deposition process of molubdenum from aqueous solution of molybdate ions"// J. Electrochem. Sci. Eng 5(4), 2015, pp. 231–235.
- Dunya M. Babanly, Ziya S. Aliev, Samira Z. Imamaliyeva, Fco. Javier Zuniga, Gotzon Madariaga, Dilqam B. Tagiyev. An investiqation of the Tl-Te-I system and crystal structure of the Tl5Te2I. Journal of Alloys and Compounds. 688. (2016). pp. 997–1005
- S. F. Humbatova, N. A. Zeynalov, D. B. Taghiyev, Sh. Z. Tapdigov, S. M. Mammedova. Chitosan polymer composite material containing of silver nanoparticle // Digest Journal of Nanomaterials and Biostructures, 2016, Vol.11, No.1, p. 39–44.
- Sh. Z. Tapdiqov, S. M. Mammedova, D. B. Taghiyev, N. A. Zeynalov. Investigation of Chemical Interaction type of Polyacrylic acid based Hydrogel with Doxorubicin Hydrochloride // American Chemical Science Journal, 2016, v.12, iss.2, p. 1–9.
- Д. Б. Тагиев, Г. И. Келбалиев, Г. З. Сулейманов, С. Р. Расулов,Ф. И. Шекилиев, В. И. Керимли. Кинетика растворения асфальтосмолистых веществ в ароматических растворителях. Журнал "Химия и технология топлив и масел". 2016. № 3.
- Aliyev A. Sh., Tahirli H. M., Mahmoud Elrouby, Soltanova N. Sh., Tagiev D. B. "Electrochemical Fabrication And Characterization Of Corrosion-Resistant, Ternary, Lead-Based Alloys As A New Material For Steel Surface Protection"// Metallurgical and Materials Transactions B, 2016, v.47, Issue 3, pp. 2072–2078.
- Eminov Sh. O., Tagiyev D. B., Aliyev A. Sh., Soltanova N. Sh., Guliyev J. A., Jalilova Kh. D., Ismayilov N. J., Hasanov I. S., Rajabli A. A., Mamedova G. Kh., Gurbanov I. I., Mahmood Elrouby "Photo and electrical peculiarities of the nanostructured glass/ITO/AAO and glass/ITO/CdS systems"// J.of Materials Science: Materials in Electronics, 2016, vol. 27, number 9, p. 9853–9860.
- E. A. Salakhova, D. B. Tagiyev, P. E. Kalantarova, N. N. Khankishiyeva. İnvestigation of voltampere characteristics of diodic structure on base of thin films of rhenium chalcogenides. İnternational Journal of Engineering Sciences Research Tecnology. March, 2016. P.795–802. 5(3).
- E. A. Salakhova, D. B. Tagiyev, P. E. Kalantarova, K. F. Ibrahimova. The Electrochemical Method For Obtaining thin Coverings Of Rhenium Chalcogenides. İnternational Journal of Engineering Sciences Research Tecnology. 5(10); October, 2016. P.390–399, i.f.4.116
- Leyla F. Mashadieva, Jem O. Kevser, Imir I. Aliev, Yusif A. Yusibov, Dilgam B. Tagiyev, Ziya S. Aliev, Mahammad B. Babanly. The Ag2Te-SnTe-Bi2Te3 system and thermodynamic properties of the (2SnTe)1-x(AgBiTe2)x solid solutions series. Journal of Alloys and Compounds 724 (2017) p. 641–648.
- Vusala A. Majidzade, Parvin H. Guliyev, Akif Sh. Aliyev, Mahmoud Elrouby, Dilgam B Tagiyev. Electrochemical Characterization and Electrode kinetics for Antimony Electrode position from its Oxychloride Solution in the Presence of Tartaric Acid. Journal of Molecular Structure, 1136, 2017, p. 7–13.
- D. M. Babanly, Q. M. Huseynov, Z. S. Aliev, D. B. Tagiyev, M. B. Babanly. "Thermodynamic Study of Tl6SBr4 Compound and Some Regularities in Thermodynamic Properties of Thallium Chalcohalides". Advances in Materials Science and Engineering, Volume 2017, Article ID 5370289
- Leyla Farhad Mashadieva, Jem Osman Kevser, Imir Iyas Aliev, Yusif Amirali Yusibov, Dilgam Babir Tagiyev, Ziya Saxavaddin Aliev, Muhammad Baba Babanly. Phase Equilibria in the Ag2Te-SnTe-Sb2Te3 System and Thermodynamic Properties of the (2SnTe)1-x(AgSbTe2)x Solid Solution. Journal of Phase Equilibria and Diffusion. Volume 38, Issue 5, pp 603–614.
