Gediz (türk. Gediz Nehri) ― Anadoluda Egey dənizinə axan ikinci ən uzun çay. Kütahya ilindəki Murat dağından başlayan çay qərbə doğru 401 kilometr (249 mil) məsafədə axaraq mənsəbdə delta yaradır və İzmir körfəzinə tökülür. Deltanın ümumi sahəsi təxminən 40 000 hektardır. Gediz deltası 1998-ci ildə Ramsar sahəsi elan edilmişdir və hal-hazırda mühafizə edilir.[1]
Gediz çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | İzmir körfəzi |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 17.500 km² |
Rəsmi adı | Gediz Delta |
Tarixi | 15 aprel 1998 |
İstinad nöm. | 945 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın qədim yunan dilində adı Hermus (Ἕρμος) olmuşdur.
Gediz çayının adı Lidiya dilindəki Kadis adından qaynaqlanmış ola bilər/ Gediz eyni zamanda çayın mənbəyi yaxınlığında yeləşən yaşayış məntəqəsinin adıdır. Türkiyədə "Gediz" adı kişi adı olaraq da istifadə edilə bilir.
Hermos çayının vadisi qədim Lidiya imperatorluğunun mərkəzi idi və Lidiyanın paytaxtı Sardis vadiyə baxırdı.
Gediz çayı uzunluğuna görə Türkiyənin Ege Bölgəsində Böyük Menderes çayından sonra ikinci yerdədir. Böyük Menderes çayı Gedizin cənubda yüz kilometrdən bir qədər çox məsafədə axır və onlar təxminən paraleldir.
Gediz çayı Kütahya ilindəki Murat dağı və Şaphane dağından başlayaraq Uşak, Manisa və İzmir illərindən keçir. Çay İzmir körfəzinin şimal hissəsində, körfəzin boğazına yaxın, Foça mahalının Yenibağarası kəndi yaxınlığında, mahal mərkəzinin cənubunda dənizə qovuşur.
Gediz çayının hövzəsi Türkiyənin ümumi sahəsinin 2,2 -ni əhatə edir. Çay ilə eyni adla adlandırılan allüvial düzənliyin (Gediz ovalğı) böyük hissəsi Manisa ilinin, daha kiçik bir hissəsi isə İzmir vilayətindədir.
Gediz deltası qoruq olaraq qorunur və nadir quş növlərinə ev sahibliyi edir. Bununla birlikdə, Dəmirköprü anbarı ilə əlaqəli suvarma layihələrindəki sıx tələblər səbəbiylə qoruq su problemləri yaşayır.[2]
Hövzəsi boyunca yüksək səviyyədə inkişaf edən urbanizasiya və sənayeləşmə səbəbilə Gediz çayı xüsusilə qum və çınqıl ocaqları və dəri sənayesi fəaliyyətləri nəticəsində çirklənməyə məruz qalmışdır. Bu amillər son illərdə çayın əvvəllər mövcud olmuş zəngin balıq ehtiyatının məhvi ilə nəticələnmişdir.