Hüseyn Əliyev (rəssam)

Hüseyn Əlirza oğlu Əliyev (22 aprel 1911, Comardlı, Zəngəzur qəzası21 may 1991, Bakı) — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev
Hüseyn Əlirza oğlu Əliyev
Doğum tarixi 22 aprel 1911(1911-04-22)
Doğum yeri
Vəfat tarixi 21 may 1991(1991-05-21) (80 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Uşağı Nazim Əliyev[1]
Fəaliyyəti rəssam
Təhsili
Janrlar peyzaj, qrafika, portret, natürmort
Mükafatları "Xalqlar dostluğu" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR xalq rəssamı Azərbaycan SSR əməkdar artisti Azərbaycan SSR əməkdar rəssamı Ermənistan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül[2] xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub[3]. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927–1932).

1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur[4].

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub[5].

Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb[3].

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur.

Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.

Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib[6].

  • Ermənistan SSR əməkdar incəsənət xadimi — ?[7]
  • Azərbaycan SSR əməkdar rəssamı — 05.12.1977[8]
  • Azərbaycan SSR xalq rəssamı — 01.12.1982[9]
  • Mirzə Əbdül
    • Mirzə Əli
      • Alagöz Məhəmməd
        • Məşədi Əli
          • Kərbəlayı Cəfər
            • Əlirza

Hüseyn Əliyev

Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev , Cəlal Əliyev, Rəfiqə Əliyeva, Şəfiqə Əliyevanın qardaşıdır.

  1. "İlham Əliyevə ağır itki üz verib". 2013-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  2. "Comərdli kəndi". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  3. 1 2 "Onun fırçası möcüzələr yaradırdı". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  4. "Əliyev Hüseyn Əlirza oğlu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  5. "Hüseyn Əliyev — 100". Mədəniyyət. — 2011. — 29 aprel. — S.13.
  6. "Xalq rəssamı Hüseyn Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anıldı". 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  7. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
  8. Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  9. Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]