Bu məqalə qaralama halındadır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri.
Dokka Umarov | |
---|---|
çeç. Ӏумаров Хьамади кӀант Докка | |
İçkeriyanın 5-ci və son prezidenti | |
Əvvəlki | Abdul-Xalim Sadulayev |
Sonrakı | Qafqaz Əmirliyi quruldu Əhməd Zakayev (İmarat Qafqazın tərəfdarları tərəfindən tanınmamışdır) |
Əvvəlki | Abdul-Xalim Sadulayev |
Sonrakı | Şamil Basayev |
Prezident | Aslan Masxadov |
Qafqaz Əmirliyinin 1-ci əmiri Eyni zamanda Noxçiyo vilayətinin valisi (əmiri) | |
Əvvəlki | Dövlət quruldu |
Sonrakı | Əliəshab Kebekov |
Noxçiyo vilayətinin 1-ci valisi (əmiri) | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Aslan Bütukayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1964[1] |
Vəfat tarixi | 7 sentyabr 2013[1] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi |
Dini | islam, vəhhabilik, Sələfiyyə |
Hərbi xidmət | |
Mənsubiyyəti | Çeçen İçkeriya Respublikası, Qafqaz Əmirliyi |
Döyüşlər | |
Rütbəsi | briqada generalı (1996), diviziya generalı[d] |
Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir.
Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi "Borz" (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb.
Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
İkinci çeçen müharibəsi zamanı – 2000-ci ildə Qroznıda çənəsindən yaralanıb. 2002-ci ildə çeçen silahlılarının qrupunda qərb cəbhəsinin komandanı, 2004-cü ildə Milli Təhlükəsizlik Xidmətinin direktoru, 2005-ci ildə vitse-prezident təyin olunub.
Hazırkı Çeçenistan administrasiyasını tanımayan çeçen döyüşçüləri Umarovu İçkeriya Respublikasının son prezidenti (2006–2007) kimi qəbul edir.
Umarov eyni zamanda özünü Qafqaz Əmirliyinin rəhbəri elan edib. Rusiyaya qarşı bir çox terror aktlarının təşkilində günahlandırılır. 29 mart 2010-cu ildə Moskva Metropolitenində törədilmiş terror aktlarını görə məsüliyəti öz üzərinə götürüb.
2013-cü ilin iyul ayında zəhərlənərək öldürülmüşdür.