- D. B. Tagiyev, A. N. Azizova, Kh. I. Hasanov, M. R. Manafov "Dimer Complexes of Mixed Ligands of Platinum", Research Journal of Pharmaceutical Biological and Chemical Sciences,2017, v. 8 , № 4, p. 931–936
- Д. Б. Тагиев, Г. И. Келбалиев, Г. З. Сулей-манов, С. Р. Расулов, Ф. И. Шекилиев, В. И. Керимли. Кинетика растворения асфальтосмолистых веществ в ароматических раство-рителях. Журнал "Химия и технология топлив и масел". 2017. № 3. c.33–37
- Leyla F. Mashadieva, Jem O. Kevser, Imir I. Aliev, Yusif A. Yusibov, Dilgam B. Tagiyev, Ziya S. Aliev, Mahammad B. Babanly. The Ag2Te-SnTe-Bi2Te3 system and thermodynamic properties of the (2SnTe)1-x(AgBiTe2)x solid solutions series. Journal of Alloys and Compounds 724 (2017) p.641–648.
- Vusala A. Majidzade, Parvin H. Guliyev, Akif Sh. Aliyev, Mahmoud Elrouby, Dilgam B Tagiyev. Electro-chemical Characterization and Electrode kinetics for Antimony Electrode position from its Oxychloride Solution in the Presence of Tartaric Acid. Journal of Molecular Structure, 1136, 2017, p. 7–13.
- D. M. Babanly, Q. M. Huseynov, Z. S. Aliev, D. B. Tagiyev, M. B. Babanly. "Thermodynamic Study of Tl6SBr4 Compound and Some Regularities in Thermodynamic Properties of Thallium Chalcohalides". Advances in Materials Science and Engineering, Volume 2017, Article ID 5370289
- Leyla Farhad Mashadieva, Jem Osman Kevser, Imir Iyas Aliev, Yusif Amirali Yusibov, Dilgam Babir Tagiyev, Ziya Saxavaddin Aliev, Muhammad Baba Babanly. Phase Equilibria in the Ag2Te-SnTe-Sb2Te3 System and Thermodynamic Properties of the (2SnTe)1-x(AgSbTe2)x Solid Solution. Journal of Phase Equilibria and Diffusion. 2017, Volume 38, Issue 5, pp 603–614.
- V. Akhmedov, A. Aliyev, M. Bahmanov, V. Ahmadov, D. Tagiyev. ″Kinetics of phenylacetylene selective hydrogenation to styrene over metal-free polymeric carbon nitrides″. Applied Catalysis A, General Vol. 565, pp. 13–19,(2018)
- V. A. Majidzade, S. F. Cafarova, A. Sh. ALiyev, N. B. Farhatova, D. B. Tagiyev. Electrochemical deposition of thin semiconductive Mo-S films. Azerbaijan Chemical Journal, 2018, № 3, pp. 6–10
- Babanly N. B., Imamaliyeva S. Z., Yusibov Y. A., Taghiyev D. B., Babanly M. B. Thermodynamic study of the Ag-Tl-Se system using the EMF method with Ag4RbI5 as a solid electrolyte // Journal of Solid State Electrochemistry, 2018, v.22, p.1143–1148.
- Rayyat Huseyn Ismayilov, Fuad Famil Valiyev, Dilgam Babir Tagiyev, You Song, Nizami Vali Israfilov, Wen-Zhen Wang, Gene-Hsiang Lee, Shie-Ming Peng, Baghir A. Suleimanov. Linear pentanuclear nickel(II) and tetranuclear copper(II) complexes with pyrazine-modulated tripyridy ldiamine ligand: Synthesis, structure and properties. Inorganica Chimica Acta, Vol. 483, 2018, Pages 386–391.
- D. M. Babanly, Z. S. Aliyev, V. A. Majidzade, D. B. Tagiyev, M. B. Babanly. Experimental study of phase equilibria and thermodynamic properties of the Tl-Se-I system. Journal of Thermal Analysis and Calorimetry. 2018, p.1–9.
- Алвердиев И. Дж., Аббасова В. А., Юсибов Ю. А., Тагиев Д. Б., Бабанлы М. Б. Термоди-намическое исследование соединения Cu2GeS3 и твердых растворов Cu2-xAgxGeS3 методом электродвижущих сил с твердым электролитом Cu4RbCl3I2 // Электрохимия, 2018, том 54, № 2, с. 224–230.
- Yu. A. Yusibov, I. Dzh. Alverdiev, L. F. Mashadiyeva, A. N. Mamedov, D. B. Tagiev, M. B. Babanly. Study and 3D Modeling of the Phase Diagram of the Ag–Sn–Se System. Russian Journal of Inorganic Chemistry, 2018, Vol. 63, No. 12, pp. 1622–1635.
- Imamaliyeva S. Z., D. M. Babanly, D. B. Tagiev, M. B. Babanly. Physicochemical Aspects of Development of Multicomponent Chalcogenide Phases Having the Tl5Te3 Structure: A Review. // Russian Journal of Inorganic Chemistry, 2018, № 13, p.1703–1027.
