Diospiros

Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən, 700 növü olan cins. Onun bəzi növləri daha çox qiymətli, qara, ağır taxtasına görə tanınır. Bu ağaclar ebena adlanır. Bəzi növləri isə meyvələrinə görə tanınır və xurma ağacı adlanır.

Xurma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır.

Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Xurma fars mənşəli sözdür.[3] Ebena sözü isə Misir dilindən (q.misir hbny) Qədim Yunan dilinə (q.yun. ἔβενος), ordan isə Latın dilinə (lat. ebenus) və sonra Orta İngilis dilinə (ebony) keçmişdi.[4]

Xurma cinsinin latın adı (lat. Diospyros) Qafqaz xurmasının yunan adından gəlir (yun. διόσπυρος). Diós (Διός) - Zevs və pyrós (πῡρός) - buğda, yəni "Zevsin buğdası", "Tanrı yeməyi" və ya "ilahi meyvə".[5][6]

Becərməsi və istehlakı

[redaktə | mənbəni redaktə et]
Diospyros kaki meyvəsi
Xurma meyvəsinin istehsalı – 2019
Ölkə İstehsal
(million ton)
Çin ÇXR 3,21
Cənubi Koreya Cənubi Koreya 0,32
Yaponiya Yaponiya 0,21
Azərbaycan Azərbaycan 0,17
Braziliya Braziliya 0,16
Dünya 4,27
Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı[7]

2019-cu ildə dünyada 4,27 ton xurma meyvəsi yığılıb. Bundan 75%-i Çin Xalq Respublikası istehsal edib. Ticarət məqsədi üçün ən çox istehsal olunan xurma meyvəsi xirnik (lat. Diospyros kaki) növünə aiddir. O, əslən Çindən, şimal-şərqi Hindistandan və Hind-Çindən gəlir.[8][9]

ABŞ vətəndaş müharibəsi zamanı Konfederativ əsgərlər və cənubun sakinləri Virciniya xurması qəhvə əvəzedicisi şəkildə işlənilirdi.[10]

Oyulmuş ebena taxtası qədim Misirin meqbərələrində aşkar olunub.[11] O, dünyanın ən baha taxta növlərindən biridir.[12][13] Afrikada və Asiyada böyüyən xurma cinsinə aid olan bir sıra ağac növü ebonit ağacları kimi sayılır. Bu növlərin bir neçəsi təhlükə altındadır.[14] Məsələn, 1994-cü ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi Cənubi və Cənub-şərqi Asiyada böyüyən Diospyros ebenum növünü Qırmızı kitaba əlavə etmişdi.[15]

Rezindən hazırlanan ebena taxtasının əvəzedicisi ebonit adlanır.[16]

Xirnik növünün yarpaqları çay hazırlamaq üçün istifadə etmək olar.[17] Özəlliklə Koreyada bunun üçün xirnik yarpaları may və ya iyun aylarında yığılır.[18] Yaponiyanın Nara prefekturasına aid olan suşi növü skumbriyadan hazırlanır və xirniyin yarpaqına bükülüb, bir neçə gün ərzində fermentasiya olunur.[19] Cənubi Asiyada Koromandel ebenasının (Diospyros melanoxylon) yarpaqları bidi (və ya biri) siqaretlərini bükmək üçün istifadə olunur.[20]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 478. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.
  3. Bəşir Əhmədov. Etimologiya lüğəti
  4. Beekes, R. S. P.; van Beek, Lucien. Etymological Dictionary of Greek. Leiden: Brill. 2009. 368. ISBN 978-90-04-17418-4.
  5. Jaeger, Edmund Carroll. A source-book of biological names and terms. Springfield, IL: Thomas. 1959. ISBN 0398061793.
  6. Tice, John. H. "Essay on the Diospyros virginiana" Annual report / Missouri State Horticultural Society 1864.
  7. "Persimmon production in 2019; Crops/World regions/Production quantity (from pick lists)". Food and Agriculture Organization of the United Nations: Division of Statistics (FAOSTAT). 2020. 29 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2021.
  8. "Diospyros kaki". EPPO Global Database. 2001-10-21. 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  9. "Diospyros kaki L.f." Plants of the World Online. Kew Science. 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  10. C. H. Briand. The common persimmon (Diospyros virginiana L.): The history of an underutilized fruit tree (16th-19th centuries) (PDF) // Huntia . 12 (ingilis). № 1. Pittsburgh, PA, USA: Hunt Institute for botanical Documentation. 2005. 71–90. ISSN 0073-4071. 2019-02-02 tarixində arxivləşdirilib (PDF).
  11. D.M., Dixon. The ebony trade of ancient Egypt. discovery.ucl.ac.uk (Doctoral). 19 February 1961. 6 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2024.
  12. "Top 10 Most Expensive Woods in the World". Salpoente Boutique. 18 November 2016. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2020.
  13. "11 Most Expensive Woods in the World". Ventured. 22 July 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2020.
  14. https://www.google.lt/books/edition/Biodiversity_my_hotel_in_action_a_guide/_fM3LhTanqcC?hl=en&gbpv=1&dq=Species+of+ebony&pg=PA100&printsec=frontcover
  15. "Arxivlənmiş surət". 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-29.
  16. https://www.google.lt/books/edition/A_Dictionary_for_the_Modern_Clarinetist/lz7xBQAAQBAJ?hl=en&gbpv=1&dq=ebonite+substitute+ebony&pg=PA39&printsec=frontcover
  17. "Arxivlənmiş surət". 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  18. "gamnip-cha" 감잎차 [persimmon leaf tea]. Doopedia (koreya). Doosan Corporation. 13 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2017.
  19. MATCHA. "Sushi Wrapped in a Leaf? Try the Persimmon Leaf Sushi in Nara". MATCHA - JAPAN TRAVEL WEB MAGAZINE (ingilis). 30 May 2022. 6 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2024.
  20. Gupta, Prakash C. Control of tobacco-related cancers and other diseases: proceedings of an international symposium, January 15–19, 1990, TIFR, Bombay. Prakash C. Gupta. 1992. 29. ISBN 978-0-19-562961-3.