Gədəbəy Aşıq Musiqisi Məktəbi

Gədəbəy Aşıq MəktəbiAzərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıqsaz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır[1].

Gədəbəy Aşıq Musiqisi Məktəbi
Tip aşıq musiqisi
Direktor Etibar Əliyev
Tələbə sayı 200
Müəllim sayı 20
Şəhər Gədəbəy

Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır[1].

Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir[2].

Məktəbin açılışı

[redaktə | mənbəni redaktə et]

Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur. Prezident İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Dövlət başçısını Gədəbəy aşıqları öz ifaları ilə salamladıqdan sonra aşıq İsfəndiyar Rüstəmov çıxış etmişdir. Dövlət başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olunmuşdur. Görüş zamanı Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etmişdir. Gədəbəy rayonunun inkişafına göstərdiyi diqqət və qayğıya görə Professor Məhərrəm Qasımlı çıxışı zamanı dövlət başçısına təşəkkür etmişdir. Tədbirin sonunda Prezident İlham Əliyevlə tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər[2].

2014-cü ilin sentyabrından məktəb ilk tədris ilinə başlayıb. Məktəbin direktoru Etibar Əliyevdir.[3]

İki mərtəbəli məktəb binasının həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur[2].

Məktəbdə səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda aşıq sənətinin inkişafı ilə bağlı Sərəncamlarının surətləri asılıb[2].

Məktəbin direktoru Etibar Əliyevdir.[4] Məktəbdə Mübariz Cəfərov, Dilqəm Bağırov, Şahin Əkbərov kimi müəllimlər dərs keçir.[3]

Məktəbdə folklor ansambılı fəaliyyət göstərir.[5]

  1. 1 2 "Gədəbəydə Aşıq Musiqi Məktəbinin təməli qoyulmuşdur", "Azərbaycan" qəzeti. 2009. 27 may. Səh.1. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — AzərTAc
  2. 1 2 3 4 Prezident Gədəbəydədir — qafqazinfo.az saytı [ölü keçid]
  3. 1 2 GƏDƏBƏY AŞIQ MƏKTƏBİNİN UĞURLU ADDIMLARI Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
  4. "Ozan dünyası" jurnalı, № 5(20), 2014. səh. 49
  5. Fəxriyyə. Gədəbəy Aşıq Məktəbində folklor ansamblı //Mədəniyyət.- 2015.- 7 yanvar.- S.15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]