Edvard Çeyz Tolmen

Edvard Çeyz Tolmen (ing. Edward Chace Tolman, 14 aprel 188619 noyabr 1959) — amerikalı psixoloq, neobiheviorizmin yaradıcılarından biri.

Edvard Çeyz Tolmen
ing. Edward Chace Tolman
Doğum tarixi 14 aprel 1886(1886-04-14)[1][2][…]
Vəfat tarixi 19 noyabr 1959(1959-11-19)[1][2][…] (73 yaşında)
Vəfat yeri
İş yeri
Təhsili
Üzvlüyü

Neobiheviorizmin ilk nümayəndələrindən biri hesab olunur. O öz ideyalarını «Heyvan və insanın məqsədyönlü davranışı» (1932), «İnsan və mişovulun koqnitiv xəritəsi» (1948) əsərlərində geniş şərh etmişdir. O da digər bihevioristlər kimi, eksperimentlərini əsasən heyvanlar (ağ mişovullar) üzərində aparmışdır. O hesab edirdi ki, bütün canlılar üçün ümumi davranış qanunları mövcuddur və onlar özünü sadə davranış tərzində aydın şəkildə əks etdirir. O da «klassik bihevioristlər» kimi hesab edirdi ki, davranışın tədqiqi yalnız obyektiv metodlarla aparılmalıdır və şüur bura daxil edilməməlidir. Lakin Tolmen davranışın yalnız

S – O – R formulu

[redaktə | mənbəni redaktə et]

S– R formulu ilə öyrənilməsini yolverilməz hesab edirdi. O, aralıq faktorun da olmasını vacib sayırdı. Beləliklə, Tolmen S – O – R formulunu təqdim edir. Burada «O» daxili dəyişikliyi əks etidrir.[5] Əvvəllər hesab edirdilər ki, daxili faktorlar yalnız subyektin özünə məlumdur. Tolmen isə sübut edirdi ki, daxili prosesləri zahirə çıxarmaq və digər fiziki hadisələr kimi müşahidə etmək mümkündür. Buna misal olaraq aclığı göstərmək olar. Onu müşahidə etmək mümkün deyil, lakin onun əlamətlərini: yeyilən yeməyin kəmiyyəti, yeməyə sərf olunmuş vaxtı və s. müşahidə etmək mümkündür. Tolmen Almaniyada geştalpsixologiya, o cümlədən K.Levinin sahə nəzəriyyəsi ilə tanış olur. O, bu nəzəriyyələrlə U.Cemsin nəzəriyyəsini birləşdirərək koqnitiv biheviorizm nəzə- riyyəsini yaradır. Tolmen davranışın tamlığını qəbul edir və onun müəyyən məqsədə xidmət etdiyini, ətraf mühitə münasibətləri formalaşdırdığını göstərirdi. Tolmenə görə, orqanizm situasiyaya orien- tasiya edir. Bununla da ona uyğunlaşır. Eyni zamanda, «bu nə ilə nəticələnir?» kimi koqnitiv təhlilə yer verilir. İnsan mühitlə, situasiya ilə sadəcə olaraq qarşılaşmır, müəyyən fərziyyələr irəli sürərək ona doğru gedir, düşdüyü problem situasiyadan çıxış yolu axtarır. Digər bihevioristlərdən fərqli olaraq Tolmen hesab edirdi ki, davranış heç də hərəkət vərdişlərinə əsasən yaranmır. Onun fikrincə, orqanizm tədricən şəraitə uyğunlaşır, vəziyyətdən asılı olaraq özünün koqnitiv xəritəsini hazırlayır. Tolmenin eksperimentlərində heyvan (ağ mişovul) labirintdən çıxış yolunu tapmalı və bununla da qida əldə etməli idi. Tolmen göstərirdi ki, yaşlıların avtoritar davranışı, uşağa qarşı diqqətsizliyi, pis təlim onunla nəticələnir ki, uşaq yaşadığı mühitə uyğunlaşa bilmir, həyat labirintindən çıxmaqda çətinlik çəkir.

