Səbuhi Ələkbər oğlu Süleymanov (19 aprel 1997, Bərgüşad, Ucar rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səbuhi Süleymanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bərgüşad, Ucar rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Bərgüşad, Ucar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi |
it təlimçisi (hərbi xidmət zamanı) qumbaraatan (döyüş zamanı) |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Səbuhi Süleymanov 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur.[1] Ucar rayon Bərgüşad kənd tam orta məktəbinin 9-cu sinfindən məzun olduqdan sonra Göyçay Peşə Liseyində təhsil almışdır. Subay idi.
Səbuhi Süleymanov 2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətinə həmin ilin 13 iyul tarixində başlamışdır. 13 yanvar 2018-ci ildə Silahlı Qüvvələrin Kinologiya Mərkəzində hərbi xidmətini bitirmişdir. O, həmin ilin 22 iyun tarixindən Kinologiya Mərkəzində kinoloq ixtisası üzrə müddətdən artıq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Süleymanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qumbaraatan olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Süleymanov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 12 noyabr tarixində doğulduğu Ucar rayonunun Bərgüşad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səbuhi Süleymanov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]