Qarasubasar mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Qarasubasar mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Rahim bəy |
Əhalisi | |
Əhalisi | 815 ailə nəfər |
|
İndiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur.
1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Lək, İkinci Lək, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı.
Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Rəhim bəy idi.