- Азизова А. Н., Тагиев Д. Б., Касумов Ш. Г., Гасанов Х. И. Полиядерный комплекс палладия (II) с β-меркаптоэтанолом. // Журнал общей химии. 2018, т.88, вып. 5, с. 870–873. CA-0.658
- Азизова А. Н., Тагиев Д. Б., Касумов Ш. Г., Гасанов Х. И. Шестиядерные комплексы платины (II) и палладия (II) с β-меркаптоэтанолом. // Журнал общей химии. 2018, т.88, вып. 3, с. 478–481.
- Imamalieva S. Z., Babanly D. M., T. M. Gasanly, D. B. Tagiev, and M. B. Babanly. Thermodynamic Properties of Tl9GdTe6 and TlGdTe2// Russian Journal of Physical Chemistry A, 2018, Vol. 92, No. 11, pp. 2111–2117.
- Zeynalov E. B., Friedrich J. F., Tagiyev D. B., Huseynov A. B., Magerramova M. Ya., Abdurehmanova N. A. Nanostructures from catalytic pyrolysis of gas and liquid carbon sources (a review) Materials Testing (Materials Synthesis) 60(7–8), 783–793(2018).
- А. Н. Азизова, Д. Б. Тагиев, С. Н. Османова, Ш. Г. Касумов, Х. И. Гасанов. Кристаллическая и молекулярная структура комплекса платины (II) с β- меркаптоэтиламин гидрохлоридом// Журнал Структурной Химии, 2018, Т.59. № 1. С.191–195.
- S. I. Abasov, S. B. Agayeva, M. T. Mamedova, E. S. Isayeva, A. A. Imanova, A. A. Iskenderova, A. E. Aliyeva, R. R. Zarbaliyev, D. B. Tagiyev. Conversion of n-Heptane, n-Butane, and Their Mixtures on Catalytic Systems Al2O3/WO 4 2– ∙ZrO2 and HMOR/WO 4 2– ∙ZrO2. Russian Journal of Applied Chemistry. 2018, Volume 91, Issue 6, pp 964–971.
- K. G. Guliyev, A. I. Sadygova, G. Z. Ponomareva, A. M. Aliyeva, Ts. D. Gulverdashvili, D. B. Tagiyev. Synthesis of 2-Chloromethyl-1-(p-vinylphenyl) cyclopropane and Its Copoly-merization with Styrene. Russian Journal of Applied Chemistry. 2018, Volume 91, Issue 2, pp 304–309. CA-0,494
- Safa I. Abasov, Suraya B. Aghayeva, Hafiz M. Alimardanov, Dilgam B. Taghiyev, Firuza M. Veliyeva, Malahat T. Mammadova, Aytan A. Iskenderova, Arzu A. Imanova, Yegana S. Isayeva. Kinetic features of low-temperature catalytic conversion of straight-run gasoline on Co-HZSM-SO42–2 — /ZrO2. Processes of petrochemistry and oil refining. PPOR, Vol. 19, No. 2, 2018, pp. 191–197.
- Vusala A. Majidzade., Parvin H. Guliyev., Yasin N. Babayev., Mahmoud Elrouby., Akif Sh. Aliyev., Dilgam B. Tagiyev. "Electrochemical behavior of selenite ions in tartaric electrolytes", Journal of Electrochemical Science and Engineering, 8(3) (2018) 197–204.
- Kelbaliyev G. I., Tagiyev D. B., Rasulov S. R. Transport Phenomena in Dispersed Media. Francis and Teylor Group (London), 2019, 434 pages
- Samira Zakir Imamaliyeva, Sabina Sahib Musayeva, Dunya Mahammad Babanly, Yasin Isa Jafarov, Dilgam Babir Taghiyev, Mahammad Baba Babanly. Determination of the thermodynamic functions of bismuth chalcoiodides by EMF method with morpholinium formate as electrolyte. Thermochimica Acta, 2019, 679, 178319,7.
- V. A. Majidzade, A. Sh. Aliyev, D. M. Babanly, M. Elrouby, D. B. Tagiyev. Investigation of the electrochemical reduction process of the molybdate ions in the tartaric electrolytes. Acta Chimica Sloveniya, 2019, 66, p. 155–162.
- Алвердиев И. Дж., Имамалиева С. З., Бабанлы Д. М., Юсибов Ю. А., Д. Б. Тагиев, М. Б. Бабанлы. Термодинамическое исследование селенидов серебраолова методом эдс с твердым электролитом Ag4RbI5.// Электро-химия, 2019, том 55, № 5, с. 629–636.
- V. A. Majidzade, A. Sh. Aliyeva, I. Qasimogli, P. H. Quliyev, D. B. Tagiyev. Electrical Properties of Electrochemically Grown Thin Sb2Se3 Semiconductor Films. Inorganic Materials, 2019, Vol. 55, No. 10, pp. 979–983.
- Алвердиев И. Дж., Имамалиева С. З., Бабанлы Д. М., Юсибов Ю. А., Д. Б. Тагиев, М. Б. Бабанлы. Термодинамическое исследование селенидов серебра-олова методом эдс с твердым электролитом Ag4RbI5.// Электро-химия, 2019, том 55, № 12, с.563–573.
