Gürcüstan–Ermənistan sərhədi

Gürcüstan–ErmənistanGürcüstanErmənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir[1].

Ermənistan–Gürcüstan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 219 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var.

Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır[2]. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır.

1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır[3][4]. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. 4 iyun 1918-ci ildə Batum konfransı sonrası Batum müqaviləsi imzalanır. Bununlada 1878-ci ilə qədər mövcud olan sərhədlər tanınır[5][6]. 1918-ci ilin oktyabrında Osmanlılar müasir Lori vilayətinin ərazisini tərk etdikdə, keçmiş Tiflis vilayətinin Borçal və Axalkalaki mahalları olan bu ərazinin əksəriyyəti Ermənistan ilə Gürcüstan arasında mübahisənin mövzusuna çevrilir[7][8]. Gürcüstan keçmiş Tiflis vilayətinin cənub sərhədlərindən bir sərhəd yaratması lazım olduğunu, Ermənistan isə sərhədin yerdəki etnik vəziyyətini əks etdirmək üçün dəyişdirilməli olduğunu bildirir. Sərhəd problemini həll etmək üçün baş tutmayan sülh danışıqlarından sonra oktyabr ayında toqquşmalar başlayır, ardından dekabr ayında qısa bir müharibə baş verir. 17 yanvar 1919-cu ildə Uilyam Tomsonnun başçılığı altında ingilislər tərəfindən atəşkəs müzakirə edilir və mübahisəli ərazi sülh danışıqlarına qədər bitərəf bölgə elan edilir.

1920-ci ildə Sovet ordusu, hər iki ölkənin müstəqilliyinə son qoyaraq Azərbaycan və Ermənistanı işğal edir və daha sonra 1921-ci ilin fevral-mart aylarında Gürcüstan ərazisinə daxil olur. Rusiya və Türkiyə 1921-ci ilin martında Sovet-Osmanlı sərhədində dəyişikliklər edilməsini nəzərdə tutan Moskva müqaviləsini imzalayır[9][10]. Bu müqavilənin müddəaları sonradan, eyni ilin oktyabr ayında Qars müqaviləsi ilə təsdiqlənir. 1922-ci ildə Cənubi Qafqazın üç keçmiş dövləti SSRİ-nin tərkibində olan Zaqafqaziya SFSR-yə birləşdirilir. 1936-cı ildə yenidən bölünür.

Sərhəd 1991-ci ildə Sovet İttifaqının dağılmasından və tərkibindəki respublikaların müstəqilliyindən sonra beynəlxalq bir sərhəd olur. 1994-cü ildə iki ölkə sərhədlərinin delimitasiyası üzərində işə başlanılır. Gürcüstanda xüsusən sərhəddəki Samtsxe-Cavaxetiya vilayətində cəmləşən böyük bir erməni azlığı var[11][12]. Ancaq nə Ermənistan, nə də Gürcüstan hökuməti aralarındakı köhnə Sovet dövründən qalma sərhədin dəyişdirilməsinə təşəbbüs etmirlər.

  1. CIA World Factbook - Georgia, 16 October 2015 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 9 September 2020
  2. The boundary between Turkey and the USSR (PDF), январь 1952, 2020-04-10 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 22 октября 2020
  3. Richard Hovannisian, The Armenian people from ancient to modern times, 292–293, ISBN 978-0-333-61974-2, OCLC 312951712
  4. Ezel Kural Shaw, Reform, revolution and republic : the rise of modern Turkey (1808-1975), History of the Ottoman Empire and Modern Turkey, 2, Cambridge University Press, 1977, səh. 326, OCLC 78646544
  5. Charlotte Mathilde Louise Hille, State Building and Conflict Resolution in the Caucasus, BRILL, 2010, səh. 71, ISBN 978-9-004-17901-1
  6. Alexander Mikaberidze, Conflict and Conquest in the Islamic World, ABC-CLIO, 2011, səh. 201, ISBN 978-1-598-84337-8
  7. King, Francis. "Improbable nationalists? Social democracy and national independence in Georgia 1918-1921" (PDF). UEA Digital Repository. 31 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 September 2020.
  8. Anderson, Andrew; Partskhaladze, George. "Armeno-Georgian War of 1918 and Armeno-Georgian Territorial Issue in the 20th Century". 20 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2020.
  9. Tsutsiev, Arthur. Atlas of the Ethno-Political History of the Caucasus. Nora Seligman Favorov tərəfindən tərcümə olunub. New Haven: Yale University Press. 2014. səh. 79. ISBN 978-0300153088.
  10. King, Charles. The Ghost of Freedom: A History of the Caucasus. Oxford: Oxford University Press. 2008. səh. 189. ISBN 978-0195177756.
  11. E. Cornell, Svante. Autonomy and conflict: ethnoterritoriality and separatism in the South Caucasus : cases in Georgia. Dept. of Peace and Conflict Research, Uppsala University. 2002. 137. ISBN 9789150616002. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  12. Ionesyan, Karine. "Defending Chakhalyan: Tbilisi accused of "dragging out" appeal hearing in high-profile "Armenian activist" case". ArmeniaNow. 22 September 2009. 16 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2013.