Saba rayonu

Saba rayonu (tatar. Саба районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Rayonun inzibati mərkəzi şəhər tipli Baylar Saba qəsəbəsidir.

Saba rayonu
Саба районы
Bayraq Gerb
Bayraq Gerb

56°01′ şm. e. 50°28′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 10 avqust 1930
Sahəsi
  • 1.097,7 km²
Əhalisi
Əhalisi
  • 30.586 nəf. (2021)[1]
Rəsmi sayt
Saba rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon respublikanın şimalında yerləşir. Baltaç, Kukmara, Teləçe, Arça rayonları ilə həmsərhəddir.

1920-ci ilə qədər rayonun ərazisi Mamadış və Layiş qəzalarının, 1920-ci ildən Mamadıış kantonunun tərkibinə daxil olur.

Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 28 noyabr 1991-ci ildə Respublika Ali Sovetinin qərarı ilə Teləçe rayonu Saba rayonu ərazisindən ayrılır.

Urbanizasiya

Şəhər şəraitində (Baylar Saba qəsəbəsində) rayon əhalisinin 28,24% -i yaşayır.


Milli tərkib

Rayon əhalisi tatarlar (95,4%), ruslar (3,2%) və udmurtlardan (0,7%) ibarətdir[2].

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Saba rayonu ərazisinə 1 şəhər və 19 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 67 yaşayış məntəqəsi daxildir[3][4].

Rayon rəhbəri Rais Minnixanov Tatarıstan Prezidenti Rüstəm Minnixanovun qardaşıdır.

Rayonun şimalından Moskva - Kazan - Yekaterinburq dəmir yolu xətti keçir. Stansiyalar və platformalar (Kazandan): Mindyuş (pl.), Şemordan (st.), İştuqan (st.).

Yol şəbəkəsi zəif inkişaf etmişdir. Əsas yolları: 16K-1332 "Şemordan - Baylar Saba - Teləçe - Kazan". Digər əhəmiyyətli yolları: 16K-0517 "Şemordan-Baltaç", 16K-1410 "Baylar Saba-Lesxoz".

Rayonda "Saba tannarı" adlı tatar dilində qəzet nəşr olunur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Alyamətdin Zamaletdinoviç Kamalov - 1974-1983-cü illərdə Komunist Partiyası Saba rayon komitəsinin birinci katibi.

Minzakir Abduraxmanoviç Absalyamov (1901-1962) - Sovet hərbi lideri, general-mayor. Hərbi Elmlər Doktoru, Dosent, Yuxarı Otarı kəndinin sakini.

Şövkət Həsənoviç Biktemirov (1928-2012) - teatr və kino aktyoru, SSRİ xalq artisti (1977).

Zəki Xabibulloviç Xabibullin (1911-1945) - Sovet İttifaqı Qəhrəmanı, Yuxarı Otarı kəndində anadan olmuşdur.

Qulfiya Şayxullovna Fayzraxmanova - Çallı Dövlət Dram Teatrının rəssamı.

Taslima Nizami - tatar şairi, bəstəkar və müğənni, Tatarıstan Respublikasının əməkdar artisti, tatar dilində 500-dən çox populyar mahnının müəllifidir.

Minqaz İbraqimoviç Timirov (1914-2006) - istefada olan polkovnik, Kazanda veteran hərəkatının təşkilatçısı, Tatarıstan Respublikasının əməkdar mədəniyyət işçisi. Moskvadakı Qələbə Paradlarının iştirakçısı.

İlfat Mansuroviç Əsgərov - Naberejnıe Çelnı Dövlət Dövlət Dram Teatrının rəssamı, Tatarıstan Respublikasının əməkdar artisti.

Kalimulla Qumeroviç Həsənov (1878-1949) - Ufa vilayətindən olan 2-ci Dövlət Dumasının deputatı (1907), əslən Çulpıç kəndindəndir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
  3. "Закон Республики Татарстан от 31 января 2005 года № 39-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Сабинский муниципальный район" и муниципальных образований в его составе»". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  4. "Портал муниципальных образований РТ". 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.