Elman Muxtarov

Elman Coşqun oğlu Muxtarov (12 dekabr 1994; Goranboy, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi.

Elman Muxtarov
Şəxsi məlumatlar
Tam adı Elman Coşqun oğlu Muxtarov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (28 yaş)
Doğum yeri Goranboy, Azərbaycan
İdman növü Güləş
Boyu 165 sm.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elman Muxtarov 1994-cü il dekabrın 12-də Goranboy şəhərində anadan olub. Məşqçisi Hicran Şərifovdur.

Elman Muxtarov 2023-cü ilin yanvarında Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 181-ci (quldurluq) maddələri üzrə həbs edildi.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elman Muxtarov 2009-cu ildə Zrenyanin şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu.

Elman Muxtarov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0).[2] Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu.[2] Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1).[2] Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu.[2] Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).[2] Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[2]

2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Elman Muxtarov, turnirin 1/2 final mərhələsində Rusiya nümayəndəsi Stepan Maryanyana məğlub olsa da, bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Roman Amoyana qalib gəldi və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elman Coşqun oğlu Muxtarova "Tərəqqi" medalı ilə təltif edildi.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qafqazinfo.az xəbər portalı. "Azərbaycanda tanınmış güləşçi həbs edildi". www.qafqazinfo.az (az.)). 24.01.2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2023.
  2. 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Азербайджан начал Олимпиаду с двумя золотыми наградами (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 29.06.2015. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.