Dmanisi (tarixi ərazi)

DmanisiTbilisidən 85 km cənub-şərqdə, Maşavera və Pinezauri çaylarının qovuşduğu yerdə arxeoloji abidə. 1936-37-ci illərdə ilk qazıntılar aparılmış (L.V.Musxelişvili), 1960-cı ildən davam etdirilmişdir (V.V.Caparidze, D.D.Kopaliani və b.). Erkən Paleolit dövrü göl çöküntülərindən daş əmək alətləri ilə yanaşı, 1991-2002-ci illərdə Homo ergaster/Homo erectusHomo habilis/Homo rudolfensis (1,8-1,7 mln. il əvvəl) cizgiləri olan 5 kəllə aşkar edilmişdir. Son Tunc və Erkən Dəmir dövrünə aid tapıntılar da var.

Tarixi Gürcüstan əraziləri
Qədim Dmanisi şəhəri
Ümumi məlumatlar
Ölkə Gürcüstan
Bölgə Dmanisi bələdiyyəsi
Xəritədə yeri
Dmanisi xəritədə
Dmanisi
Dmanisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI-VII əsrlərdə kənd dairəsinin mərkəzi olan Dmanisidə yepiskop kafedrası yerləşirdi. IX əsrdə ərəblər, XI əsrdə isə səlcuqlar tərəfindən tutulmuşdu. X-XI əsrlərdə şəhərə çevrilmiş, XI-XIII əsrlərdə çiçəklənmə dövrünü yaşamışdır. 1123-cü ildə Qurucu David şəhəri işğal etmişdi (bu zaman sonuncu səlcuqi hökmdarı Sultan Səncər [1118 -57] hakimiyyətdə idi).[1] Teymurun yürüşü zamanı dağıdılmış, XIV əsrin sonu XV əsrin əvvəllərində tənəzzülə uğramış, kəndə çevrilmişdir.

XVIII əsrdə ləzgilərin basqınlarından sonra tərk edilmişdir. Dmanisinin möhkəmləndirilmiş hissəsinin sahəsi 13 hektardır, onun cənub-qərbində içqala və saray tikililəri (XIII əsr) yerləşir. Şəhərdə hamamlar, yeraltı yol, kirəmit damlı və kərpic döşəməli evlər, kilsə, məscid, mədrəsə və s. qalıqları, çörəkbişirmə sobaları, dulus, dəmir və şüşə emalatxanaları, məzarlıqlar tədqiq edilmişdir. 1244-cü ildən burada zərbxana mövcud olmuşdur. Şəhərdən cənubdakı müsəlman və xristian qəbirlərindən ibarət məzarlıq (torpaq və daş qəbirlər; XII-XIV əsrlər) Son Tunc və Erkən Dəmir dövrü qəbirlərinin üzərində yerləşir. Tapıntılara sikkələr, şüşə qablar və bilərziklər, yerli və gətirilmə saxsı qablar, monoxrom və polixrom şirli qablar, gildən sferokonuslar, çoxsaylı kitabə və relyeflər, gümüş və qızıl bəzək əşyalarından ibarət dəfinə aiddir. Şəhər yerində qala darvazalarının və daş döşənmiş küçələrin, minarəli məscid və mədrəsələrin, anbarlar və s.-nin qalıqları var.[2]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  1. Minorsky, Vladimir (1977). Studies in Caucasian history. Cambridge University Press. p. 67. ISBN 0521057353.
  2. "დმანისის ნაქალაქარი [Dmanisi site]". საქართველო: ენციკლოპედია: ტ.2 [Encyclopaedia Georgia, vol. 2] (in Georgian). Tbilisi. 2012. pp. 460–461.