Xançoban mahalı

Xançoban mahalıŞirvan xanlığının bölgələrindən biri. Şamaxı, Ağsu, Kürdəmirİsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.

Mahal
Xançoban mahalı
Daxildir Şirvan bəylərbəyliyi
Şirvan xanlığı
Naib Məlik Umud
Əhalisi
Əhalisi 1492 ailə nəfər
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu

Müasir dövrdə İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edən Xançobanı mahalı "qərbdə Girdimançay ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur" . Xançobanı mahalına Veysəlli, Mərzili, Alpout, Gorus, Dəlilər və s. adlı kənd və obalar daxil idi. Bu mahala daxil olan Mərzili obası İsmayıl bəyə (Mustafa xanın qardaşına – N.B.) məxsus olmuşdur. Onlar Qarabağdan gəlmə olduqları üçün torpaqları yox idi. Xançobanı əhalisi rəncbərlik edir və əsasən maldarlıqla məşğul olurdular. Şamaxı xanları Xançobanı mahalından olduqları üçün bu obaların əhalisinə vergi təyin etməmişdilər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər. Sonralar bu cür vergi qaydası çar məmurlarını qane etmədiyindən 1820-ci ildə mahalın əhalisi üzərinə pulla ödənilən vergi qoymuşdular.[1]

Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.

  1. www.history.az/pdf.php?item_id=20101210022205469&ext=pdf
  • Nailə Bayramova. Şamaxı xanlığı. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının 5 iyun 2009-cu il tarixli iclasının qərarı. Bakı: 2009, səh. 27-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
  • Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.