Eynəkli dəniz donuzu

Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur[3].

Eynəkli dəniz donuzu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.

Eynəkli dəniz donuzu elədə böyük başa malik olmurlar. Belində qara ləkələr, qarında isə ağ ləkələr vardır. Gözləri qaradır. Göz ətrafında ağ həlqə vardır. Bel üzgəci iridir. Balaları 80 sm uzunluğa malik olurlar. Erkəklərin uzunluğu 2,2 metr olsa da dişilər nisbətən kiçik olur. Orta ömür müddəti məlum deyildir. Yetkin fərdlər 60–84 kq çəkiyə malik olurlar.

Qidalanması və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Eynəkli dəniz donuzu əsasən balıqlar, xərçəngkimilər və yengəclərlə qudalanır. Bu canlılar əsasən qrup halında yaşayırlar. Hər qrup ən azı 25 baş başdan ibarətdir. Qayıqlardan çəkinirlər. Bu canlılar haqqında məlumat olduqca azdır. Əldə edilən məlumatlar əsasən ölmüş fərdlərin tətqiqi zamanı əldə edilmişdir.

Areal və sayları

[redaktə | mənbəni redaktə et]

Eynəkli dəniz donuzu əsasən SubantarktikaAntarktika qurşağında yayılmışdır. Onların skeletləri əsasən Odlu Torpaq adasının sahil zolağında tapılır. Bu isə onların bu bölgədə saylarının çox olması ilə əlaqədardır. Onlara Braziliya, Folklend adaları, Cənubi Georgiya (Atlantik okean); Oklend adası, Tasmaniya adası, Cənubi Avstraliya (Sakit okean); Herd adaları və MakdonaldKergelen arxipelaqı (Sakit okea) sahillərində rast gəlinir. Açıq dəniz sahələrində tək fərdləri görmək nadir halda ola bilər. Sayları dəqiq müəyyənləşməmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Hammond, P. S., Bearzi, G., Bjørge, A., Forney, K., Karczmarski, L., Kasuya, T., Perrin, W. F., Scott, M. D., Wang, J. Y., Wells, R. S. & Wilson, B. (2008). Phocoena dioptrica Arxivləşdirilib 2011-09-21 at the Wayback Machine. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 24 March 2009. Database entry includes justification for why this species is listed as data deficient