Subantarktika qurşağı

Subantarktika qurşağı[1] - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlarda yerləşir. Sakit, AtlantikHind okeanlarının bir hissəsini əhatə edir. Ərazisində çoxlu sayda kiçik adalar vardır. Ərazisi Qərb küləklərinin təsirinə məruz qalır. Cənub sərhədi Cənub okeanı, şimal sərhədi bəzən Tristan-da-KunyaAmsterdam adası olaraq götürülür. Digər mənbələrdə isə 65—67° və 58—60 °C. e arasında olan bölgə nəzərdə tutulur. Subantarktika qurşağı üçün hava kütlələrinin mövsüm üzrə bir-birini əvəz etməsi xarakterikdir. Qışda Antarktika, yayda isə mulayim enliklərin hava kütlələri hakimdir. İqlimi soyuqdur. Havanın orta temperaturu qışda -5-dən (şimalda) —15°S-yə qədər (cənubda), yayda 0-2°S, suyun orta temperaturu isə müvafiq olaraq —1,5°S-dən —2°S-yə qədər və 0—2°S-dir. İllik yağıntının miqdarı 500 mm-dir[2]. Qışda subantarktika qurşağının akvatoriyası üzən buzlarla örtülür, yayda isə buzlardan tamamilə azad olur. Tez-tez çovğun, qar fırtınaları, duman müşahidə edilir. Hündürlüyü 10 m-ə çatan dalğalar xarakterikdir. Suyun duzluluğu il boyu az dəyişilir (33-34%). Florafauna baxımından Antarktika və mülayim qurşaqların təsiri açıq şəkildə müşahidə edilir, burada hətta endemik növlər belə vardır (Kergelen kələmi). Su sahəsi plankton, balinalar, balıqlar, Krillərlə zəngindir. Adaların sahillərində isə Suitilər]] və pinqvinlər olduqca çoxdur. Subantarktika qurşağı balıq və balina ovunun mühüm rayonlarındandır.

İri adaları — Kergelen, Prins-Eduard adaları, Kroze adaları, Herd adası və Makdonald adaları, Makkuori adası, Estados adası, Dieqo-Ramires adaları, Folklend adaları, Cənubi Georgiya və Cənubi Sandviç adaları və s. Adalarda şibyə, otkolluqlar yayılmışdır.

  1. Klinck, J. M., W. D. Nowland Jr. Antarctic Circumpolar Current // Encyclopedia of Ocean Science (1st). New York: Academic Press. 2001. 151–159.
  2. "Subantarktika qurşağı". 2009-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.