Rudbar mahalı — tarixi-coğrafi ərazilərdən biri.
Mahal | |
Rudbar mahalı | |
---|---|
| |
Daxildir |
Şirvanşahlar dövləti, |
Naib | Darğa Məmməd xan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1.100 km² |
Əhalisi | |
Əhalisi | 2110[1] nəfər |
|
Rudbar adının İran İslam Respublikasının Gilan bölgəsindəki Rudbar şəhəri ilə əlaqəsinin olduğu ehtimal edilir. Hazırda həmin şəhərin əhalisinin əksəriyyəti tatlardır. “Rudbar” fars dilində “böyük çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır.
Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyl etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır. Əslində Səfəvilər dövründə Salyan və Rudbar mahallarının tarixi bir-biri ilə sıx bağlı olub, qohum bəylər tərəfindən idarə olunub.
Rudbar bəylərinin Şirvan xan ailəsi ilə də qohumluq əlaqələri olmuşdur. Belə ki, Şirvan xanı Ağası xanın bacısı Qızana xanım Rudbar bəylərindən Şərif bəyin oğlu Cəfər ağa ilə evlənib. Onların izdivacından bir qızları – Xasə xanım dünyaya gəlib. Xasə xanım isə Axtaçı bəylərindən Hacı Əbdülkərimin oğlu Yolçu bəylə evlənib. Rudbar mahalında Axtaçı kəndinin oturaqlaşması da məhz bu izdivacla əlaqədar olmuşdur. Şirvan xanı Ağası xanın oğlu Cəfər bəy də 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmiş, Kərim bəy, Cavad bəy, Nuh bəy adlı oğlanları, Ümmisələmə xanım və Zabitə bəyim adlı qızları doğulmuşdur. Soltan bikə Sabirabaddakı Baba Səməd qəbiristanlığında dəfn edilmişdir. Şirvan xanları ilə əmioğlu olan Şıxəli bəyin oğlu Şahbaz bəy (1803-1836) də Rudbar mahalının naibi Darğa Məhəmməd xanın qızı Cahanbanu bikə ilə evlənib. Onların nəsli uzun müddət Ağsu rayonunun Bico(v) kəndində yaşamışdır.[2]
Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Darğa Məmməd xan idi.
1821-ci ildə 19 kənddə (Cavad, Dabbaqlar, Bəlvan, Qaralı, Yenikənd, Qazılı, Əhmədbəyli, Quruzmanlı, Abdulyan, Yenicə, Mustafalı, Axtaçı, Meynimən, Kovratlı, Surra Atamoğlan, Surra Ağabədəl, Surra Məmməd, Surra Abdulla bəy, Əlimədətli) 422 ailə yaşayırdı.[3][4][5]
Sıra sayı | Kəndlər | Əhali/ailələrlə | |
1 | Cavad | 92 | |
2 | Bəlvan | 10 | |
3 | Davağlar | 4 | |
4 | Qoralar | 15 | |
5 | Yenikənd | 39 | |
6 | Qəzili | 58 | |
7 | Əhmədbəyli | 4 | |
8 | Quruzmanlı | 22 | |
9 | Abdulyan | 49 | |
10 | Yenicə | 5 | |
11 | Mustafalı | 16 | |
12 | Axtaçı | 5 | |
13 | Meyniman | 9 | |
14 | Həzrət | 51 | |
15 | Surra-Ağamoğlan | 7 | |
16 | Surra-Ağabədil | 8 | |
17 | Surra-Məmməd | 5 | |
18 | Surra-Abdulla bəy | 23 | |
Cəmi | 18 | 422 |
Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.[6]
Sıra sayı | Kəndlər | Həyətlərin sayı | Kişi cinsli əhali (nəfərlə) | |
1 | Kavratlı | 93 | 256 | |
2 | Meyneman | 12 | 26 | |
3 | Mustafalı | 9 | 21 | |
4 | Axtaçı | 6 | 14 | |
5 | Əli-Mədətli | 6 | 18 | |
6 | Yeni donlu | 17 | 37 | |
7 | Abdulyanlı | 65 | 188 | |
8 | Əhmədbəyli | 2 | 6 | |
9 | [Qunızmanlı] | 33 | 87 | |
10 | Qəzili | 62 | 159 | |
11 | Yenikənd | 46 | 125 | |
12 | Surra | 52 | 110 | |
13 | Qaralar | 19 | 50 | |
14 | Bəlvan-Dabaqlar | 16 | 26 | |
15 | Cavad | 86 | 238 | |
Cəmi | 15 | 524 | 1361 |
Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.[7]
Rudbar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular.