Gündüz Kərimov

Gündüz Hacı oğlu Kərimov (1977, Qazax) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilikhüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü.

Gündüz Kərimov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
bayraq2
Vəzifədədir
2 dekabr 2019-cu ildən
Vəzifədədir
13 noyabr 2017-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
İxtisası 1-ci dərəcə dövlət müşaviri

Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. Evlidir, iki övladı var.[1]

Təhsili və karyerası

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.[1]

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1998–1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999–2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib. 2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011–2014 — BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində, 2014–2020-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi vəzifəsində çalışıb. 2014-cü ildən 2017-ci ilin noyabrınadək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri olub. Bundan başqa, o, 2002-ci ildən "Baker & McKenzie" hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyoru (2012–2017-ci illər) işləyib.[1]

2017-ci il fevral-noyabr aylarinda "Baker & McKenzie" hüquq şirkətinin Dubay ofisinin partnyoru olub.

13 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub. 2 dekabr 2019-cu ildən eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilikhüquq siyasəti şöbəsinin müdiri təyin olunub.[2]

31 avqust 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir.[3]

20 iyun 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Gündüz Kərimova 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[4]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • MDB regionunda beynəlxalq arbitrajın nəzəriyyə və praktikası – Azərbaycan / London, Wolters Kluwer nəşriyyatı, 2017, s. 89–123
  • Konstitusiyaya təklif edilən əlavə və dəyisikliklər dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmisdir / Xalq qəzeti, 15 mart 2009, s. 5
  • Xaricdə çıxarılmış arbitraj və məhkəmə qərarlarının Azərbaycan Respublikaslnda icrası məsələləri / Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi konfransının materialları. Bakı, 2003, s. 191–197
  • Проблема выбора применимого права при защите интеллектуальной собственности в Интернете / Azərbaycan hüquq jurnalı, 2003, № 1, s. 105–120
  • Beynəlxalq xüsusi hüquqda əmtəə nişanlarının mühafizəsi / Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, 10-cu buraxılış. Bakı, 2004, s. 567–574
  • Судебная защита товарных знаков в Азербайджане / Журнал "Патенты и лицензии", 2006, № 7, c. 49–57
  • Интеллектуальная собственность как юридическая категория / Азербайджанско-российский журнал международного и сравнительного права, 2006, № 1 (3), c. 163–186
  • Azerbaijan in Dispute Resolution in Europe / Dispute Resolution in Europe, Baker & McKenzie, London, 2006, s. 21–27
  • Иностранные судебные решения в спорах о товарных знаках / Журнал "Патентный поверенный", 2007, № 3, c. 44–53[5]
  • Dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda kommersiya hüququ üzrə aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
  • "Chambers Global" 2012–2017 — Azərbaycanın aparıcı hüquqşünası.
  • "Legal500" 2015, 2016, 2017 — Azərbaycanın aparıcı hüquqşünası.
  • "IFLR1000" 2017 — Azərbaycanın aparıcı hüquqşünası.[5]
  1. 1 2 3 yeniavaz.com. "Prezidentin yüksək vəzifə verdiyi Gündüz Kərimov kimdir? - DOSYE". www.yeniavaz.com (ingilis). 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  2. "G.H.Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  3. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (ingilis). 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  4. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (ingilis). 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  5. 1 2 "Kərimov Gündüz Hacı oğlu" (Azərbaycan). law.bsu.edu.az. 14 March 2019 tarixində arxivləşdirilib.