Eşqin Quliyev (futbolçu)

Eşqin Elmidar oğlu Quliyev (11 dekabr 1990), Qardabani, Gürcüstan SSR, SSRİ) - Azərbaycan futbolçusu, "Azal" klubunun yarımmüdafiəçisi.

Eşqin Quliyev
Ümumi məlumatlar
Doğum tarixi (32 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 176 sm
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Azal
Nömrəsi 21
Karyerası
Klub karyerası[* 1]
2005–2006 Gürcüstan Olimpik Tbilisi ? (?)
2007–2008 Azərbaycan "Neftçi-2" ? (?)
2007–2011 Azərbaycan Neftçi Bakı 19 (0)
2011–2012 Azərbaycan Sumqayıt 18 (2)
2012—2013 Azərbaycan Neftçi Bakı 3 (0)
2013—2014 Azərbaycan Araz-Naxçıvan PFK 7 (0)
2015—2017 Azərbaycan Qaradağ Lökbatan 2017-h.h.
Azərbaycan AZAL
Milli yığma[* 2]
2008—2012 Azərbaycan Azərbaycan 9 (0)
2013 Azərbaycan Azərbaycan 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərçümeyi halı[redaktə | mənbəni redaktə et]

E.Quliyev peşəkar futbol karyerasına 2005-ci ildə Gürcüstanda Tbilisinin "Olimpik" komandasının heyətində çıxışı ilə başlamışdır. Sonralar o, Azərbaycana köçmüşdür. 2007-ci ildən Bakının " Neftçi" komandasının şərəfini qorumağa başlamışdır. 2007-2008-ci illərdə gənclərdən ibarət "Neftçi-2"komandasının heyətində çıxış etmiş, vaxtaşırı olaraq "Neftçi" komandasının əsas heyətinə cəlb olunmuşdur. 2009-cu ilin aprelindən əsas heyətin əvəzolunmaz oyunçularından biri olmuşdur.[1].

E.Quliyev 2007-ci ilin iyul ayında "Neftçi" (Bakı) komandası ilə Avstriyanın "Rid" futbol komandası arasında keçirilən UEFA Kuboku uğrunda matça çəlb olunmuşdur.[2]. Avropa kuboklarında E.Quliyevin debut matçı 26 iyul 2008-ci ildə baş tutmuşdur.[3].

2011-2012-ci illər mövsümündə "Sumqayıt" futbol Komandasının əsas heyətində çıxış edən E.Quliyev yenidən "Neftçi" komandasına qayıtmışdır. E.Quliyev 2013-2014-cü illər mövsümündə "Araz" - Naxçıvan futbol komandasında, 2014-2017-ci illərdə Lökbatanın "Qaradağ" futbol komandasının heyətində çıxış etmişdir. O, 2017-ci ildən "Azal" futbol komandasının yarımmüdafiəçisidir.

Milli yığmada[redaktə | mənbəni redaktə et]

Eşqin Quliyev gənclərdən ibarət Azərbaycan müilli yığmasının tərkibində (21 yaşa qədər) 10 №li oyunçu

E.Quliyev 17 yaşa qədər yeniyetmələrdən[4] və 19 yaşa qədər gənclərdən[5]) ibarət Azərbaycan milli yığmalarının oyunlarında iştirak etmişdir.

2008-ci ilin noyabr ayında Eşqin Quliyev, Azərbaycan - Albaniya yığma komandaları arasında keçirilən yoldaşlıq görüşündə əsas heyətə dəvət edilmiş, lakin xəstəliyi ilə əlaqədar bu oyunda iştirak etməmişdir.[6].

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 18 летний Эшгин Кулиев отныне будет выступать в премьер-лиге[ölü keçid]
  2. "Neftçi" iştirak ərizəsini UEFA-ya göndərib[ölü keçid]
  3. Кубок Интертото 2008—2009[ölü keçid]
  4. Eşqin Quliyev: "Rəqabətə hazıram"[ölü keçid]
  5. San Marino 0 — 5 Azerbaijan Arxivləşdirilib 2009-06-05 at the Wayback Machine (ing.)
  6. Фогтс призвал в сборную 6 новых игроков[ölü keçid]