Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018).
Elxan Rza | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
|
Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir.
Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır.
1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır.
Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. Cəfər Cabbarlının "Dönüş"ündə Ötgün Zamanbəyli, Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Nazim Hikmətin "Damokl qılıncı"nda Abe, Nəriman Nərimanovun "Nadir şah"ında Rzaqulu obrazlarının ifaçısı kimi yüzlərlə tamaşaçının məhəbbətini qazanıb. Hüseyn Cavidin "İblis"ində Vasif, Arif, Sofoklun "Elektra"sında Arest rollarını oynayıb. İ.Kərimovun "Xəyanətin müsibəti"ndə İmam Hüseyn, Ə.Pəhləvaninin "İnsan və İblis"ində İblis, A.Babayevin "Oğul" tamaşasında II şəhid, A.Məmmədovun "Dəli Domrul"unda Dondar, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında Rüstəm, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır"ında II kişi, A.Qurbaninin "Türk sancağı"nda Lütfəli bəy və repertuarında olan onlarca tamaşada baş rollarda çıxış edib.
AzTV, İctimai TV, Lider TV, Xəzər TV, ANS TV.