Fövziyyə Bayram (5 dekabr 1950, Sabay[d], Tatarıstan MSSR) — tanınmış tatar yazıçı, tarixçi, hərəkat rəhbəri və filosof. İttifaq Firqəsi rəhbəri, Milli Məclis rəisi, 1990-cı illərdə fəal olmuş siyasətçi. "Tatar gözəli" deyə adlandırılmış və Süyümbikə ilə özdəşləşdirilmişdir. Hələ də Tatarıstanda Yar Çallı şəhərində yaşamaqda və müxtəlif məsələlərdə yazılarını yazmaqda davam edir.[2]
Fövziyyə Bayram | |
---|---|
Фәүзия Аухади кызы Бәйрәмова | |
Doğum tarixi | 5 dekabr 1950 (74 yaş) |
Doğum yeri |
|
Milliyyəti | Tatar |
Təhsili | Kazan Dövlət Universiteti |
İxtisası |
Filoloq Tarixçi |
Fəaliyyəti |
Filologiya Tarix Siyasət |
Əsərlərinin dili | Tatarca və rusca |
İstiqamət | Türkçülük-Turançılıq |
Tanınmış əsərləri |
Küçüm xan[1] Qara Orman |
Üzvlüyü | |
Mükafatları | Ayaz İshaqi mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Fövziyyə Bayram 5 dekabr 1950-ci ildə Tatarıstanın Saba bölgəsinin Sabay kəndində anadan olmuşdur. Təhsil həyatına orta məktəbdən sonra Kazan teatr məktəbində, daha sonra da Kazan Dövlət Universitetinin Filologiya fakültəsində davam etmişdir 91983–1989).
Peşəkar fəaliyyətinə Kazan Telestudiosunda balamış, sonra Tatarıstan kitab nəşriyyatında işləmişdir. Jurnalist və yazıçı kimi fəaliyyət göstərmiş, çox sayda qəzet və jurnalda yazılar dərc etdirmişdir. 1986-cı ildə SSRİ-də Yazıçılar Birliyinə daxil olmuşdur. 1988-ci ildə Tatar İctimai Qurultayı ilə siyasi həyatına başlamışdır.
1988-ci ildə Tatar İctimai Qurultayına girmiş, 1990–1995-ci illərdə Tatarıstan Respublikasının Milli Məclisində millət vəkili olmuşdur.
Kazan şəhərinin 1000-ci ildönümü münasibətiylə Tatar mədəniyyətinə qatqılarına görə Ayaz İshaqi mükafatına layiq görülmüşdür.
Ümumilikdə 30-dan çox əsərin müəllifidir. Əsərlərinin dili tatarca və ruscadır.