Lord Voldemort

Lord Voldemort (31 dekabr 1926[1], London2 may 1998[2], Hoqvarts[3]) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri.

Lord Voldemort
ing. Lord Voldemort
Harri Potter obrazı
Ralf Fayns tərəfindən Harri Potter filmlərində
yaradılmış Lord Voldemort obrazı
Yaradan J.K Roulinq
Canlandıran Ralf Fayns
Məlumat
Tam adı Tom Marvolo Riddle
Ləqəb(lər)i Qaranlıqlar Lordu
Növü İnsan/Sehrbaz,Çarpaz cins
Cinsi kişi
Peşə cadugər,Sehrbaz
Titul Qaranlıqlar Lordu
Milliyyəti ingilis

Voldemort öz debütünü "Harri Potter və Fəlsəfə Daşı" romanında edir. Birinci romanda Roulinq Voldemortu Qara Lord kimi təqdim edir, göstərir ki, o, Harrinin valideynləri Ceyms və Lili Potterləri öldürür, lakin Harrini öldürmək istəyərkən anasının sevgisi uşağı qoruyur, Voldemortun bədəni məhv olsa da, ruhu yenidən qayıtmağa çalışır. Sehrli çubuğu isə Harrinin alnınca çapıq izi buraxır. Voldemort bədənini qaytarmaq üçün Fəlsəfə Daşını ələ keçirməyə çalışır. Bu məqsədlə o, Professor Kvirelldən istifadə edir. Romanın sonuna yaxın Voldemort professorun başının arxasında peyda olur. Lakin Harri daşın onların əlinə keçməsinin qarşısını ala bilir.

İkinci kitab olan "Harri Potter və Sirlər Otağı"nda Roulinq Cinni Uizlinin tapdığı gündəlik vasitəsiylə Lord Voldemortun gənclik xatirəsi olan Tom Narvolo Reddli canlandırır. Bu kitabda Cinni Harridən xoşu gələn yeniyetmə qız kimi təsvir olunur.[4] Özünü tənha hiss edən Cinni fikirlərini və hisslərini gündəliyə yazmağa başlayır və beləcə Tom Reddl gündəlik vasitəsiylə onunla əlaqəyə girir. Tom qısa zamanda Cinnini ələ alır və Sirlər otağına apararaq əsir alır. Tom Reddl onun enerjisindən istifadə edərək fiziki forma almağa çalışır. Lakin Basilliskin öldürülməsindən sonra Harri gündəliyi məhv edir və beləcə Lord Voldemortun gənclik xatirəsi olan Tom Reddl məhv edilir.

Tom Reddlin adı hər dildə fərqlidir:

ing. Tom Marvolo Riddle — I am Lord Voldemort

türk. Tom Marvoldo Riddle — Adım Lord Voldemort

azərb. Tom Narvolo Reddl — Lord Voldemort

fr. Tom Elvis Jedusor — Je ma'pelle Voldemort

alm. Tom Corlost Riddle — Ist Lord Voldemort

it. Tom Orvoloson Riddle — Son io Lord Voldemort

rus. Том Нарволо Реддл — Лорд Волан-де-Морт

isp. Tom Sorvolo Ryddle — Soy Lord Voldemort

Üçüncü kitab olan "Harri Potter və Azkaban Məhbusu" romanında Lord Voldemort nə insan, nə də sehrli məxluq kimi iştirak etmir. Lakin Harrinin Dementorlarla bağlı hadisəni öyrənməsi zamanı onun adı çəkilir. Fala baxma fənnindən sonra müəllim vergi alır və Voldemort haqqında nadir məlumat açıqlayır: "Qara Lord bütün tərəfdaşlarından imtina edərək tənha və dostsuz qalıb. On iki il ərzində onun bütün xidmətçiləri zəncirlənmişdilər. Bu gecə, gecə yarısından qabaq onun xidmətçisi azad olacaq və ustadına qovuşacaq. Xidmətçisinin köməyi ilə Qara Lord əvvəlkindən də güclü şəkildə diriləcək. Bu gecə…gecəyarısından əvvəl…azad olacaq…ustadına…qovuşacaq."[5] Bu məlumatda nəzərdə tutulan xidmətçinin Sirius Blek olduğu düşünülsə də, kitabın sonunda məlumatların Piter Petiqryuya aid olduğu müəyyənləşir.