Elxan Qəniyev — azərbaycanlı sənədli fotoqraf,[1] rəqəmsal rəssam.
Elxan Qəniyev | |
---|---|
Elxan Ehsan oğlu Qəniyev | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | Sənədli fotoqraf, rəqəmsal rəssam |
Fəaliyyət illəri | 2011 – h.h. |
Üzvlüyü | |
ganiyevart.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci il tarixdən fotoqrafiya üzrə peşəkar fəaliyyətə başlamış, bir sıra yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrin iştirakçısı və laureatı olub.
2017-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Uzun müddət İsmayıllı Rayon İcra Hakimiyyətinin[2] dəstəyi ilə İsmayıllını, onun qədim mədəni irsini, təbiətini beynəlxalq arenaya tanıtmaq məqsədilə keçirilən foto, video layihələrin ("Go to Ismayıllı" – 6 ay) birbaşa icraçısı olub.
Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları kimi beynəlxaq yarışların fotoqrafı olub və çəkdiyi fotolar geniş ictimaiyyətə sərgilənib.
"İSTECH MMC", "Hajizade Group", "İntro Dev", Gəmiqaya Holdinq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ARVXSİDA) tabeliyində olan “ABAD” publik hüquqi şəxs kimi şirkət və dövlət qurumlarında fotoqraf, dizayner, art direktor vəzifələrində çalışıb. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində[3] işləyir. "Life style" və "Portret" janırında çəkilişlər edir. Səfərlər edib 4 mövsümdə şəkillər çəkir. Bu çəkilişlər dəfələrlə Azərbaycan mediasında geniş işıqlandırılıb.[4][5][6][7]
Elxan Ehsan oğlu Qəniyev 12 noyabr[8] 1994-cü il də İsmayıllı rayonunda anadan olub.
2000–2011-ci illərdə Natiq Behdiyev adına İsmayıllı kənd tam orta məktəbində tam orta təhsil alıb. Məktəbdə oxuduğu dövrlərdən dizayn, fotoqrafiya sahələrinə marağı olub.
2012–13-cü illərdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirlən kompüter kurslarında əlavə təhsil alıb və qırmızı diplomla bitirib.
2012-ci ildə Mingəçevir Kadrhazırlığı və İxtisas Mətkəbində diş texniki isxtisası üzrə təhsil alıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkil etdiyi "KJM Konflikt Jurnalistika Məktəbi"nin şagirdi olub.
17 fevral 2017-ci ildən "Azərbaycan Fotoqraflar Birliyi"nin üzvüdür.
2017-ci ildə "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və ASAN Radionun media dəstəyi ilə həyata keçirilən “FotoMən” fotoqrafiya kursunun təlimçisi olub.[9]
2021-ci ildə Bakıda, Sahil metrostansiyasının çıxışında yaşayan kimsəsiz şəxslə bağlı foto-paylaşımı Azərbaycan mediasında geniş əks-səda doğurub.[10][11][12][13][14][15]
Evlidir.
7 yanvar 2016-cı ildən "Gəmiqaya Holdinq"də dizayner olaraq fəaliyyətə başlamış, 21 sentyabr 2017-ci ildən isə VXSİDA tabeliyində olan "ABAD"-da işləyib. 1 iyun 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqlələr və informasiya təminatı şöbəsinin baş mütəxəssisi–böyük inspektoru təyin edilib. 29 iyul 2020-ci il tarixində dövlət qulluğunun 1-ci dərəcəli referenti ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İnsan hüquqları sahəsinə aid video hazırlıq kursu”nu (aprel 2014) uğurla bitirmiş, “Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri”[16] mövzusunda Gənc Fotoqrafların sərgisində bir neçə seçilmiş fotoşəkli sərgilənmişdir.
Azərbaycan Hava Yollarının əməkdaşlarının iş şəraiti ilə bağlı fotolar çəkib.
ASAN Könüllülərinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Həmrəylik Düşərgəsi”nin fotoqrafı olub çəkdiyi fotolar Asan Xidmət mərkəzində keçirilən sərgidə nümayiş etdirilib.
30 oktyabr 2016-cı ildə Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi bir sıra müsabiqələrin – “Minimalizm”, “İşıqlar”[17], “Unutmadıq – Unutmarıq” kimi foto layihələrin qalibi olub.[18]
26 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Fotolimp” sərgi-yarışmasında II yerə layiq görülüb.[19]
Türkiyədə Konya Böyükşəhər Bələdiyyəsi, Səlcuq Universiteti, İtaliya Mədəni İrsin Qorunması Birliyi, “Türk Sanatları Tarihi və Folklorü Kongresi / Sanat Etkinlikleri Sergisi”nin iştirakçısı olub. Orada sərgilənən fotoları ən bəyənilən eksponatlardan olub.
Almaniyanın GİZ təşkilatının “Ətraf mühitin qorunması” layihəsində 20 fotoşəkli qalib gəlmiş və həmin şəkillərə görə qonorarla mükafatlandırılıb.
Gilavar Foto Klubun təşkilati dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən və 2022-ci ilin iyulun əvvəlində yekun vurulan “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəsində qızıl medal qazanıb.[20]