"TouchArcade" — ABŞ videooyun veb saytı.
TouchArcade | |
---|---|
URL | toucharcade.com |
Dilləri | ingilis dili |
Alexa reytinqi |
|
"TouchArcade" 2008-ci ildə[2] "Apple" ilə bağlı "MacRumors" məhsul saytının müəllifi Arnold Kim tərəfindən təsis edilmişdir.[3] Saytın məzmununun əsas mövzusu mobil cihazlar və portativ oyun sistemləri üçün videooyunlardır. Saytın nəzərdən keçirdiyi əsas platforma "iOS"dir. Bununla belə, "TouchArcade" saytı "Android" və "Nintendo Switch" kimi digər platformalar üçün videooyun resenziyaları və xəbərləri dərc edir. Bundan əlavə, sayt podkast hazırlayır.[4]
"CNET" saytı "TouchArcade"i altıncı ən yaxşı videooyun bloqu adlandırmış,[5] "Time" jurnalı isə özünün tərtib etdiyi internetdəki ən yaxşı əlli sayt siyahısına əlavə etmişdir.[4]
2015-ci ildə sayt kraudfundinq platforması vasitəsilə vəsait toplama platformasını işə salmışdır. Saytın müəllifləriə görə, buna səbəb videooyun istehsalçılarının videooyun saytlarından daha az reklam sifariş etməsi və daha çox proqramdaxili reklamlara güvənməsi olmuşdur. "The Guardian" qeyd etmişdir ki, "TouchArcade" kraudfandinqə müraciət edən ilk müstəqil jurnalistika saytı deyil.[6] Torluf Yernström "Pocket Gamer" üçün bir məqalədə "TouchArcade"in yaşadığı maliyyə çətinliklərinin saytın populyarlığı artan "free-to-play" videooyunlara tamamilə məhəl qoymaması ilə əlaqədar olduğunu əlavə etmişdir.[7]