Mikrokompüter və ya mikro-EBM — mikroprosessordan hazırlanmış mərkəzi prosessoru (CPU) olan kiçikhəcmli, nisbətən ucuz kompüter.[2] Bu kompüterə həmçinin çap dövrə lövhəsinə (PCB) quraşdırılmış yaddaş və giriş/çıxış (I/O) sxemləri daxildir.[3] Mikrokompüterlər 1970–1980-ci illərdə getdikcə daha güclü mikroprosessorların meydana çıxması ilə populyarlaşmışdır. Bu kompüterlərin əvvəlki iterasiyaları – meynfreymlər və minikompüterlər nisbətən daha böyükhəcmli və daha bahalı olurdu. Bir çox mikrokompüterlər (giriş və çıxış üçün klaviatura və ekranla təchiz olduqları halda) eyni zamanda ümumi mənada fərdi kompüterlərdir. 1962-ci ildə "fərdi kompüter" termininin mikroprosessor əsaslı dizaynlardan əvvəl baş tutmuşdur. Quraşdırılmış idarəetmə sistemi kimi istifadə olunan "mikrokompüter"in insan tərəfindən oxuna bilən giriş və çıxış cihazları olmaya bilər. "Fərdi kompüter" ümumi olaraq istifadə edilir və ya IBM PC-yə uyğunlaşmış maşını ifadə edir.
"Mikro" abbreviaturası 1970–1980-ci illərdə geniş yayılmışdı, lakin o vaxtdan bəri ümumi istifadədən çıxmışdır.[4]
Mikrokompüter termininin ümumi formada istifadə edilməsi minikompüterin təqdim edilməsindən sonra başlamışdır. Odur ki, Ayzek Asimov 1956-cı ildə "Ölən gecə" adlı povestində (o ilin iyul ayında "The Magazine of Fantasy and Science Fiction" jurnalında dərc olunmuşdur) bu termini istifadə etmişdir.[5] Mikrokompüter onun mərkəzi prosessorunu təşkil edən bir çox ayrı komponentləri bir bütün formada mikroprosessor çipi ilə əvəz etmişdir.
1973-cü ildə Fransanın Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (INRA) qurumunun kənd təsərrüfatı higrometriyasını ölçə bilən bir kompüterə ehtiyacı var idi. Bu tələbi cavablandırmaq üçün "R2E" kompüter texnologiya şirkəti ilə bağlı olaraq İnkişaf İdarəsinin rəhbəri Fransua Jernelin başçılığı ilə Fransadan olan mühəndis heyəti ilk mövcud mikroprosessorlu mikrokompüter olan "Micral N"i yaradılmışdır. Eyni ildə şirkət patentlərini və mikrokompüteri təsvir edən "Micro-ordinateur" termini təqdim olunmuşdur. Bu, mikroprosessorla təmin edilmiş bir elektron maşına aid edilirdi.
ABŞ-də "Altair 8800" kimi ən erkən modellər istifadəçi tərəfindən yığılan dəstlər formasında satılırdı. Onların 256 bayt kimi kiçik RAM ölçüsü var idi, göstərici işıqları və açarlarından başqa giriş/çıxış cihazları yox idi. Əslində, bunların mövcud olması belə bir sadə cihazın nə edə biləcəyini nümayiş etdirmək üçün konsepsiya sübutu rolunu oynayırdı.[6] Mikroprosessorlar və yarımkeçirici yaddaş ucuzlaşdıqca mikrokompüterlərin də qiyməti azalmış və istifadəsi asanlaşmışdı.
2000-ci illərin əvvəllərində "mikrokompüter" ifadəsinin günlük istifadəsi (xüsusilə "mikro" ifadəsi) 1980-ci illərin ortasındakı zirvəsindən daha aşağı səviyyədə olmağa başlamışdı.[7] Bu termin ən çox populyar birləşmiş 8-bit ev kompüterləri (məsələn, "Apple II", "ZX Spectrum", "Commodore 64", "BBC Micro" və "TRS-80") və CP/M əsaslı mikrokompüterlərlə əlaqədar olur.
Hər gün istifadədə olan danışıq dilində "mikrokompüter" termini nisbətən "fərdi kompüter" və ya "PC" termini tərəfindən əvəzlənmişdir. Bu, hər dəfə bir insanın istifadə etməsi üçün nəzərdə tutulmuş kompüterə aid edilir və bu termin ilk dəfə olaraq 1959-cu ildə təsis edilmişdir.[8] IBM ilk olaraq "fərdi kompüter" terminini, işinə kiçik biznes bazarına hədəf götürülmüş CP/M əsaslı mikrokompüterlərdən fərqli olaraq IBM PC-ni fərqləndirmək üçün təşkil etmişdir. Buna baxmayaraq, istifadəyə buraxılmasından sonra IBM PC və termin geniş şəkildə imitasiya edilmişdir. Birləşən hissələr çox istehsalçı üçün əlçatan idi və BIOS geri mühəndislik olaraq yenidən yaradılmışdır. IBM PC uyğunluğuna malik "klonlar" geniş yayılmış və "fərdi kompüter", xüsusilə "PC" termini insanların yaddaşında qalmağa başlamışdı.