Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Hövz mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Mərdan bəy |
Əhalisi | |
Əhalisi | 641 ailə nəfər |
|
Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Mərdan bəy idi.
Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı.[1]
Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular.