Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001).[1]
Fərid Məhəmmədşin | |
---|---|
tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин | |
Vəzifədədir | |
27 may 1998-ci ildən | |
Əvvəlki | Vasili Lixaçov |
16 yanvar 1995 – 28 may 1998 | |
Əvvəlki | Məhəmməd Sabirov |
Sonrakı | Rüstəm Minnexanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əlmət, Tatarıstan, SSRİ |
Partiya |
Sov.İKP Vahid Rusiya |
Təhsili |
Ufa Dövlət Neft Texniki Universiteti Saratov ali partiya məktəbi |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb.
1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib.
1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib.
1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib.
1970—1978 illərdə — komsomol və partiya işlərində çalışıb.
1979-cu ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirib.
1985—1987 illərdə — Almatyev Sov.İKP şəhər komitəsinin (qorkom) ikinci katibi işləyib.
1986-cı ildə - Saratov ali partiya məktəbini bitirib.
1989—1990 illərdə — Tatarıstan MSSR-in ticarət naziri olub.
1990-cı ildə Almatyev Sov.İKP şəhər komitəsinin birinci katibi işləyib.[2]
1990—1991 illərdə — Tatarıstan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.
1995—1998 illərdə — Tatarıstan Respublikasının baş naziri olub.
1998-ci ildən — Tatarıstan Respublikası Dövlət Şurasının sədridir.
1999-cu ildən — Tatarıstan Respublikası Təhlükəsizlik Şurasının sədr müavinidir.
Evlidir. Yetkin oğlu və qızı var. Dörd nəvəsi var. Qızı Liliya həkim işləyir, oğlu Dəmir Kazan şəhərindəki "Tatneft" şirkətinin baş direktor müavinidir[3].