Sədənrud və ya Sərdərin mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Sədənrud mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Hacı Abdulla bəy |
Əhalisi | |
Əhalisi | 1210 ailə nəfər |
|
Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Hacı Abdulla bəy idi.
1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə (Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu çarxı Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı.
Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular.