Qviddiç

QviddiçCoan Roulinq tərəfindən yazılan Harry Potter kitablarındaki xəyali bir idman növüdür.

Qviddiç, sehrbazlar tərəfindən oynanan komanda oyunur. Süpürgə üstündə, uçaraq oynanılır. Məqsədi Qafıl deyilən topu üç çevrənin birindən keçirmək və qoz böyüklüyündə olan Qızıl Sniçi deyilən qanadlı topu tutaraq matçı bitirmək olan bu idmanda hər komandada yeddi oyunçu olur.

Oyunda istifadə edilən vasitələr və komanda üzvləri

[redaktə | mənbəni redaktə et]

'Komanda Üzvləri'

  • 3 Qovalayıcı: Qovalayıcının ən əhəmiyyətli vəzifəsi Qafılı üç çevrənin birinin içindən keçirməkdir.
  • 1 Mühafizəkar: Qapıçının (tutucunun) vəzifəsi Qafılın dairələrdən keçməsinim qarşısını almaqdır.
  • 2 vurucu: Vurucunun vəzifəsi komandasını Blucerlərdən qorumaq və Bluceri rəqibə atmaqdır. Vurucular Blucerə vurmaq üçün əllərində beysbol çubuğuna bənzər çubuqlar daşıyarlar.
  • 1 Axtarıcı: axtarıcını vəzifəsi Qızıl Sniç'i rəqibindən əvvəl tutaraq oyunu bitirməkdir.

'İstifadə edilən Vasitələr'

3 növ top vardır. bunlar:

  • 1 ədəd Qafıl: Qovalayıcı Qafılı çevrədən keçirməyə, tutucu isə tutmağa çalışır. Əgər qovalayıcı bu topu çevrədən keçirsə komandasına 10 xal qazandırır.
  • 2 ədəd Blucer: Blucer öz iradəsi olan bir toptur. Məqsədi əlindən gəldiyincə çox oyunçunu süpürgəsini salmaqdır.
  • 1 ədəd Qızıl Sniç: Bir axtarıcı tərəfindən tutulduğu zaman matçı bitirən Sniç, özünü tutan axtarıcını komandasına 150 xal qazandırır. Snitch yaxalanamazsa matç sonsuza qədər davam edə bilər və aylar sürən Quidditch matçları olduğu bilinməkdədir. Snitch olmadan əvvəl bu top yerinə sinicit adı verilən sarı rəngli kiçik bir quş istifadə edilərdi. Matçlarda bu quşlar bəzi hallarda ölürdü və Sehr Nazirliyi bu səbəblə Qviddiç matçlarında sinicit istifadəsini qadağan etdi.

Hoqvarts'ta 4 komanda vardır. Bu komandalar Hoqvarts Məktəbində olan dörd binanın adlarını almışdır. Qviddiç Sehrbazlar dünyasın sevilən bir idmandır və dörd ildə bir dünya kuboku təşkil edilər. Peşəkar Qviddiç komandalarından bəziləri bunlardır: Holihid Harpiləri, Vinqton Vonderers, Çadli Kanons, Eplberi Errous və Turşil tornados.

Müasir Qviddiç, Qviddiç tarixində ilk olaraq bir quş olan qızıl siniticlə oynanmışdır. Ancaq daha sonralar quşun nəsli tükənməyə yaxınlaşdığı üçün qanadlı qızıl sniç ixtira edilmişdir. Sniç, axtarıcı onu ələ qədər sahənin ətrafında durmadan hərəkət edər və çox sürətlidir. Bir qoz böyüklüyündədir. Sniçi tutmaq komandaya 150 bal qazandırır və oyun ancaq sniç tutulduğunda bitər.

Bundan əlavə Albus Dambldor Ölüm Hədiyyələri ndə Harri Potter ə Fəlsəfə Daşı romanında tutduğu Sniçin içinə Diriltmə Daşı'nı qoymuşdur.

Əsrlər boyu Qviddiç də deyildiyi kimi, Qızıl Sniçin 150 bal dəyərində olmasının 1269'daki bir matça əsaslanır. O tarixdə Sehrbaz Şurası Başsehrbazı olan Barberus Bragg, o vaxtlar məşhur olan Sinicit ovlama idmanına ithafən, matça qəfəsdə bir Sinicit quşu gətirir və onu buraxdıq sonra, quşu tutan oyunçuya 150 Galleon mükafat verəcəyini söyləyər.