- V. A. Majidzade, A. Sh. Aliyeva, I. Qasimogli, P. H. Quliyev, D. B. Tagiyev. Electrical Properties of Electrochemically Grown Thin Sb2Se3 Semiconductor Films. Inorganic Materials, 2019, Vol. 55, No. 10, pp. 979–983.
- N. Z. Ibrahimova, G. М. Jafarov, D. B. Tagiyev, I. U. Lyatifov. Research into kinetics of electron exchange reactions in the system sym. octamethylferrocene/sym. octamethylferricinium hexafluorophosphate // Chemical Problems 2019, № 2 (17), P. 310–315.
- Келбалиев Г. И., Расулов С. Р., Тагиев Д. Б Кристаллизация парафина из нефти и осаждение асфальто- парафинистых веществ на поверхности труб.// Журнал: Химическая технология, 2019, т.20, № 10.
- E. A. Salakhova, D. B. Tagiyev, A. F. Heybatova, A. J. Maharramova, N. N. Khankishiyeva. Electro-chemical Obtaining of New Nano Coverings Re-S. International Journal of Trend in Research and Development, vol6 (2), ISSN 2394–9333, 2019, p. 352–354
- A. Алиев, Д. Тагиев, Р. Гусейнова, В. Мед-жидзаде. Синтез, свойства иприменение тон-ких полупроводниковых пленок халькогенидов кадмия. Баку,"Элм", 2020, 272 с.
- G. I. Kelbaliev. D. B. Tagiev, M. R. Manafov. Rheology of structured oil emulsion. İn book: Nano-and Micro-Encapsulation-Nechniques and aplications. London: İntechOpen, 2020. pp.1–38
- Д. Тагиев, А. Ягубов, С. Мамедова. Сорбционные методы очистки природных и сточных вод. Баку, "Элм", 2020, 246.c.
- Zhen Ma, Vusala A. Aliyeva, Dilgam B. Tagiev, Fedor I. Zubkov, Firudin I. Guseinov, Kamran T. Mahmudov, Armando J. L. Pombeiro. Multinuclear Zn(II)-arylhydrazone complexes as catalysts for cyanosilylation of aldehydes. Journal of Organometallic Chemistry., 2020, 121171.
- Mashadiyeva L. F., Mansimova S. H., Babanly D. M., Yusibov Y. A., Tagiyev D. B., Babanly M. B. Phaseequilibria in the Ag2Te-PbTe-Sb2Te3system and thermodynamic properties of the (2PbTe)1-x(AgSbTe2)x solid solutions. //Acta Chimical Sloveniya. 2020, v.67, p.799–811
- Н. З. Ибрагимова, Г. М. Джафаров, Д. Б. Тагиев, И. У. Лятифов. Кристаллическая структура 1,2,4,1',2',4'-гексаметилферрцена. // Журнал Координационная химия, 2020, № 1, том 46, стр. 56–61.
- Imamaliyeva S. Z., I. F. Mehdiyeva, D. B. Taghiyev, M. B. Babanly. Thermodynamic investigations of the erbium tellurides by EMF method. // Physics Chem. Solid State, 2020, V.21, № 2, pp. 312–318
- Имамалиева С. З., Мехдиева И. Ф., Бабанлы Д. М., Зломанов В. П., Тагиев Д. Б., Бабанлы М. Б. Твердофазные равновесия в системе Tl2Te–Tl2Te3–TlErTe2 и термодинамические свойства соединений Tl9ErTe6 и TlErTe2. /Журнал Неорганческой химии, 2020, том 65, № 11, с.1550–1557.
- Mamedov F. M., Babanly D. M., Amiraslanov I. R., Tagiev D. B., Babanly M. B. Physicochmical analysis of the FeSe–Ga2Se3–In2Se3system. // Russian Journal of Inorganic Chemistry, 2020, № 11, pp.1747–1755.
- M. M. Asadov, S. N. Mustafaeva, D. B. Tagiyev, V. F. Lukichev. Thermodynamic and Dielectric Properties of As2S3–As2Se3 . Russian Journal of Inorganic Chemistry.. 2020. Vol. 65. No.5. pp. 733–742.
- M. M. Asadov, N. A. Akhmedova, S. R. Mamedova, D. B. Tagiev. Phase Equilibria Thermodynamic Analysis, and Electrical Properties of Samples in the System Li2O–B2O3– Yb2O3. Russian Journal of Inorganic Chemistry. 2020. Vol.65. No.7. pp.1061–1068.
- D. Tagiev, U. Mammadova*, A. Isazade, N. Zeynalov, O. Badalova, N. Shixverdieva, C. Seidova, H. Aslanova. Immobilization of a quarterized polymer with immobilized transition metal ions. // Digest Journal of Nanomaterials and Biostructures, 2020. Vol.15. No.1 .pp.275–280.
