Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist.
Eldar İsmayılov | |
---|---|
Eldar İsmayıl oğlu İsmayılov | |
Digər adı | Eldar İsmayıl |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Filologiya |
Təhsili |
Xalq Təsərrüfatı İnstitutu Dərbənd Humanitar Universiteti |
“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti[1][2][3] (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi[4][1] və baş redaktoru[5] (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü.
Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir.[6]
Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.).
"Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub.[7]
Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur.
1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb.
1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.
SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrədə əməkdaşlıq edərək bizneslə məşğul olmuşdur.
1995-ci ildən o, heraldika müəllif şirkəti yaratmışdır. Azərbaycan üçün suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib, bu günə kimi fabrikin təsisçisidir.
1998-ci ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnalını yaratmışdır. Hal-hazırda jurnalının təsisçisi və baş redaktorudur. Jurnalın Türkiyə, Qazaxıstan[8], Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə həmçinin dünya azərbaycanlılarına həsr olunmuş bir çox layihələri var. Jurnalın bütün nömrələri və xüsusi buraxılışları ilə www.mir-azerbaydjana.az saytında tanış olmaq mümkündür.[9]
2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatının İdarə Heyətinin üzvüdür.
2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir.
Mənbə[10]
Azərbaycanda və müxtəlif dünya ölkələrində gördükləri işlərlə Azərbaycan üçün misilsiz xidmətləri olan siyasi və ictimai xadimlərin təltif olunduqları orden və medallar:
Qarabağ müharibəsi veteranları ilə sıx əlaqədədir (I və II Qarabağ müharibələri veteranları).[17] Azərbaycan veteranlarının göstərdiyi şücaət və qəhrəmanlığına görə təltif olunması üçün xüsusi diplomlar və döş nişanlarının təsisçisidir.
2013-cü ildə "Qayğıkeş" qızıl diplomunu təsis etmişdir. Bu diplomu ilk olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Belə ki, 9 may 2017-ci ildə Bakıda Həzi Aslanov heykəlinin qarşısında "Qayğıkeş" diplomu və qızıldan hazırlanmış veteran döş nişanı Prezident İlham Əliyevə təqdim olunub.
2018-ci ildə İstanbul şəhərində Zibeydə ananın (Atatürkün anası) adına olan cəmiyyətə "Mehriban Ana" ordenini təqdim etmişdir.