Ernst (Köln kürfürstü)

Bavariyalı Ernst (alm. Ernst von Bayern‎; 17 dekabr 1554[1], Münxen[1]17 fevral 1612[2][3]) — 1583–1612-ci illərdə qovulmuş Qebhard fon Valdburqun xələfi kimi Köln arxiyepiskopluğunun kürfürst-arxiyepiskopu idi. O, həmçinin Münster, Hildeshaym, FrayzinqLyej yepiskopu idi.[5]

Ernst
alm. Ernst von Bayern
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1554[1]
Doğum yeri
Vəfat tarixi 17 fevral 1612(1612-02-17)[2][3] (58 yaşında)
Dəfn yeri
Fəaliyyəti katolik keşişi[d]
Anası Avstriyalı Anna (hersoqina)
Ailəsi Vittelsbax sülaləsi
Dini Roma-Katolik kilsəsi[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ernest 17 dekabr 1554-cü ildə Bavariya hersoqu V AlbertAvstriyalı Annanın ailəsində, Münhendə anadan olub. Albert üçüncü oğlu Ernest üçün kilsə karyerasını məqsəd qoymuşdu. Ona gəncliyində yezuitlər tərəfindən təhsil və təlim keçilmişdi. 1565-ci ildə Zalsburqda, daha sonra isə Köln, TrirVürzburqda dini xidmətdə oldu; 1565-ci ilin payızında, hələ on iki yaşında o, Frayzinq yepiskopu seçildi. Albertin istəkləri qonşu Zalsburq arxiyeparxiyasına hədəflənmişdi. 1569-cu ildə İzenburq-Qrenzau qrafı VII Salentin istefa vermək barədə düşünürdü, Albert isə oğlu Ernsti yeni arxiyepiskop kimi görürdü. Lakin Salentin tezliklə bu fikirdən daşındı. Ernst əvəzində 19 yaşında Hildeshaym knyaz-yepiskopu oldu.

Ernst 1574-cü ildə Romaya, Papanın yanına göndərildi və orada 2 il qaldı. Romada o, Papanın xüsusi dəstəyini qazandı, belə ki, XIII Qriqori Ernestin Salentinə köməkçi təyin edilməsini tam gücü ilə dəstəkləməyə qərar verdi; əslində, Vittelsbax sülaləsinin maraqlarının yüksəldilməsi Aşağı Almaniyada Roma Katolik Kilsəsinin mövqelərini bərpa etməyin yeganə mümkün yolu kimi görünürdü. Ernestin Hildeshayma təyin edilməsi ilə əldə edilən status, hələ ki, tək başına çox etibarlı dəstək verə bilməzdi.

Lakin 1577-ci ildə Salentin istefa verəndə, Ernst Köln arxiyeparxiyası üçün keçirilən yeni seçkidə protestantlar tərəfindən dəstəklənən Qebhard fon Valdburqa 10 səsə qarşı 12 səslə məğlub oldu. Albert, eləcə də Kölndəki Papalıq nümayəndəsi Bartolomeo Portia seçkiyə etiraz etdilər; lakin həm imperator, həm də seçicilər Qebhardın iddiasını dəstəklədiklərinə görə və o, kardinallar şurası Bavariyanın etirazına məhəl qoymadı və 1580-ci ilin martında seçkini təsdiqlədi. 1581-ci ildə Ernst Lyej yepiskopu seçildi.

Köln müharibəsi

[redaktə | mənbəni redaktə et]

Qebhard 1583-cü ildə kalvinizmi qəbul edib arxiyeparxiyanı dünyəviləşdirmək istəyəndə Köln müharibəsi başladı. Ernst 22 may 1583-cü ildə Qebhardın rəqibləri tərəfindən Köln arxiyepiskopu seçildi. İspan və Bavariya qoşunlarının dəstəyi ilə Ernst tezliklə Qebhardı Verlə çəkilməyə məcbur etdi. 1584-cü ildə Münster yepiskopu seçildi. Köln kürfürstlüyü postu Kilsə üçün vacib idi, çünki o, Müqəddəs Roma İmperatorunun yeddi İmperator seçicisindən biri idi və onlardan üçü artıq protestant idi, əgər Köln protestant tərəfindən idarə olunarsa, Müqəddəs Romanın yeni imperatoru bir protestant ola bilərdi. 1588-ci ildə Köln müharibəsi Bavariya üçün qələbə ilə nəticələndi. Bu, Almaniyada əksreformasiyanın ilk böyük uğuru idi.

1595-ci ildə o, qardaşı oğlu Ferdinandı yepiskopluğun köməkçisi təyin etdi və əksər dünyəvi işlərdən əl çəkdi. 1612-ci ildə Vestfaliyanın Arnsberq şəhərində vəfat etdi və Köln Kafedralında dəfn edildi. Onun yerinə Ferdinand keçdi.

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #10211790X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Ernst (Ernst) // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. Catholic-Hierarchy.org (ing.). USA: 1990.
  5. "Ernst von Bayern - Erzbischof und Kurfürst von Köln (1583-1612)". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.