Elektron nəqliyyatı

Elektron nəqliyyatı — istehsal edilən elektrik enerjisinin istehlakçılara çatdırılmasına xidmət edən nəqliyyat növü.[1]

Təsərrüfat obyektlərini və əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanda 1954-cü ildə Vahid enerji şəbəkəsi yaradılmışdır. Bu sistem RusiyanınGürcüstanın ereji şəbəkəsinə son vaxtlarda isə İranTürkiyənin enerji sisteminə birləşmişdir. Azərbaycandan Gürcüstana enerji verilir. İrn və Türkiyədən isə Naxçıvan üçün enerji alınır.

Elektrik verilişi xətlərində gərginlik müxətlif olur. Abşeron regionunun elektrik enerjisi ilə təmin edilməsi üçün 220 kvt gərginlikli Mingəçevir-Bakı, Şirvan (keçmiş Əli Bayramlı) – Bakı elektrik veriliş xətləri çəkilmişdir. Bura 330 kvt gərginlikli 250 km uzunluğunda ikinci Mingəçevir-Bakı (Azərbaycan DRES-dən) və Şirvan-Bakı elektrik veriliş xətti gəlir.

Azərbaycanın energetika sistemini Gürcüstanın enerji sistemi ilə birləşdirmək, inzibati rayonları elektrik enerjisi ilə təchiz etmək üçün Mingəçevir və Şirvandan Ağstafaya qədər elektrik verilişi xətti çəkilmişdir. Mingəçevirdən çəkilən xəttin gərginliyi 500 kvt-dır. O, 1987-ci ildə istifadəyə verilmişdir. Bakı-Xudat, Bakı-Lənkəran, Yevlax-Şəki-Balakən, Şirvan-Sabirabad-Füzuli-Ağdam əsas magistral elektrik verilişi xətləridir. Onlardan müxtəlif yaşayış məntəqlərini enerji ilə təchiz etmək üçün qollar ayrılır.

Bakı, Yevlax, Gəncə, Şirvan, Ağstafa, Kürdəmir, Culfa, Ləki, Hacıqabul, Xaçmaz Azərbaycanın əsas nəqliyyat qovşaqlarıdır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Coğrafiya [Mətn] : [məlumat kitabı] /Z. N. Eminov ; elmi red. E. Q. Mehrəliyev. Bakı: Çıraq, 2004, s. 600–601