Din işləri üzrə rəhbərlik (Türkiyə)

Dəyanət işleri üzrə rəhbərlik3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi.[1]

Dəyanət işleri üzrə rəhbərlik
  • Diyanet İşleri Başkanlığı
(DİB)
Loqonun şəkli
Din işləri üzrə rəhbərlik / Ankara
Din işləri üzrə rəhbərlik / Ankara
Ümumi məlumatlar
Ölkə Türkiyə
Yaradılma tarixi 3 mart 1924
Əvvəlki qurum Şəriət və Vəqflər Nazirliyi
Tabelik Türkiyə prezidentinə
Baş qərargah
Ünvan Üniversiteler Mahallesi, Dumlupınar Bulvarı No:147/A 06800 Çankaya / Ankara
Rəhbərlik
Əli Erbaş

Rəsmi saytı www.diyanet.gov.tr

Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: [2]

" "Ümumi idarəyə daxil olan Dəyanət işleri üzrə rəhbərlik, dünyəvilik prinsipinə uyğun olaraq, bütün siyasi baxış və fikirlərdən kənarda qalmaqla milli həmrəylik və inteqrasiya məqsədi ilə xüsusi qanunda göstərilən vəzifələri yerinə yetirir" "

2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir. [3]

Təşkilat sturukturu

[redaktə | mənbəni redaktə et]

Daimi formullar

[redaktə | mənbəni redaktə et]
  • Din İşləri üzrə Ali Komitəsi;
  • Quranın araşdırılması və Qiraət Şurası

Xidmət bölmələri

[redaktə | mənbəni redaktə et]
  • Dəyanət Xidmətləri üzrə ümumi müdirlik;
  • Təhsil Xidmətləri üzrə ümumi müdirlik;
  • Həcc və Ümrə Xidmətləri üzrə ümumi müdirlik;
  • Dini Nəşrlər üzrə ümumi müdirlik;
  • Xarici Əlaqələr üzrə ümumi müdirlik;
  • İnsan Resursları üzrə ümumi müdirlik;
  • İdarəetmə Xidmətləri üzrə ümumi müdirlik;
  • Rəhbərlik və Araşdırma şöbəsi;
  • Strateji İnkişaf üzrə müdirlik;
  • Hüquq məsləhətçisi;
  • Xüsusi katiblik;
  • Mətbuat və İctimaiyyətlə Əlaqələr məsləhətçiliyi şöbəsi

Qurumun rəhbərləri

[redaktə | mənbəni redaktə et]
# Ad Başlama tarixi Çıxma tarixi
1 Mehmet Rüfət Börəkçi 1 aprel 1924 5 mart 1941[4]
2 Mehmet Şərafeddin Yaltkaya 14 yanvar 1942 23 aprel 1947
3 Əhməd Hamdi Akseki 29 aprel 1947 9 yanvar 1951[5]
4 Eyyub Səbri Hayırlıoğlu 17 aprel 1951 10 iyun 1960
5 Ömər Nəsuhi Bilmən 30 iyun 1960 6 aprel 1961
6 Həsən Hüsnü Ərdəm 6 aprel 1961 13 oktyabr 1964
7 Mehmet Tevfik Gerçeker 15 oktyabr 1964 16 dekabr 1965
8 İbrahim Bədrəddin Almalılı 17 dekabr 1965 25 oktyabr 1966
9 Əlirza Haqsəs 25 oktyabr 1966 25 yanvar 1966
10 Lütfi Doğan 15 yanvar 1968 25 avqust 1972
11 Lütfi Doğan 26 avqust 1972 26 iyul 1976
12 Süleyman Atəş 28 iyul 1976 7 fevral 1978
13 Təyyar Altıkulac 9 fevral 1978 10 noyabr 1986
14 Mustafa Səid Yazıçıoğlu 17 iyun 1987 2 yanvar 1992
15 Mehmet Nuri Yılmaz 3 yanvar 1992 13 mart 2003
16 Əli Bardakoğlu 28 mart 2003 11 noyabr 2010
17 Mehmet Görməz 11 noyabr 2010 31 iyul 2017
- Əkrəm Keleş 31 iyul 2017 15 sentyabr 2017
18 Əli Erbaş 16 sentyabr 2017[6] hal-hazıradək
  1. "Kuruluş ve Tarihi Gelişim". 3 Nov 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  2. "Diyanet İşleri Başkanlığı Kuruluş ve Görevleri hakkında kanun". 4 Oct 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  3. "2020 YILI MERKEZİ YÖNETİM BÜTÇE KANUN TEKLİFİ VE BAĞLI CETVELLER" (PDF). 1 Nov 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  4. "Börekçi, Rifat". 17 Jul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  5. "Ahmet Hamdi Akseki". 2 Oct 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  6. "Diyanet İşleri Başkanı Ali Erbaş oldu! Ali Erbaş kimdir". 17 Sep 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]