Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[1][2][…], Paris[4] – 27 sentyabr 1917[2][3][…], Paris[4]) — fransız rəssamı, impressionizmin banilərindən biri.
Edqar Deqa | |
---|---|
fr. Edgar Degas | |
Doğum tarixi | 19 iyul 1834[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1917[2][3][…] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Anevrizma[d], insult |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş, şair, rəssam-qravürçü[d], fotoqraf, boyakar[d], litoqraf |
Janrlar | portret[6], janr rəssamlığı[6] |
Stil | impressionizm[6] |
Vikianbarda əlaqəli mediafayllar |
Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu.
Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı. O, İtaliya intibah dövrünün böyük rəssamları ilə tanış oldu. Onun diqqətini keçmiş italyan rəssamları Mantenya, Bellini, Qirlandayo və Cottonun rəngarəng rəsmləri çəkir. Bu dövrdə onun kumirləri, Mantenye və Paolo Veroneze olur. O, Mikelancelo və Rafael kimi rəssamları öyrənir, onların rəsmlərini kopyalalayırdı.
1859-cu ildə Deqa Parisə geri döndü. 1861-ci ildə Normandiyaya səyahət etdi və ilk dəfə olaraq öz əsərlərində başlıca yer tutan atların rəsmini çəkməyə başladı.
60-cı illərdə, İtaliyada gördüyü rəsmlərdən təsirlənərək, tarixi sujet xətti olan, tünd koloritli əsərlər çəkir. Deqa, Eduard Mane ilə tanış olur və portret janrına müraciət edir. Tarixi mövzular rəssamı qane etmir. O, özünəməxsus sujet xəttləri axtarmağa başlayır və bunu müasir Parisin yaşayışında tapır. Müasirliyə meyl etməsi, onu impressionistlərə yaxınlaşdırır. Novator axtarışında olan Deqa, ilk təəsüratı artıq Eduard Manenin emalatxanasında almışdı.
1870-ci ildə Fransa–Prussiya müharibəsi başladıqdan sonra rəssam, könüllü olaraq orduya yazıldı. Müharibədən sonra Edqar Nyu-Orleana (Luiziana), qardaşı ilə yaşamağa getdi. 1873-cü ildə Parisə geri döndü. 1874-cü ildə atası vəfat etdi. Daha sonra, qardaşının borclarının olduğunu öyrəndi. Edqar, evini və ona irsən keçən incəsənət kolleksiyasını satmalı oldu və tək qazanc yeri çəkdiyi rəsmlər oldu. Növbəti 10 ildə çoxlu diqqətəlayiq rəsmlər yaratdı. Qazandığı pullarla Mane, Pol Sezann, Pissarro, Pol Qogen, Vinsent van Qoq kimi sevdiyi rəssamların rəsmlərini aldı.
Rəssam heç vaxt evli olmamışdır.
Edqar Deqa 1917-ci ildə Parisdə vəfat etmişdir.
Onun rəsmlərinin əsas ifadə vasitəsi insan fiquru idi. Deqa, teatr, balet və yarışlarda əlində not dəftəri ilə çoxlu vaxt keçirərək insan hərəkətini diqqətlə müşahidə edirdi.
"Mavi rəqqasələr" əsəri, Deqa yaradıcılığının bütün zənginliyini və texnikasını ortaya qoyur.
O, əsərlərinin çoxunda rəqqasları təsvir etmişdir. Onun əsərləri prixoloji mürəkkəbliyi və insan izolyasiyasını göstərməsi ilə diqqət cəlb edir.
Rəssam, impressionistlər kimi, öz palitrasını təmiz, rəngarəng tonlarla zənginləşdirir. Amma impressionistlərin əsas mövzusu olan mənzərə janrına müraciət etmir.
Rəsmlərində tez-tez pastel karandaşlarından da istifadə edirdi.
1874-cü ildə Edqar Deqa və bir qrup başqa rəssamlar öz incəsənət sərgilərini təşkil etməyə başladılar. Onların sərgiləri "İmpressionist Sərgilər" adlanırdı.
1880-ci illərin sonunda, Edqar dostlarının fotolarını çəkməyə başladı. Rəqqasların fotoları və çılpaq fotolar onun sonrakı rəsmləri üçün istifadə olundu.
Deqa, impressionistlərdən bir çox cəhətdən fərqlənməsinə və onlar tərəfindən tənqid olunmasına baxmayaraq, "Müstəqil rəssamlar qrupu"nun aktiv üzvü idi.
Həyatının sonlarında göz xəstəliyinə baxmayaraq, Deqa daha çox pastel karandaşla rəsmlər çəkməyə davam edirdi.