- Г. И. Келбалиев, Д. Б. Тагиев, О. М. Гюлалов, Ф. И. Шекилиев, В. И. Керимли, Н. А. Магер-рамова. Теоретические и экспериментальные исследования процессов очистки сточных водсинергетической смесью. // Химия и технология воды, 2020, т.42, № 2, с.178–185.
- 2. Mammadov A. N., AlverdievI. D., AlievZ. S., Tagiev D. B., Babanly M. B. Thermodynamic Modeling of the Phase Diagram for Cu2SnS3-Cu2SnSe3 System. In: R. A. Aliev et al. (Eds.):ICSCCW 2019. Advances in Intelligent Systems and Computing, 2020, 1095, pp.1–8.
- E. A. Salakhova, D. B. Tagiyev, K. F. Ibragimova, P. E. Kalantarova. Morphology of rhenium-selenium-copper nano-films. London Journals Press. vol. 19, Issue 8, 2020, pp. 45–49
- Д. Тагиев, Qüdrət Kəlbəliyev, Manaf Manafov "Nano- və mikrokapsulasiya. Metodlar və tətbiqlər". "Intech Open", 2021. Pp.278
- S. P. Javadova, V. A. Majidzade, A. Sh. Aliyev, D. B. Tagiyev. Effect of major factors on the composition of thin Bi2Se3 films. Russian journal of applied chemistry, 2021, V. 94, Issue 1, pp. 38–42.
- V. A. Majidzade, A. Sh. Aliyev, M. Elrouby, D. M. Babanly, D. B. Tagiyev. Electrodeposition and Growth of Iron from an Ethylene Glycol Solution. Acta Chimica Slovenica, 2021, V. 68, № 1, pp. 185–192
- S. F. Jafarova, V. A. Majidzade, I. Kasimogli, Sh. O. Eminov, A. Sh. Aliyev, A. N. Azizova, D. B. Tagiyev. İnorganic Materials, V. 57(4), 2021, pp. 331–336.
- U. M. Gurbanova, D. M. Babanly, R. G. Huseynova, D. B. Tagiyev. Study of electro-chemical deposition of Ni-Mo thin films from alkaline electrolytes. Journal Electrochemical Science and Engineering, 2021, 11(1). pp. 39–49.
- V. M. Akhmedov, N. E. Melnikova, A. Z. Babaye-va, G. G. Nurullayev, Vs. M. Akhmedov, D. B. Tagiyev. Platinum nanocomposites with mesoporous carbon nitride: synthesis and evaluation of the hydrogenation activity. Russian Chemical Bulletin. 2021, 70, No.4, pp. 677–684.
- Э. А. Салахова, Д. Б. Тагиев, M. A. Рамазанов, З. A. Агамалиев, K. Ф. Ибрагимова. Электрохимическое получение нанопокрытий в системе Re-Cu-Se и их морфология. Журнал Химия и химическая технология. Т.64, № 2, 2021, с.34–40.
- E. A. Salakhova, D. B. Tagiyev, P. E. Kalantarova, R. E. Huseynova, İ İ. Cabbarova. Effects of different factors on electrochemical obtaining of Re-Te-Cu alloys. Journal Electrochemical Science and Engineering. 11(2), 2021, pp.107–114.
- Nigar Z. Ibrahimova, Gazanfar M. Jafarov, Dilgam B. Tagiyev, Iltifat U. Lyatifov. Electrochemical reversibility of Me6Fc/Me6Fc+PF6– and Me8Fc/Me8Fc+PF6– redox systems in acetonitrile. Journal of Electrochemical Science and Engineering. İSSN-1847–9286, 2021, 2021, v.11, (4), pp.221–225
- Asadov M. M., Mustafaeva S. N., Guseinova S. S., Lukichev V. F., Tagiev D. B. Ab initio modeli-ng of the location and properties of ordered vacancies on the magnetic state of a graphene monolayer. Physics of the Solid State. 2021. V. 63. № 5. pp. 680–689.
- Tagiev D. B., Mammadova U. A., Asadov M. M., Isazade A. F., Zeynalov N. A., Badalova O. T., Bagirov S. T. Catalytic oxidation of n-hexane on immobilized manganes. Journal of Chemical Technology and Metallurgy. 2021. Vol. 56. No 5. pp. 979–987.
- Dilgam B. Tagiev, Ulviya A. Mammadova, Mirsalim M. Asadov, Aygun F. Isazade, Nizami A. Zeynalov, Ofeliya T. Badalova, Shahin T. Bagirov. Catalytic oxidation of n-hexane on immobilized manganese-containing polymer catalyst. Journal of Chemical Technology and Metallurgy, 2021, Vol.56, pp.979–987.
