Donetsk Akademik Regional Dram Teatr – Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində teatr.
Donetsk Akademik Regional Dram Teatrı | |
---|---|
ukr. Донецький академічний обласний драматичний театр | |
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1878 |
Bağlanıb | 16 mart 2022 (Rusiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində) |
Mükafatları | |
Yerləşməsi | |
47°05′46″ şm. e. 37°32′55″ ş. u. | |
Ölkə | |
Yerləşir | Mariupol |
Ünvan | Театральна площа, 1, Piazza del Teatro, 87515, Украина, Донецкая область, Мариуполь, Театральная площадь, 1 |
|
|
donetsk-region-theater.in.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir teatr binası 1960-cı ildə tikilib və Mariupoldakı Teatralnaya meydanında, Mira prospekti ilə Kuindji küçəsinin kəsişməsində (Şəhər meydanının yanı) yerləşirdi. 16 mart 2022-ci ildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1000–1200 mülki şəxsin sığındığı teatr binası Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində dağıdılıb.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra teatr binası öz evlərini itirmiş şəhər sakinləri üçün sığınacaq kimi istifadə olunurdu. Burda əsas sığınacaq alanlar qadınlar və uşaqlar olub.[2] Amerikanın özəl Maxar Technologies şirkəti 14 mart tarixli peyk şəkillərini yayımladı, burada teatrın iki fasadından yerdə böyük hərflərlə yazılmış "UŞAQLAR" yazısı əks olunub.[3][4]
16 mart 2022-ci ildə teatrın binasına super güclü bomba atıldı, bu da teatrın mərkəzi hissəsini dağıdıb və binanın girişini dağıntılarla bağladı.[5] Mariupol Şəhər Şurasının rəsmilərinin dediyinə görə, teatr şəhərin ən böyük bomba sığınacağı olub və dağıdılan zaman orada yalnız qadınlar və uşaqlar olub.
Mariupol merinin şəhər şurasının icra orqanlarının fəaliyyəti üzrə müavini Sergey Orlov BBC-yə bildirib ki, dağıntı, rus qoşunlarının bombardmanı nəticəsində baş verib.[6] Onun sözlərinə görə, şəhər uğrunda gedən döyüşlər zamanı 1000-dən 1200-ə qədər dinc sakin teatr binasına sığınıb.
Dağıntı zamanı qurbanların sayı məlum deyil.[7] Human Rights Watch təşkilatı Mariupoldan olan qaçqınlarla müsahibə aparıb və bildirib ki, martın 16-na qədər 500–800 nəfər teatra sığınıb.
17 mart 2022-ci il səhər saatlarında Ukraynanın xalq deputatı Sergey Taruta bomba sığınacağının sağ qaldığını və insanların sağ qaldığını bildirib.[8] Bununla belə, artıq martın 24-də Popular Politics-in efirində o, ən azı 1000 nəfərin öldüyü, davamlı atəşlər və xilasedicilərin olmaması səbəbindən dağıntılar altından çıxarıla bilmədiyi ehtimalını səsləndirib.[9] Martın 25-də Mariupol Şəhər Şurasının nümayəndələri dram teatrının binasına sığınan 300-ə yaxın insanın öldüyü barədə məlumat veriblər.[10]
İtaliyanın mədəniyyət naziri Dario Françesçini teatrın tez bir zamanda bərpası üçün Ukraynanı resurslarla təmin etmək təklifinin İtaliya Nazirlər Şurası tərəfindən bəyənilməsi ilə bağlı bəyanat verib.[11]
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, teatr binası Ukrayna Milli Qvardiyasının Azov alayının törətdiyi terror aktı nəticəsində partladılıb. Həmin alayın öz qərargahını və ehtimal ki, Rusiyanı ittiham etmək üçün zirzəmidə saxlanılan girovları partladıb.[12][13] Lakin bu ifadələrə dair heç bir sübut təqdim edilməyib. Açıq mənbələrdə isə onların ən azı bəzilərinə şübhə yaradan məlumatlar var — Azov tərəfindən martın 10-da yayımlanan teatrdan videogörüntülər teatrda "girovlar" haqqında iddiaları təsdiqləmir,[3] sosial şəbəkələrdə bununla bağlı sübutlar var. Martın 16-da Mariupolda digər partlayışları (xüsusən də Neptun hovuzu dağıdılıb) göstərən sübutlar da var. Qeyd edək ki, teatrın qarşısında və arxasında iki böyük "Uşaqlar" yazısı yazılmışdı.[14]
Teatrda müasir dramaturqların əsərləri ilə yanaşı, həmişə rus və xarici klassiklərin əsərləri təqdim olunurdu. Bunlar arasında Tolstoy, Puşkin, Molyer, Çexov, Bulqakov, Nabokov, Meterlink, Şekspir, Şukşin, Nina Sadur, Marşak, Şvarts və bir çox başqalarının əsərləri var idi.
Teatrın aparıcı artistləri: Ukraynanın xalq artisti, M. Zankovetskaya adına mükafat laureatı Svetlana Oçenaşenko, Ukraynanın əməkdar artisti Aleksandr Arutyunyan, Natalya Metlyakova, Natalya Atroşenkova, Anatoli Şevçenko, Sergey Musienko və başqaları. 1964–1969-cu illərdə Ukrayna SSR xalq artisti Roza Podyakova teatrda çıxış edib.
45 ildən artıq — 1969-cu ildən 2014-cü ilə qədər RSFSR-in əməkdar artisti, Ukrayna SSR-nin xalq artisti Natalya Yurgens teatrda çalışıb.