Fəxrəddin Meydanlı

Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; 10 aprel 1954, Boyat, Ucar rayonu) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü.

Fəxrəddin Meydanlı
Fəxrəddin Seyfəddin oğlu Əzizov
Doğum adı Fəxrəddin
Təxəllüsü Meydanlı
Doğum tarixi 10 aprel 1954(1954-04-10) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Seyfəddin Əzizov
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
faxraddinmeydanli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş,[1] 1961–1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M. Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D. Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsinin "Əməyin iqtisadiyyatı" ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir.[2]

1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır.

1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir.

1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır.

2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir.

1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır.

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.

Şair doğulub, boya-başa çatdığı Ucar rayonunun Boyat kəndindəki evlərinin yerləşdiyi dəngənin (məhəllənin) adını əbədiləşdirmək məqsədilə "Meydanlı" toponimini özünə təxəllüs götürmüşdür.

Fəxrəddin Meydanlının sözlərinə Qismət Əliyevin bəstələdiyi və Azərbaycanın populyar müğənnilərindən respublikanın xalq artistləri Mələkxanım Əyyubova, Yalçın Rzazadə, Gülyaz Məmmədova, əməkdar artistlərdən Gülüstan Əliyeva, Ruhangiz Allahverdiyeva, Nüşabə Ələsgərli, Yusif Mustafayev, müğənnilərdən Nazənin, Şəmsiyyə Əliqızı, Mənzurə Musayeva, Fədayə Laçın və digrlərinin ifa etdikləri mahnılardan ibarət "Sevdalı könüllər" adlı kompakt disk və eyniadlı audiokaset 2004-cü ildə işiq üzü görmüşdür.

Bu mahnılar eyni zamanda "Min bir nəğmə" adlı mahnılar toplusunda da özlərinə yer almışlar.

Fəxrəddin Meydanlının şeirlərim və publisistik yazıları dövrü mətbuatda ("Azərbaycan", "Ulduz", "Yada düşdü", "Yurd" jurnallarında; "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi", "Ədalət", "İki sahil", "Kredo", "Azərbaycan cumhuriyyəti" qəzətlərində və digər bu kimi mərkəzi qəzet və jurnallarda) mütamadi olaraq çap olunur.

Fəxrəddin Meydanlı Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvüdür.

  1. "Sevdalı könüllər" (şeirlər), Bakı, "Yazıçı", 2000. 126 səhifə, 1100 nüsxə
  2. "Azərbaycan torpağı — gözəlliklər diyarı" (şeirlər), Bakı, "Ozan", 2004. 224 səhifə, 1000 nüsxə
  3. "Sevənlər qocalmır" (şeirlər), Bakı, "Şirvannəşr", 2009. 228 səhifə, 1000 nüsxə
  4. "mükəmməl adam", Bakı, "Oğuz evi", 2010. 256 səhifə, 300 nüsxə

2009-cu ildə Fəxrəddin Meydanlının anadan olmağımın 55 illiyinə həsr olunmuş və tanınmış yazıçı və şair həmkarlarının, habelə bir qrup dostlarının onun barəsində yazdıqları yazıların bir hissəsinin toplandığı "Həyatın yolları keşməkeş — Fəxrəddin Meydanlı 55" adlı kitab (176 səhifə, 500 nüsxə), "Şirvannəşr" nəşriyyatının qrifi ilə CBS mətbəəsində çap olunmuşdur.[3]

  1. Fəxrəddin Meydanlı. "İlyas Tapdığı düşünərkən..." (az.). Ədalət qəzeti. 17 noyabr 2011. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  2. "Fəxrəddin MEYDANLI-60" (az.). Azərbaycan Yazıçılar Birliyinin saytı. 02.04.2014. 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  3. ""Həyatın yolları keşməkeş". Fəxrəddin Meydanlı - 55. Kitab şairin anadan olmasının 55 illik yubileyinə həsr olunub..." (az.). kitabxana.net. 19.11.2009. 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]