- S. Z. Imamaliyeva, G. I. Alekberzade, A. N. Mamedov, D. B. Tagiev, M. B. Babanly. Modeling the Phase Diagram of the Tl9SmTe6-Tl4PbTe3-Tl9BiTe6 System. 14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing – ICAFS-2020. In: Intelligent Systems and Computing / R. A. Aliev et al. (Eds.):, Jan 5, 2021. vol 1306. pp.480–489
- G. I. Kelbaliyev, D. B. Tagiyev, M. R. Manafov. Rheology of Structured Oil Emulsion. Nano- and Micro-Encapsulation — Techniques and Applications. Capter 7. 2021. рр.201–236
- Ахмедов Э. Дж., Бабанлы Д. М., Имамалиева С. З.,Тагиев Д. Б., Бабанлы М. Б. Тер-модинамические свойства халькогенидных фаз в системе Bi–Te–S. Неорганические материалы, V. 57, № 3.
- Машадиева Л. Ф.,Бабанлы Д. М., Юсибов Ю. А.,Тагиев Д. Б.,Бабанлы М. Б. Tермодина-мическое исследование системы Ag-Sb-Se методом ЭДС с твердым электролитом Ag4RbI5 Электрохимия, V. 57, № 3.
- Imamaliyeva S. Z., Mehdiyeva I. F., Qasymov V. A., Babanly D. M. , Taghiyev D. B., Babanly M. B. Solid-Phase Equilibria and Thermodynamic Properties of Phases in the Tm–Te System. Russian Journal of Physical Chemistry A, V. 95, № 4.
- Hasanova G. S., Aghazade A. I., Babanly D. M., Tagiev D. B., Yusibov Yu. A., Babanly M. B. Thermodynamic Properties of Bismuth Selenides. Russ. J. Phys. Chem, V.95.
- Sevda Fatullayeva, Dilgam Tagiyev, Nizami Zeynalov. A review on enterosorbents and their application in clinical practice: Removal of toxic metals. Colloid and Interface Science Communications. 2021.100545, 2021, V. 45, Article 100545, pp.1–11.
- S. P. Javadova, V. A. Majidzade, A. Sh. Aliyev, A. N. Azizova, D. B. Tagiyev. Electrodeposition of Bi-Se thin films involving ethylene glycol based electrolytes. Journal Electrochemical Science and Engineering, 2021, 11(1). pp. 51–58.
- D. B. Tagiev, O. Yu. Golubeva, S. A. Mamedova, U. A. Mamedova, N. A. Zeynalov, Yu. A. Aliki-na & E. Yu. Brazovskaya. Comparative Study of the Physical and Chemical Properties of Natural Bentonite Clay of the Dash-Salakhli Deposit and Synthetic Montmorillonite. Glass Physics and Chemistry. 2022, V. 48, pp.140–150
- S. Fatullayeva, D. Tagiyev, N. Zeynalov, S. Mammadova, E. Aliyeva. Recent advances of chitosan-based polymers in biomedical applications and environmental protection. Journal of Polymer Research. 2022, vol. 29, issue 7, pp.1–19.
- Majidzade V. A., Javadova S. P., Aliyev G. S., Aliyev A. Sh., Tagiyev D. B. Electrodeposition of Sb–Se Thin Films from Organic Electrolyte. Chemistry Africa. 2022,
- Eminov Sh. O., Tagiyev D. B., Aliyev A. Sh., Jalilova Kh. D., Guliyev J. A., Rajabli A. A., Mame-dova G. H., Majidzade V. A. Integration of supercapa citor with solar cell based on NiO2 and CdS nanopillars embedded in porous anodic alumina templates. International Journal of Energy Research, 2022, Spesial issue, 8 p.
- Sh. Tapdiqov, D. Tagiyev, N. Zeynalov, S. Safa-raliyeva, S. Fatullayeva, M. Raucci, A. Hummetov, M. Mustafayev, R. Jafarova, Kh. Shirinova. Cumulative release kinetics of levothyroxine-Na pentahydrate from chitosan/arabinogalactane based pH sensitive hydrogel and it's toxicology. Reactive and Functional Polymers, 2022, vol. 178, pp.1–11.
- S. N. Osmanova, G. R. Azimova, S. M. Zulfugarova, E. H. Ismailov, D. B. Taghiyev and J. W. Thybaut Surface structure and phase composition MnOx-Na2WO4/SiO2 catalyst for oxidative conversion of methane. Reaction Kinetics, Mechanisms and Catalysis.2022.
- V. M. Akhmedov, N. E. Melnikova, Vs. Ahma-dov, D. Tagıyev, Tuning selectivity in the gas phase hydrogenation of phenylacetylene over the platinum—mesoporous carbon nitride compo-sites. Russian Chemical Bulletin. (Int. Ed.). 2022. vol. 71, No. 2, pp. 276–282
- Ismailov E. H., Taghiyev, D. B., Zulfugarova, S. M. Osmanova S. N. Azimova G. R., J. W. hybaut. Phase Composition and Catalytic Properties of MnNaW/SiO2 Oxide System in Oxidative Conversion of Methane. Theoretical and Experimental Chemistry. 2022, vol. 58, No. 1, pp. 61–69.