Öyrənmənin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Tolmen öyrənmə məsələlərinə xüsusi əhəmiyyət verirdi. O, öyrənmənin növlərini ayırırdı. Onun latent (gizlin) öyrənmə adlandırdığı mərhələdə möhkəmləndirmə aparılır. Bununla belə, o, insan davranışını dəyişdirə bilər. Tolmenin apardığı təcrübələrdə mişovulun yeməyə, içməyə ehtiyacı yoxdur. Lakin labirintə düşəndə öyrəndiklərindən onlarda yeməyə tələbat yaranır. Yəni əvvəllər formalaşdırılmış stimul onların reaksiyasına səbəb olur.[6]

  • Tolman E. C. Instinct and purpose (ing) // Psychological Review. — 1920. — Vol. 27, no. 3. — P. 217—233. — ISSN 0033-295X. — doi:10.1037/h0067277.
  • Tolman E. C. A New Formula for Behaviorism (ing.) // Psychological Review. — 1922. — Vol. 29, no. 1. — P. 44—53. — ISSN 0033-295X. — doi:10.1037/h0070289.
  • Tolman E. C. A Behavioristic Account of the Emotions (ing.) // Psychological Review. — 1923. — Vol. 30, no. 3. — P. 217—227. — ISSN 0033-295X. — doi:10.1037/h0071152.
  • Tolman E. C. Behaviorism and Purpose (ing.) // The Journal of Philosophy. — 1925. — Vol. 22, no. 2. — P. 36—41. — ISSN 0022362X. — doi:10.2307/2015202. — JSTOR 2015202
  • Tolman E. C. A behaviorist's definition of consciousness (ing.) // Psychological Review. — 1927. — Vol. 34, no. 6. — P. 433-439. — ISSN 0033-295X. — doi:10.1037/h0072254.
  • Tolman E. C. Habit formation and higher mental processes in animals (ing.) // Psychological Bulletin. — 1927. — Vol. 24, no. 1. — P. 1—35. — ISSN 0033-2909. — doi:10.1037/h0070440.
  • Tolman E. C. Habit formation and higher mental processes in animals (ing.) // Psychological Bulletin. — 1928. — Vol. 25, no. 1. — P. 24—53. — ISSN 0033-2909. — doi:10.1037/h0075466.
  • Tolman E. C., Brunswik E. The organism and the causal texture of the environment (ing.) // Psychological Review. — 1935. — Vol. 42, no. 1. — P. 43—77. — ISSN 0033-295X. — doi:10.1037/h0062156.
  • Tolman E. C. Cognitive maps in rats and men (ing.) // Psychological Review. — 1948. — Vol. 55, no. 4. — P. 189—208. — ISSN 0033-295X. — doi:10.1037/h0061626. — PMID 18870876.
  • Tolman E. C. A Psychological Model // Toward a general theory of action / Ed. by T. Parsons, E. A. Shils. — Cambridge : Harvard University Press, 1951. — P. 277—361.
  • Tolman E. C. [books Purposive Behavior in Animals and Men]. — University of California Press, 1932. — 463 p. — (The Century Psychology Series).
  • Tolman E. C. Drives Toward War. — Appleton-Century Company, 1942. — 146 p. — (The Century Psychology Series).
  • Tolman E. C. Behavior and Psychological Man: Essays in Motivation and Learning. — University of California Press, 1958. — 286 p.
  1. 1 2 Edward Chace Tolman // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Bibliothèque nationale de France Edward Chace Tolman // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  4. Deutsche Nationalbibliothek Record #118802437 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Ramiz Əliyev. Psixologiya tarixi (az.).
  6. "Edward C. Tolman". İstifadə tarixi: 15 may 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Эдвард Чейс Толмен