Virtual maşın

Virtual maşın və ya xəyali maşın[1] — əməliyyat sistemi ilə kompüter platforması arasında bir virtual mühit yaradır və bu virtual mühit üzərində proqramların çalışdırıla bilməsinə imkan verir. Məsələn, Linux-un yeni versiyası çıxdı və siz bunu sınamaq istəyirsiniz. Kompüterinizə format atıb Linux qurmaq təbii ki çətin olacaq. Virtuallaşdırma proqramları sayəsində bu asanlıqla mümkün olur. Hər iki əməliyyat sistemini eyni anda istifadə edə bilərsiniz. Və ya Linux xoşunuza gəldi, lakin Windows-dan da qopmaq istəmirsiniz. Bunun üçün virtuallaşdırma proqramlarını istifadə edərək hər iki əməliyyat sistemini də istifadə edə bilərsiniz. İstədiyiniz zaman bu qurduğunuz əməliyyat sistemini silə bilərsiniz. Bu iki əməliyyat sistemi arasında sürüklə burax üsulu ilə fayllarınızı rahatca köçürə bilərsiniz. Ayrıca bu proqramlar sayəsində bir əməliyyat sistemindən digərinə, kompüteri yenidən başlatmadan rahatca keçə bilərsiniz. Virtuallaşdırmanın bir digər faydası da, güvənmədiyiniz bir proqramı əvvəl virtual maşında test edib daha sonra ana maşınınızda istifadə edə bilmənizdir.

Virtual maşın yaradılacağı zaman, virtual maşının istifadə edəcəyi qədər bir təchizat(Ram, prosessor, hard disk) təsis edilir. Virtuallaşdırmanın bir digər əhəmiyyətli faydası da budur: Bir yerdə onlarla server olduğunu düşünək. Bunların hamısı üçün avadanlıq, soyutma və elektrik xərci olacaq. Virtuallaşdırma ilə bu server-lərı bir server içərisində yığaraq enerji və zaman qənaət təmin edilə bilər. Göründüyü kimi virtuallaşdırma serverlər üzərində də edilə bilər.

Hypervisor, virtuallaşdırma texnologiyasında ana əməliyyat sisteminin birdən çox qonaq əməliyyat sistemini çalışdıra bilməsini təmin edən ara hissəyə verilən addır. Hypervisor-ı virtuallaşdırma platformasının özü və ya nüvəsi olaraq düşünə bilərsiniz. Hypervisor-a eyni zamanda Virtual Mexanika Monitoru (Virtual Machine Monitor) də deyilir.

Virtual maşında işləyən proqramlar virtual maşına normal kompüter kimi müraciət edir və virtual maşın da öz növbəsində həmin müraciətlərə kompüter kimi reaksiya göstərir. Hal-hazırda çoxlu Virtual maşınlar vardır, bunlardan ən məşhurları VirtualBox, VMware Workstation, Windows Virtual PC-dir.

Ən çox istifadə olunan virtuallaşdırma proqramları

[redaktə | mənbəni redaktə et]
  • VirtualBox
  • VMware
  • Parallels
  • QEMU
  • Windows Virtual PC
border=none Əsas məqalə: VirtualBox

VirtualBox, demək olar ki, bütün əməliyyat sistemlərini dəstəkləyir və bu proqram ilə virtual bir əməliyyat sistemi quraraq iki əməliyyat sistemi arasında çox sürətli keçid edə bilərsiniz. Virtual box ödənişsiz, zəngin özəllikli, yüksək performanslı və rahat interfeysə sahib bir proqramdır.

border=none Əsas məqalə: VMware

VMware ilə qonaq əməliyyat sisteminin aktiv hala gətirdikdən sonra bu qonaq əməliyyat sisteminə tətbiqi proqramları yükləyə və onun dəstəklədiyi xidmətləri verə bilərsiniz. VMWare-in bir neçə versiyaları var. Məs: VMware Player, VMware Workstation və s. VMware Player inkişaf etmiş və şirkətlər səviyyəsində xüsusiyyətlərə ehtiyac duymayan, yalnız virtual maşın meydana gətirib işlətmək istəyən istifadəçilər üçündür və pulsuzdur. VMware Workstation isə, VMware Player kimi xüsusiyyətlərə sahib, bununla bərabər qonaq əməliyyat sisteminin görünüşlərini alma, qonaq əməliyyat sistemində edilən dəyişiklikləri təkrar oynatma kimi əlavə xüsusiyyətləri də özündə saxlayır.

Parallels, Mac versiyası ilə önə çıxsa da Windows və Linux-da da çalışır. IntelAMD prosessorları üçün edilən optimallaşdırılması sayəsində ana kompüterin təchizatına birbaşa olaraq çata bilən Parallels, virtual maşına keçdiyiniz anda əməliyyat gücünü öz üzərinə alır.

Qemu, qonaq kodu birbaşa olaraq ana təchizat üzərində işlədir, dinamik dəstəkli təchizatlar arasında emulyasiya edə, virtual diskləri avtomatik olaraq ölçüləndirə bilir. Qemu, işləmək üçün idarəçi hüquqlar tələb etmədiyindən USB yaddaşları istifadə etməyə olduqca əlverişlidir.

Windows Virtual PC, yalnız Windows distributivlərini emulyasiya etməyə istiqamətli bir virtual maşın proqramıdır. Məsələn yalnız Windows XP-də çalışan bir proqramınız varsa Virtual PC işinizə yarayacaqdır.

Virtual maşınlar normal, fiziki kompüterləri imitsasiya edir. Yəni kompüteriniz daxilində əlavə bir kompüterdə yaratmış olursunuz. Virtual maşın (proqram) fiziki kompüteri emulyasiya edir, buna görə də virtual maşının:

  • BIOS-u;
  • Vinçestri (sərt diskinizdə ayrılmış yer);
  • CD-ROM (sizin CD-ROM və ya qoşulmuş ISO-obraz);
  • Sizin real maşın, şəbəkə resursları və ya digər virtual maşınlarla əlaqə üçün şəbəkə adapteri;

İlk Virtual maşın Gerald J. Popek ve Robert P. Goldberg tərəfindən müəyyənləşdirilmişdir. Virtual maşınların ən yaxşı tərəfi bu sistemlərdə işləyən proqramlar heç vaxt bu əməliyyat sistemindən kənara çıxa bilmirlər, ona görə də çox vaxt bəzi proqramları virtual maşınlarda test edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. İsmayıl Calallı. "virtual machine" // Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. səh. 788. ISBN 978-9952-434-82-8. 6 sentyabr 2023 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url).