- Asadov M. M., Mustafaeva S. N., Guseinova S. S., Lukichev V. F., Tagiev D. B. Modeling structural and energy characteristics of atoms in a GaS2D-crystal with point defects. Physics of the Solid State. 2022. vol. 64. No1. pp. 44–57
- Kelbaliev G. I., D. B. Tagiev, M. R. Manafov. Kinetically and Aggregatively Unstable Oil Disperse Systems. Journal of engineering physics and thermophysics. 2023, vol.96, No3, p.660–668
- Majidzade V. A., Aliyev G. S., Javadova S. P., Aliyev A. Sh., Dadashova S. D., Tagiyev D. B. Mathematical modeling and optimization of the process of formation of functional thin MoSe2 films. Mathematical Models and Computer Simulations, 2023, vol.15, issue 1, p. 73–78
- Zulfugarova S. M., G. R. Azimova, Z. F. Aleskerova, D. B. Tagiev. Cobalt-Containing Oxide Catalysts Obtained by The Sol-Gel Method with Auto-Combustion in The Reaction of Low-Temperature Oxidation of Carbon Monoxide. Journal of the Turkish Chemical Sosiety. 2023; vol. 10(3): p. 577–588.
- Tapdiqov Sh., D. Taghiyev, N. Zeynalov. L. Ambrosio, M. Raucci. Adsorption of trypsin onto pH sensitive poly-N-vinylpyrrolidone-co-poly-4-vinylpyridine and its magnetic based hydrogel: Sorption isotherms and thermodynamic parametrs. Sensors and Actuators: A. Physical, 2023, vol.357, 114371.
- Majidzade V. А., S. P. Javadova, S. F. Jafarova, А. Sh. Aliyev, D. B. Tagiyev. Electrochemical deposition of Sb2S3 thin films. Russian journal of applied chemistry. 2023, vol. 95, No.10, p.1627–1633
- Salakhova E. A., D. B. Tagıyev, P. E. Kalantarova, I. I. Jabbarova, R. E. Huseynova, A. F. Heybatova, N. N. Khankishiyeva, K. F. Ibrahimova. Electrochemical obtaining of thin tellurium coatings from chloride-sulphate solutions. London Journal of Research in Science: Natural and Formal. 2023. vol.23, issue 8, p.73–83.
- Zulfugarova S. M., G. R. Azimova, Z. F. Aleskerova, D. B. Tagiev. Cobalt-Containing Oxide Catalysts Obtained by The Sol-Gel Method with Auto-Combustion in The Reaction of Low-Temperature Oxidation of Carbon Monoxide. Journal of the Turkish Chemical Sosiety. Section A. 2023, vol.10(3), p.577–588
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Dilqəm Tağıyevin 50 müəllif şəhadətnaməsi və patenti var. Bunlardan bəziləri aşağıdakılardır:
- 1723792 ДСП "Способ получения димеров олефинов С6 ,С8" (Соавторами)
- 1659093 "Катализатор для димеризации пропилена" (Соавторами)
- 1823415 ДСП "Способ олигомеризации С6-олефинов" (Соавторами)
- 1781206 "Способ получения диалкилфталатов" (Соавторами)
- 1743035 ДСП "Катализатор для олигомеризации С6 — олефинов" (Соавторами)
- 98 0084 "C6-olifinlərin dimerləşmə üsulu" (Həmmüəllifli)
- İ 2000 0235 "Metilentsiklopropanın timerləşməsi üsulu" (Həmmüəllifli)
- İ 2003 0204 "Propin turşusunun alınma üsulu" (Həmmüəllifli)
- İ 2004 0161 "Karbon turşularının mürəkkəb efirlərinin alınma üsulu" (Həmmüəllifli)
- İ 2014 0016 "4-Fenil-o-ftalodinitrilin alınma üsulu" (Həmmüəllifli)
- İ 2017 0004 "O-karboksibenzoilferrosenin natrium duzunun alınma üsulu" (Həmmüəllifli)
- İ 2017 0055 24.10.2017"Renium əsasında nazik təbəqəli örtüyün alınma üsulu" (Həmmüəllifli)
- İ 2017 0056 24.10.2017"Kristallaşma prosesinin idarə olunması üsulu" (Həmmüəllifli)
- İ 2018 0015 "Ferrosenin tullantısız texnologiya ilə alınması üsulu və onun həyata keçirilməsi üçün qurğu" (Həmmüəllifli)
- İ 2018 0016 "Renium əsasında nazik təbəqəli örtüyün alınma üsulu" (Həmmüəllifli)
- İ 2018 0029 "Az həll olan duzların və həll olan kompleks birləşmələrin reaksiyalarının tarazlıq sabitlərinin təyini üsulu" (Həmmüəllifli)
- İ 2019 0059 "İstilik sistemləri və metal səthlərini təmizləmək üçün tərkib (SAD)" (Həmmüəllifli)
