Güvənpark abidəsi

Güvənpark abidəsiAnkara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polisjandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsindəinqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir.

Güvənpark abidəsi
Xəritə
39°55′11″ şm. e. 32°51′12″ ş. u.HGYO
Ölkə
Yerləşir Çanqaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir.

Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır.[1][2]

Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır.

Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.

  1. Osman, Kıvanç. 98-102 // Cumhuriyet Dönemi Anıt Heykelleri (türk.)). Ankara. 2003. ISBN ISBN 975-16-1678-6.
  2. "Güven Anıtı". Goethe Enstitüsü (türk.)). 15.12.2020. 2015-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8.08.2014.