Elvira Mürsəlova

Elvira Mürsəlova (25 oktyabr 1982; Xəzər, Rusiya SFSR) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Elvira Mürsəlova
Şəxsi məlumatlar
Tam adı Elvira Mürsəlova
Vətəndaşlığı Rusiya Rusiya (1998—2002)
Azərbaycan Azərbaycan (2008—2009)
Doğum tarixi (40 yaş)
Doğum yeri Xəzər, Rusiya SFSR
İdman növü Güləş
Karyera illəri 1994—2009
Məşqçisi Qurban Qurbanov
Boyu 164 sm. (5 ft 6 in)
Komandası Atasport İdman Klubu

Həyatı[redaktə | mənbəni redaktə et]

Elvira Mürsəlova 1982-ci il oktyabrın 25-də Rusiyanın Xəzər şəhərində anadan olub.[1] Milliyyətcə ləzgidir. 1994-cü ildən güləşlə məşğul olur.[1] Şəxsi məşqçisi Qurban Qurbanovdur.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.[2] 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.[3]

2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.

2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt elədi. Finlandiyanın Tampere şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Aqata Pyetrziya 2:1, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Nataliya Sinişina 2:0, 1/2 final mərhələsində isə Belarus nümayəndəsi Tatyana Boxana 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, final görüşündə İsveç nümayəndəsi İda-Teres Nerela məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.[4] Həmin ilin iyununda isə Elvira Mürsəlova Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[5]

2008-ci ilin əsas turniri Yaponiyada baş tutan Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Joyce Silvaya 2:0, 1/4 final mərhələsində isə Ukrayna nümayəndəsi Alla Çerasovaya 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, 1/2 final mərhələsində Yaponiya nümayəndəsi Ayao Şodaya məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə ABŞ nümayəndəsi Dianna Rixa 2:0 hesabı ilə qalib gələn Elvira Mürsəlova Dünya Çempionatının bürünc medalına sahib oldu.[6] Bununla da Elvira Mürsəlova Dünya Çempionatlarının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.

2009-ci ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Elvira Mürsəlova, 26 yaşında idmanla vidalaşdı.[7]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
1998
Yeniyetmələrin Dünya Çempionatı Böyük Britaniya Birləşmiş Krallıq
1.
2
2002
Gənclərin Avropa Çempionatı Albaniya Albaniya
3.
Azərbaycan Azərbaycan
3
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
2.
4
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
5
Dünya Çempionatı Yaponiya Yaponiya
3.
6
2009
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 International Wrestling Database. "ELVIRA MURSALOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. International Wrestling Database. "1998 // World Championship // Cadets // Female wrestling // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "2002 // European Championship // Juniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  4. International Wrestling Database. "2008 // European Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  5. International Wrestling Database. "2008 // Golden Grand Prix // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  6. International Wrestling Database. "2008 // World Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  7. International Wrestling Database. "2009 // Golden Grand Prix // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.