- İ 2020 0063 "Sb2Se3 nazik yarimkeçirici təbəqələrinin alınması üçün elektrolit" (Həmmüəllifli)
- İ 2020 0064 "Azulen və onun törəmələrinin qarışığının alınması üsulu" (Həmmüəllifli)
- İ 2020 0065 "Ni-Mo nazik təbəqələrinin alınması üçün elektrolit" (Həmmüəllifli)
- İ 2020 0069 "Ammonyakın ammonium sulfatdan alınmasının elektrokimyəvi üsulu" (Həmmüəllifli)
- İ 2020 0070 "Biogen metalların duzlarının amin turşuları ilə kompleks birləşmələri buğdanın boy stimullaşdırıcısı kimi" (Həmmüəllifli)
- İ 2020 0072 "Alunit filizindən alüminium oksidin alınmasının elektrokimyəvi üsulu" (Həmmüəllifli)
- İ 2021 0052 "Kvars qumunun dəmirdən təmizlənməsi üsulu" (Həmmüəllifli)
- İ 2021 0103 "Alunit filizinin emalı üsulu" (Həmmüəllifli)
- İ 2021 0104 "Termoelektrik xassəli Bi2Se3 nazik təbəqələrinin alınması üsulu" (Həmmüəllifli)
- İ 2022 0030 "Xlorkarbohidrogenlərin oksidləşməsi prosesində dezaktivləşmiş oksid katalizatorlarının regenerasiyası üsulu" (Həmmüəllifli)
- İ 2022 0051 "Yarımkeçirici xassəli Sb2S3 nazik təbəqələrinin çökdürülmə üsulu" (Həmmüəllifli)
- İ 2022 0059 "Natrium alüminat məhlulundan silisiumun dərin təmizlənməsi üsulu" (Həmmüəllifli)
Dilqəm Tağiyev bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmi toplantılarda Azərbaycan elminin layiqli təmsilçisi olmuşdur. Rusiyada (2014), Bolqarıstanda (1979),(1983),(1991), Çexiyada (2005), Almaniyada (1990), Fransada (2004), İsveçdə (2002), Şotlandiyada (2003), Avstriyada (2003), İsveçrədə (2004), İspaniyada (2002), (2006), (2015), İtaliyada (2017) keçirilən Beynəlxalq konqress, simpozium və konfranslarda məruzəçi kimi bilavasitə iştirak etmişdir. (2014)-cü ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin dəvəti ilə ezamiyyətdə olmuş və birgə tədqiqatlar aparmaq üçün Beynəlxalq aləmdə kifayət qədər nüfuzlu olan bu elmi mərkəzlə müştərək beynəlxalq laboratoriya yaratmaq üçün ikitərəfli müqavilə (2018)- ci illərdə maliyyələşdirilən proqram üzrə) bağlamışdır. (2017)-ci ildə Parisdə keçirilən YUNESKO-nun 39-cu Baş Kofransında Azərbaycanın təmsilşisi kimi elm komissiyalarının işində fəal iştirak etmişdir. 2019-cu ildə Budapeştdə keçirilən Dünya Elm Forumunda Azərbaycan Respublikasını təmsil etmişdir.
Fransanın Lion Kataliz və Ekoloji Tədqiqatlar İnstitutunun və Norveçin SİNTEF Fondunun təklifi və dəvəti ilə Dilqəm Tağıyev Beynəlxalq qrupun tərkibində 2019–2022-ci illər üçün Avropa Birliyinin Horizon 2020 Beynəlxalq Qrant müsabiqəsinin qalibi olmuşdur.
- Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
- Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, dissertasiya müdafiəsi üzrə Dissertasiya Şurasının Sədri,
- MEA Kimya Elmləri Bölməsi
- Elmi-ekspertiza və konsaltinq fəaliyyəti
- Elmi redaktə işləri, rəyçi və məsləhətçi olduğu əsərlər
- Dissertantlara elmi rəhbərlik və opponent
Dilqəm Tağiyevin rəhbərliyi ilə 13 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanmışdır.
Akademik Dilqəm Tağıyev "Azərbaycan Kimya jurnalı"nın baş redaktoru, "AMEA-nın Məruzələri", "AMEA-nın Xəbərləri", "Elm dünyası" jurnallarının, "ELM" qəzetinin redaksiya şurasının üzvüdür.
Dilqəm Tağıyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi kimya kafedrasının professoru, 1993-cü ildə Əczaçılıq fakültəsinin dekanı, 1995-ci ildə isə Biofiziki və bioüzvi kimya kafedrasının müdiri seçilmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin professorudur.
- SSRİ EA Kataliz üzrə Şuranın üzvü (1989);
- Nyu York Elmlər Akademiyasının həqiqi üzvü (1994);
- Beynəlxalq Seolit Assosiasiyasının üzvü (2001);
- Amerika Kimya Cəmiyyətinin üzvü (2003);
- Rusiya Təbiətşünaslıq Akadrmiyasının üzvü (2013)
- Qabaqcıl Materiallar üzrə Beynəlxalq Assosiasiyanın üzvü (2018).