"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu[1].
"Kartlis tsxovreba" iki hissəyə ayrılır:
"Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi.
"Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir.
İlk dəfə olaraq Qarabağın adı XIV əsrin 20-ci illərinə aid olan Kartli əlqazmalarından birində çəkilmişdir.