Georgi Navalovski (gürc. გიორგი ნავალოვსკი; doğ. 28 iyun 1986, Tbilisi, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş Gürcüstan və Rusiya futbolçusu.
Georgi Navalovski | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
gürc. გიორგი ნავალოვსკი | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 28 iyun 1986[1] (37 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Dinamo Batumi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 88 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Navalovski 2003-cü ildən Tbilisinin "Dinamo" klubunun əvəzedici komandasında çıxış etməyə başlayıb. Bir il sonra əsas komandaya cəlb olunmuşdur. Üç mövsüm ərzində Dinamonun heyətində 32 oyun keçirib. 2004/05 mövsümündə "Dinamo" ilə birlikdə ölkə çempionatının qalibi olub. 2007-ci ildə Rustavinin "Olimpi" komandasına transfer olunub. Bu komandanın heyətində Gürcüstan çempionatında 25 oyun, Çempionlar Liqasının birinci təsnifat mərhələsində isə iki oyun keçirib.[2]
2008-ci ilin yanvarında azad agent statusunda Mahaçqalanın "Anji" komandasına keçib. Dağıstan klubunda iki il oynadıqdan sonra, 2010-cu ilin fevralında Bakının "İnter" komandasına icarəyə verilib. Burada 13 oyun keçirib, 1 qol vuran Navalovski, komandası ilə birlikdə Azərbaycan çempionatının qalibi olur. 2010-cu ilin avqustunda komanda yoldaşı Qoça Xocava ilə birlikdə Novqorodun "Volqa" komandasının oyunçusu olub.[3] 2011-ci ilin yanvarında kütləvi informasiya vasitələri Navalovskinin Vladiqafqazın "Alaniya" komandasına keçməsi barədə məlumat versələr də, o, icarə əsasında eyniadlı şəhəri təmsil edən "Ximki" komandasına keçir və burada 33 oyun keçirir.[4],
2012/13 mövsümünün ilk hissəsini Novokuznets şəhərini təmsil edən "Metallurq-Kuzbass" klubunun, qalan hissəsini isə Xabarovsk şəhərini təmsil edən "SKA-Energiya" klubunun heyətində çıxış edib. Növbəti mövsümdə "SKA-Energiya"nın heyətində qalıb və burada 30 oyun keçirib, 1 qol vurub.
2014-cü ilin iyun ayında futbol üzrə Rusiya birinci divizionunun debütantı olan "Tosno" komandasına keçib. Burada mövsüm ərzində 26 oyun keçirib, 1 qol vurub. 2015-ci ilin yayında komanda yoldaşları — Nukri Revişvili, Qoqita Qoqua və Albert Tsxovrebov ilə birlikdə Qori şəhərini təmsil edən "Dila" komandasına keçsə də, 2016-cı ilin fevralında komandanan ayrılaraq keçmiş komandası "SKA-Energiya"ya qayıdıb.[5] 2016-cı ilin yayında Yunanıstanın "Veriya",[6] 2017-ci ilin yanvarında isə Azərbaycanın "Neftçi" komandasına keçib.[7][8] 2017-ci ilin iyul ayında yenidən "SKA-Energiya"ya qayıdıb.[9]
23 iyul 2018-ci ildə "Dinamo Minsk" komandasına keçib.[10] 3 mart 2019-cu ildən ölkəsində — "Dinamo Batumi" komandasında çıxış edib.
Navalovski 2008–2020-ci illər aralığında formasını geyindiyi Gürcüstan milli futbol komandasının heyətində ümumilikdə 41 oyun keçirib.